For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qrunt suları.

Qrunt suları

Vikipediya, azad ensiklopediya

Qrunt sularıYer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir.

Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir.[1]

Qrunt suların keyfiyyəti

[redaktə | mənbəni redaktə et]

Rütubətli iqlimdə intensiv şəkildə infiltrasiya prosesi və yeraltı axarlar baş verir və nəticədə süxur və torpaqlar yuyulur, və onlardan asanlıqla həll olunan duzlar (xloridlər və sulfatlar) yuyularaq çıxır. Belə şəraitdə qrunt suları şirin olur, və onların tərkibində nisbətən gec həll olunan duzlar mövcud olur. Quru isti iqlim şəraitində isə (quru çöllərdə, yarımsəhralarda və səhralarda) yağıntılar qısa müddətli olaraq az miqdarda düşməsi, habelə ərazinin drenaj sisteminin zəif olması qrunt sularının yeraltı axınının inkişaf etməsinə mane olur. Beləliklə, yeraltı axın buxarlanır və şoranlaşma yaradır. Çayların, su anbarlarının və s. yaxınlığında qrunt suları əsasən duzsuzlaşdırılıb və əsasə keyfiyyət baxımından içməli su standartlarına cavab verir.

Azərbaycanın qrunt suları

[redaktə | mənbəni redaktə et]

Qrunt suları Kür-Araz ovalığında Yer səthinə yaxın yerləşməklə yüksək dərəcədə minerallaşmışdır. Kür-Araz ovalığının əksər sahələrində qrunt sularının səviyyəsi 1–5 metr dərinlikdədir. Bəzən qrunt suları səthə çıxır (xüsusilə suvarma mövsümündə) təsərrüfat işlərinə maneçilik törədir. Qanıx-Əyriçay vadisində, Lənkəran ovalığında qrunt sularının səviyyəsi ən çox 3–5 metr dərinlikdədir. Qrunt sularının səthə yaxınlaşdığı və ya səthə çıxdığı yerlərdə meşələr, çəmən, çəmən-bataqlıq landşaftları əmələ gəlmişdir. Azərbaycan Respublikasının dağlıq ərazilərində qrunt suları xeyli dərindədir. Aran rayonlarında suvarma qrunt sularının rejimini müəyyən edən amillərdən biridir. Suvarma mövsümündə torpağa sızılan suların hesabına qrunt sularının səviyyəsi səthə yaxınlaşır, digər dövrlərdə isə aşağı düşür.

Böyük və Kiçik Qafqazın düzənliklərə qovuşduğu ərazilərdə yeraltı sular bulaqlar şəklində səthə çıxır. Xüsusilə Qusar maili düzənliyinin və Qanıx-Əyriçay çökəkliyinin dağətəyi hissəsində tektonik qırılmalarboyuncayeraltı suların təbii çıxışları daha çoxdur.

  • Məktəblinin coğrafiya lüğəti. Bakı,2006.
  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qrunt suları
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?