For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qurgen Tonunts.

Qurgen Tonunts

Vikipediya, azad ensiklopediya

Qurgen Tonunts
(Ermənicə: Գարեգին Թոնունց) Qurgen Ovanesoviç Tonunts
Doğum tarixi
Doğum yeri Tiflis şəhəri
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Rusiya Rusiya, Moskva şəhəri
Dəfn yeri
Milliyyəti Erməni
Vətəndaşlığı Rusiya Rusiya, SSR
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1947-ci ildən
Təhsili
Mükafatları "Dostluq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "İgidliyə görə" medalı
Ermənistan SSR xalq artisti Rusiyanın xalq artisti
IMDb ID0867426

Qurgen Ovanesoviç Tonunts — erməni mənşəli sovet kinoaktyoru.

1922-ci il sentyabrın 2-də Tbilisidə anadan olub.

1938-1941-ci illərdə Murmansk gəmiçilik məktəbində oxuyub. Tonunts paralel olaraq yerli teatr studiyasında çalışıb. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Hərbi xidmətini Şimal donanmasındakı SKR-19 mühafizə gəmisində (“Semyon Dejnev adına buzqıran paraxod) keçib. 1942-ci il avqustun 27-də Dikson limanında alman ağır kreyseri “Admiral Şeer”lə döyüşdə iştirak edən Qurgen Tonunts yaralanıb.

Onun kino debütü 1947-ci ildə baş tutur. Həmin il erməni aktyor Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur və Lev Kuleşovun qrupunda təhsil alır. Təhsilini 1952-ci ildə başa vurur.

1952-1956- cı illərdə Qazaxıstanın Kustanay vilayətinin Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib. 1957-ci ildən Moskvada kinoaktyorlar üçün təşkil edilən teatr studiyasında aktyorluq edib.

1957-ci ildə ilk dəfə “Şəxsən tanış olan” filmində “Kamo” rolu Qergen Tonuntsa məşhurluq gətirir. Filmdə o, erməni inqilabçı Kamo obrazını canlandırır.

Tonunts məktəbdən sonra Murmansk Ali Dənizçilik məktəbinə gətirir. Dəfələrlə o, çətin şimal səfərlərində, “Sedov” paroxodunun buzlardan azad olunmasında iştirak edib və Dikson, Şpiçbergen, Frans-İosif torpağı adalarında, Kolımada olub. Böyük Vətən Müharibəsi zamanı Tonunç hərbi əməliyyatlarda, o cümlədən “Dejnev” buzqıran paraxodunun heyətində ağır alman kreyseri “Admiral Şeer”lə toqquşmasında iştirak edir. Bir neçə qəfil hərbi əməliyyatların keçirilməsinə rəhbərlik edib.

Müharibədən sonra Qurgen Tonunts Gerasimov adına Ümumrusiya Kinematoqrafiya institutuna gəlir. Lev Kuleşovun qrupunda rejissorluq, Belokurovanın qrupunda isə aktyorluq dərsləri alan Qurgen aktyorluğa başlayır.

Onu 1959-cu ildə ”Azərbaycanfilm”də çəkilən “Onu bağışlamaq olarmı?” filminə çağıraraq baş rola çəkirlər. Bu, sovet ideologiyasının diqtəsi idi, Azərbaycan filmlərinə digər respublikalardan olan aktyorlardan da kimsə çəkilməliydi.

Qurgen Tonunç 1997-ci il sentyabrın 21-də Moskvada vəfat edib. Aktyor Troekurov qəbirstanlığında dəfn olunub[2].

Erməni aktyorun teatr rollarına gəldikdə Voyniçin “Ovod” əsərində Panşin, İvan Turgenevin “Dvoryan Yuvası”nda Panşin, Evgeni Şeremet “Kənardakı ev”, “On ikinci gecə” əsərində “Ser Tobi”, Ostrovskinin “Personal iş” əsərində Poludin rollarını ifa edib. Qurgen Tonunç Yakutiya MSSR-nın əməkdar artisti (1961), Ermənistan SSR-nin (1967) və Rusiya Federasiyasının (1993) xalq artistidir.

  1. 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. "Azərbaycan kinosunda erməni aktyor". 2013-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-08.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qurgen Tonunts
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?