For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ramilə Kaştayeva.

Ramilə Kaştayeva

Vikipediya, azad ensiklopediya

Ramilə Kaştayeva
Şəxsi məlumatlar
Tam adı Ramilə Şahvələd qızı Kaştayeva
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 28 iyul 1987(1987-07-28)[1] (37 yaş)
Doğum yeri
Boyu 168 sm. (5 ft 6 in)
İdman növü Cüdo və para-cüdo
Məşqçisi İbadulla Şabanov

Ramilə Kaştayeva (qızlıq soyadı: Yusubova, 28 iyul 1987[1], Tbilisi) — Azərbaycanı təmsil edən para-cüdoçu və cüdoçu.[2] Cüdo üzrə idman ustası. Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri.[3]

Ramilə, beynəlxalq səviyyədə ilk ciddi uğuruna, 2003-cü ilin avqustunda, Bakıda baş tutmuş U-17 dünya çempionatında qızıl medal qazanmaqla nail olub.[4] 2004-cü ilin noyabrında hərbçilər arasında dünya çempionatında bürünc medal qazanıb.

2005-ci ilin dekabrında baş tutmuş Azərbaycan çempionatının finalında Sona Əhmədliyə məğlub olaraq gümüş medalla kifayətlənib.[5] 2006-cı ilin oktyabrında Bakıda keçirilmiş U-23 Azərbaycan çempionatında qızıl,[6] noyabrında isə Moskvada keçirilmiş U-23 Avropa çempionatında bürünc medal qazanıb.[7]

2008-ci ildə həlledici görüşdə Gözəl Zutovaya qalib gələrək Azərbaycan çempionu olub.[8] Bir il sonra Antalyada baş tutmuş U-23 Avropa çempionatında üçüncü yeri tutub.[9]

2010-cu ilin sentyabrında Tokionun ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb.[10] 2011-ci və 2012-ci illərdə müvafiq olaraq Əbu-Dabi və Bakıda keçirilimiş Qran-pri yarışlarında gümüş medal qazanıb. 2012-ci ilin aprelində Çelyabinskdə baş tutmuş Avropa çempionatında üçüncülük uğrunda mübarizədə Fransa təmsilçisi Klariss Aqbenyenuya məğlub olaraq yarışı beşinci pillədə başa vurub.

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı 63 kq çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edən Ramilə,[11] ikinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə[12] məğlub olaraq mübarizəni dayandırıb.[13]

Olimpiadadan sonra ailə həyatı qurub və övlad dünyaya gətirib.[14] 2013-cü ildə Azərbaycan çempionatının qalibi olub.[15]

Ramilə Kaştayeva görmə qabiliyyətində zəiflik yarandığından, paralimpiya yarışlarında mübarizə aparmağa başlayıb.[14]

2017-ci ilin mayında Bakıda baş tutmuş IV İslam Həmrəyliyi Oyunlarının final görüşündə digər Azərbaycan nümayəndəsi Turanə Ağayeva üzərində ipponla qələbə qazanaraq turnirin qızıl medalına sahib olub.[16]

  1. 1 2 Ramila Yusubova.
  2. Olympedia.org. "Ramilə YUSUBOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. "06.06.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı". dsx.az. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-28.
  4. Judoinside.com. "EUROPEAN CADET CHAMPIONSHIPS U17 BAKU - EVENT". www.judoinside.org (ingilis). 2022-08-30. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  5. Judoinside.com. "AZERBAIJAN CHAMPIONSHIPS BAKU - EVENT". www.judoinside.org (ingilis). 2022-08-30. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  6. Judoinside.com. "AZERBAIJAN U23 CHAMPIONSHIPS BAKU - EVENT". www.judoinside.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.
  7. Judoinside.com. "EUROPEAN CHAMPIONSHIPS U23 MOSCOW - EVENT". www.judoinside.org (ingilis). 2022-08-30. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  8. Judoinside.com. "AZERBAIJAN U23 CHAMPIONSHIPS BAKU - EVENT". www.judoinside.org (ingilis). 2022-08-30. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  9. Judoinside.com. "EUROPEAN CHAMPIONSHIPS U23 ANTALYA - EVENT". www.judoinside.org (ingilis). 2022-08-30. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  10. Judoinside.com. "WORLD CHAMPIONSHIPS TOKYO - EVENT". www.judoinside.org (ingilis). 2022-08-30. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  11. "Рамиля Усубова победила туркменку". vesti.az. 2016-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  12. "London-2012: Cüdoçu Ramilə Yusubova da məğlub oldu". azadliq.org. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  13. "Лондон 2012: обратный отсчет – 14 азербайджанских спортсменов уже покинули соревнования". sputnik.az.[ölü keçid]
  14. 1 2 "Ramilə Yusubova: "İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək bizim borcumuzdur" - MÜSAHİBƏ". olimpnews.az. 2023-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.
  15. Judoinside.com. "AZERBAIJAN CHAMPIONSHIPS BAKU - EVENT". www.judoinside.org (ingilis). 2022-08-30. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  16. President.az. "İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn cüdoçulara medalları təqdim edib". www.president.az (ingilis). 2022-08-30. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ramilə Kaştayeva
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?