For faster navigation, this Iframe is preloading the Wikiwand page for Rafiq Quliyev (futbolçu).

Rafiq Quliyev (futbolçu)

Vikipediya, azad ensiklopediya

Rafiq Quliyev
Ümumi məlumatlar
Tam adı Rafiq İsrafil oğlu Quliyev
Doğum tarixi (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu 178
Mövqeyi müdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1968—1979 SSRİ Neftçi 231 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Quliyev Rafiq İsrafil oğlu (5 fevral 1950, Bakı) - Sovet futbolçusu, "Neftçı" (Bakı) futbol komandasında çıxış etmiş müdafiəçi, futbol hakimi.

Tərcümeyi halı

[redaktə | mənbəni redaktə et]

Quliyev Rafiq İsrafil oğlu Bakı futbol məktəbinin yetirməsidir. 1967-ci ildə "Neftçi" (Bakı) komandasının əvəzedici heyətində çıxış etməyə başlamış, növbəti ildən komandanın əsas heyətində oynamışdır. Futbol üzrə SSRİ çempionatının yüksək liqasında R.Quliyevin debut matçı 5 sentyabr 1968-ci ildə Odessanın "Çernomeres" futbol klubuna qarşı olmuşdur. Həmin görüşdə "Neftçi" rəqib meydançasında 2:1 hesabı ilə qələbə qazanmışdır.[1].

R.Quliyev rəsmi oyunlarda yeganə qolunu 19 iyul 1972-ci il tarixində "Dinamo" (Tbilisi) komandası ilə Bakıda keçirilən görüşdə rəqib komandanın qapısına vurmuşdur.[2].

1969-1974-cü illərdə R.Quliyev "Neftçı" (Bakı) futbol komandasının əsas heyətinin aparıcı oyunçularından biri olmuşdur. O, sonralar müəyyən səbəblərdən əsas heyətdən kənarlaşdırılmış, 1976-cı ildən yenidən əsas heyətə qayıtmışdır. R.Quliyev oyunçu kimi karyerini 1979-cu ildə başa vurmuşdur.

R.Quliyev "Neftçı" (Bakı) futbol komandasının 231 oyun, o cümlədən yüksək liqada 163 oyun keçirmişdir.

O, gənclərdən ibarət SSRİ yığma komandasının tərkibində də çıxış etmişdir.[3].

Rafiq Quliyev 1980-ci illərdən futbol hakimi kimi fəaliyyət göstərir. O, 1984-cü ildən SSRİ-də futbol üzrə Birinci liqanın oyunlarına hakimlik etmişdir. 1988-1989-cu illərdə Yüksək Liqada 7 oyunda Baş hakim kimi çıxış etmişdir. 1987-ci ildən Bakıdan köçmüş və Moskva vilayətində məskunlaşmışdır. O, 1989-cu ildə Ümumittifaq səviyyəli hakim kateqoriyasını almışdır.

Rafiq Quliyev futbol karyerasını başa vurduqdan sonra Moskva vilayətinin Ximki şəhərində yaşayır. O, veteran futbolçulardan ibarət matçlarda da çıxış etmişdir.[4].

  1. "«Черноморец» Одесса 1 : 2 «Нефтчи» Баку". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  2. "«Нефтчи» Баку 3 : 1 «Динамо» Тбилиси". 2019-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  3. "Вспоминая легенду: Анатолий Банишевский". 2017-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  4. "16 октября сыграют ветераны России и Азербайджана". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Rafiq Quliyev (futbolçu)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?