For faster navigation, this Iframe is preloading the Wikiwand page for Rüstəm Rəhimov.

Rüstəm Rəhimov

Vikipediya, azad ensiklopediya

Rüstəm Rəhimov
Ümumi məlumatlar
Doğum tarixi 6 mart 1948(1948-03-06)[1] (76 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mövqeyi müdafiəçi
Təltif və medalları
"Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı — 2010

Rüstəm Rəhimov (6 mart 1948[1], Bakı) — Azərbaycanlı futbol hakimi, futbolçu, ümumittifaq dərəcəli hakim və Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi (2010).[2]

Rüstəm Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə

Rüstəm Rəhimov 1948-ci il martın 6-da Bakı şəhərində anadan olmuşdur.[3] O, orta təhsilini Bakı şəhərinin 132 nömrəli tam orta məktəbində başa vurmuşdur.[4]

Futbolçu karyerası

[redaktə | mənbəni redaktə et]

Rüstəm Rəhimov 1960-cı illərin əvvəllərində "Neftyanik" klubunun hazırlıq qrupuna yazılmış, 1964-cü ildə isə artıq Azərbaycanın gənclərdən ibarət komandasının kapitanı seçilmişdir.[5] 1966-cı ildə həmin klubda əvəzedici heyətdə debüt edən Rəhimov daha sonra futbolçu karyerasına bir il ərzində "Dinamo Mahaçqala" komandasında davam etmişdir. Məşqçi Əhməd Ələsgərovun dəvəti ilə 1971-ci ildə növbəti iki il Tacikistanın "Pamir Düşənbə" klubunun formasını geyinmişdir. Sonralar "Dinamo Kirovabad" komandasının şərəfini qorumuş, elə burda da 1975-ci ildə futbolçu karyerasını bitirmiş, ardınca da Bakı Bədən Tərbiyəsi Texnikumunda işləməyə başlamışdır.[5]

Hakimlik karyerası

[redaktə | mənbəni redaktə et]

Hakimlik fəaliyyətinə FİFA arbitri Eldar Əzimzadənin təkidi ilə 1977–1978-ci illərdə ikinci dəstənin oyunlarını idarə etməklə başlamış Rüstəm Rəhimov sonralar Sovet İttifaqında məşhur derbiləri, o cümlədən Lujniki stadionunda Dinamo Kiyev FKSpartak Moskva FK arasındakı oyunu idarə etmişdir.[4] Rusiya SFSR-in klublarından ən çox Torpedo Moskva FK-nın oyunlarında ədaləti qorumuş Rəhimov üç dəfə — 1987-ci, 1990-cı və 1991-ci illərdə SSRİ-nin 10 ən yaxşı hakimi siyahısına daxil edilmişdir. SSRİ birinciliyi və kubok oyunlarında 120-dən çox oyuna təyinat alan hakim gümüş və qızıl medallara layiq görülmüşdür. 1993-cü ildə Azərbaycanla Gürcüstan arasında baş tutmuş və Azərbaycan millisinin qələbəsi ilə başa çatmış, Gəncə şəhər stadionunda keçirilmiş yoldaşlıq oyununu da idarə etmişdir.[6]

Rüstəm Rəhimovun peşəkar hakimlik karyerasında sonuncu dəfə idarə etdiyi oyun 1994-cü ildə Neftçi Fərqanə FKSpartak Moskva FK arasında baş tutmuş və sonuncunun qələbəsi ilə başa çatmış Birlik kubokunun final oyunu olmuşdur.[7] Həmin vaxtdan etibarən yalnız veteranların oyununu idarə edən Rəhimov sonuncu dəfə 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycanın və Avropanın veteranlardan ibarət komandalarının görüşündə ədaləti qorumuşdur.[5]

Rəhimov hakimliyi bitirdikdən sonra da futbol üzrə fəaliyyətini davam etdirmiş, Azərbaycanın uşaq və gənclər futbol komandalarında məşqçi və Alman-Azərbaycan Cəmiyyətində idman işləri üzrə koordinator kimi çalışmışdır.[4] 2004-cü ildə UEFA-nın təsis olunmasının 50 illik yubileyi münasibətilə Azərbaycanın "Ən yaxşı hakimi", 2010-cu ildə isə Azərbaycan Milli Olimpiya Komitəsinin "Ən ədalətli hakimi" mükafatlarına layiq görülmüşdür.[5]

FİFA-nın hakimi Tofiq Bəhramova həsr olunmuş "Hakim mərkəzi göstərir" filmində çəkilmişdir.

Rüstəm Rəhimov 2023-cü ildən Azərbaycanın nəzarətinə qayıtmış Xankəndi şəhər stadionuna baxış keçirilməsində yaxından iştirak etmişdir.[8]

  1. 1 2 Один из самых известных футбольных судей в истории Азербайджана празднует 60-летие.
  2. Hüquqi aktların vahid elektron bazası. "Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Przedinetinin Sərəncamı". e-qanun.az. 24 dekabr 2010. 2 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
  3. "Azərbaycanın üç ən yaxşı futbol hakimindən biri – Rüstəm Rəhimov". Azərtac. 6 mart 2023. 5 iyun 2023 tarixində arxivləşdirilib.
  4. 1 2 3 Çingiz Abdullayev. "Rüstəm Rəhimovun 75 yaşına" (az.). 6 mart 2023. dekabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
  5. 1 2 3 4 Azər Əlizadə. "Rüstəm Rəhimov: "Futbol elə səhvləri ilə gözəldir"". 31 yanvar 2023. 1 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
  6. "International football referee Rüstəm Rəhimov" (ingilis). eu-football.info. 23 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
  7. "II Кубок чемпионов Содружества 1994" (rus). 27 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
  8. "AFFA, PFL nümayəndələri Qarabağda – Kubokun finalı Xankəndində keçirilə bilər". Supersport. 21 oktyabr 2023. dekabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Rüstəm Rəhimov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?