For faster navigation, this Iframe is preloading the Wikiwand page for Rəhim Hüseynov (xalq komissarı).

Rəhim Hüseynov (xalq komissarı)

Vikipediya, azad ensiklopediya

Rəhim Hüseynov
bayraq
Azərbaycan SSR xalq ictimai təminat komissarı
bayraq2
bayraq
Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi
bayraq2
bayraq
Azərbaycan SSR xalq əmək komissarının müavini
bayraq2
29 aprel 1920 – ?
Əvvəlkivəzifə təsis edildi
Şəxsi məlumatlar
Doğum tarixi 1891
Doğum yeri
Vəfat tarixi 1938
Partiya
Fəaliyyəti siyasətçi

Rəhim Məmmədcəfər oğlu Hüseynov (1891, Qarabulaq, Qazax qəzası1938) — Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR xalq əmək komissarının müavini. Qardaşı Müseyib Hüseynov Azərbaycan SSR xalq səhiyyə komissarı və daha sonralar repressiya qurbanı olmuşdur.

Rəhim Hüseynov 1891-ci ildə Qazax qəzasının Qarabulaq kəndində doğulmuşdur.[1]

1938-ci ildə ölmüşdür.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sovet dövrünədək

[redaktə | mənbəni redaktə et]

Rəhim Hüseynov 1917–1918-ci illərdə Gəncə, Şəmkir və Gədəbəydə kommunizm təbliğatı aparmışdır. O, 1918-ci ilin may ayında Bakıya köçərək burada Mir Həsən Vəzirovun başçılıq etdiyi sol eserlərdən ibarət Əkinçi Partiyasına üzv olmuşdur. O, 1919-cu ildə 1 May nümayişinin təşkilatçılarından olmuş, bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həbs edilmişdir, lakin fəhlələrin təzyiqi ilə o, həbsdən azad edilmişdir.[1]

Rəhim Hüseynov Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin məsul təşkilatçısı və təşviqatçısı olmuşdur.[1]

Rəhim Hüseynov 1919-cu ildən Rusiya Kommunist (bolşevik) Partiyasının üzvüdür. 11–12 fevral 1920-ci il tarixində gizli şəkildə keçirilmiş Azərbaycan Kommunist Partiyasının I Təsis (Birləşmə) Qurultayında nümayəndə kimi iştirak etmişdir.[1]

Sovet dövründə

[redaktə | mənbəni redaktə et]

Aprel işğalından sonra qurulmuş Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli başqa qərarı və Bakı İnqilab Komitəsinin 1 №-li əmri ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət hakimiyyəti orqanları buraxılmış elan olundu və tanınmış bolşevik Rəhim Hüseynov Bakı şəhər milisinin ilk rəisi təyin edildi. Həmin 1 №-li əmrdə deyilirdi: "Polis yenidən təşkil edilsin və milis adlandırılsın; bütün polis sahələrində pristavlar dəyişdirilsin və komissarlar təyin edilsin. O hallarda ki, pristav etibarlı polis işçisidir, onu sahə komissarı adlandırıb, öz vəzifəsini yerinə yetirməkdə saxlamaq olar"[2]

Daha sonra Rəhim Hüseynov Moskvada Xalq Milli İşlər Komissarlığında şöbə müdiri kimi çalışan Rəhim Hüseynov Bakıya dönmüşdür. O, burada sıra ilə Azərbaycan SSR xalq əmək komissarının müavini, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Sənaye Şurası İdarə Heyətinin sədri kimi vəzifələrdə çalışmışdır.[1]

Rəhim Hüseynov dəfələrlə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.[1]

  • Очерки реаолюционного движения в Азербайджане (1905–1907 гг.) вып 1, Баку, 1926.
  1. 1 2 3 4 5 6 Һүсејнов Рәһим Мәммәдҹәфәр оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 284.
  2. "Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü (1918–1920-ci illər, qısa tarixi tədqiqat) Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Rəhim Hüseynov (xalq komissarı)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?