For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qrosvenediger.

Qrosvenediger

Vikipediya, azad ensiklopediya

Qrosvenediger
alm. Großvenediger
Cənub yamacı
Cənub yamacı
Ümumi məlumatlar
Dağ sistemi Alp dağları
Dağ silsiləsi Yüksək Tauern
Mütləq hündürlüyü 3666[1]
Nisbi hündürlüyü 1197 m
İlk fəthi 1841-ci il
(Yozef Şvab)
Yerləşməsi
47°06′32″ şm. e. 12°20′47″ ş. u.
Ölkə  Avstriya
Qrosvenediger xəritədə
Qrosvenediger
Qrosvenediger
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrosvenediger (alm. Großvenediger‎) — Avstriyanın dağlıq silsilələrindən olan Yüksək Tauern silsiləsinə daxil olan dağ. Venediger sıra dağlarının ən hündür zirvəsidir. Tirol və Zalsburq torpaqlarının sərhədində yerləşmişdir. Dağ hündürlüyünə görə Avstriyanın ən hündür dördüncü zirvəsidir. Dağ buzlaqlarla örtülmüş qneys piramidalarına bənzəyir. Zalsax və Drava çayları arasında yerləşmişdir. Dağ Yüksək Tauern milli parkının bir hissəsidir.

Dağın zirvəsindən Tauernin ətrafyanı buzlaqlarını, Cənubi Tirolu, Severotirolu, Kisbyuxleri və Zaltsburq Alpını görmək mümkündür.

Dağın birinci adı Ştyutserkopf (alm. Stützerkopf‎ olmuşdur. Lakin sonralar Qrosvenediger (alm. Großvenediger‎ — "böyük venesiyalı") olaraq dəyişdirilmişdir. Mənbələrdə bu ada ilk dəfə 1797-ci ildə rast gəlinmişdir. Bu adın yaranmasının dəqiq tarixi naməlumdur. Ehtimal olunur ki, venesiyalı tacirlərin yolu bu dağdan keçirdi və onlar bu dağa belə bir ad qoymuşlar. Həmçinin başqa bir versiya da mövcuddur. Deyilənə görə, dağın zirvəsinə qalxan insanlar tərəfindən ilk olaraq Venesiya şəhəri görünmüşdür. Ancaq hal-hazırda bu versiya təkzib edilir.

Fəth edilmə tarixi

[redaktə | mənbəni redaktə et]
Qrosvenediger, 1900-cu il.

Zirvələrin fəth edilməsinə dair cəhdlər XIX əsrdən etibarən başlamışdır. İlk olaraq 1800-cü ildə Qrosqlokkner zirvəsi fəth edilmişdir. 9 avqust 1828-ci ildə Qabsburq hersoqunun da yer aldığı 17 üzvdən ibarət olan ekspedisiya uçquna görə zirvəni fəth edə bilmədilər.

Dağ 3 sentyabr 1841-ci ilə qədər fəth edilməmiş olaraq qalırdı. Həmin tarixdə isə Yozef Şvabın (alm. Josef Schwab‎) rəhbərliyi altında qayalara dırmaşan idmançılar qrupu ilk dəfə dağın zirvəsinə qədər çata bildi. Onlar öz səyahətlərinə Noykirxen-am-Qrosfenediger yaşayış məntəqəsinin şimal yamacından və Zalsax çayının vadisindən başladılar. Zirvəyə qrupun 40 üzvündən yalnız 26-sı çata bildi. Qalan üzvləri isə yorğunluq səbəbindən bazaya qayıtdılar.

Dağ maqmatik mənşəlidir. Hertsin dağ əmələgəlməsi dövründə yaranmağa başlamışdır. Yaranmış olan Hertsin mənşəli qranitlər yalnız Qrosvenedigerdə və Almaniyada yerləşən Şvarsvaldedə aşkar olunmamışdır. Qranitoidlərdən Alp dağlarının formalaşması vaxtı intensiv deformasiya səbəbindən qneyslər formalaşmışdır. Onların yaşı 310 — 340 milyon il təşkil edir.[2]

  1. "Peakbagger.com". 2017-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
  2. Ralf Schuster, Kurt Stüwe. Die Geologie der Alpen im Zeitraffer. In: Naturwissenschaftlicher Verein für Steiermark (Hrsg.): Mitteilungen des naturwissenschaftlichen Vereins für Steiermark. — Band 140. — Graz, 2010. — S. 5—21.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qrosvenediger
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?