For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qari Oldmen.

Qari Oldmen

Vikipediya, azad ensiklopediya

Qari Oldmen
ing. Gary Leonard Oldman
2011-cu ildə Oldmen
2011-cu ildə Oldmen
Doğum adı Gary Leonard Oldman[1]
Doğum tarixi (66 yaş)
Doğum yeri London, Nyu-Kros, Böyük Britaniya
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Uşağı 3
Fəaliyyəti Aktyor
Rejissor
Musiqiçi
Fəaliyyət illəri 1979–h.h.
Boyu 174 sm
Çəkisi 75 kq[2]
Mükafatları Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı
IMDb ID0000198
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qari Leonard Oldmen (ing. Gary Leonard Oldman; 21 mart 1958, London, İngiltərə) — məşhur ingiltərəli aktyor və rejissor. Son illərdə o Harri Potter filmləri silsiləsində Sirius Blek və Kristofer Nolanın Betmen filmləri silsiləsindəki obrazlarına görə tanınır. 2018-ci ildə "Darkest Hour" (2017) filminə görə "ilin ən yaxşı aktyoru" nominasiyasında "Oscar" mükafatı qazanmışdır.

Leonard Qari Oldmen 21 mart 1958-ci ildə Londonda, qaynaqçı ailəsində anadan olub. Qarinin yeddi yaşı olanda atası ailəni tərk edib. Balaca Qari iki bacısı ilə anasının yanında böyüyüb. Ona çox nadir hallarda baş çəkən atası 62 yaşında əyyaşlıqdan vəfat edib. On dörd yaşı olan Qari Qrinviç Gənclər Teatrının truppasına daxil olub, on altı yaşında isə idman ləvazimatlarının satışı ilə məşğul olmaq üçün məktəbi yarımçıq qoyub. Amma o, eyni zamanda ədəbiyyatla yaxından maraqlanır və pianoda çalırmış. Dram müəllimi Rocer Vilyams Qarinin həyatında həlledici rol oynayaraq onu kino aləminə gətirib. 1979-cu ildə gənc Qari Kent şəhərindəki Rouz Brufordun səhnə nitqi və dram kollecini əla qiymətlərlə bitirib.

Növbəti il o, Qlazqo teatrı ilə AvropaCənubi Amerikaya qastrol səfərinə yollanıb. Britaniya televiziyasına mütəmadi dəvətlər alan Qari artıq 80-ci illərdə İngiltərə səhnəsinin aparıcı aktyorlarından birinə çevrilir. Bir neçə dəfə peşəkar mükafatına layiq görülən aktyor Kral saray və Kral Şekspir teatrlarında çalışmağa başlayır. 1986-cı ildə Qari Oldmenin kinodebütü baş tutur. Aktyor "Sid və Nensi" filmində Sid obrazını canlandırır. 1988-ci ildə ABŞ-yə yollanan Qari Oliver Stounun məşhur "JFK" filmində qatil Li Harvi Osvald roluna dəvət alır. "Ölməz sevgili", "Beşinci element", "Prezidentin təyyarəsi" kimi filmlərdə aktyor bütün istedadını ortaya qoyub. 1998-ci ildə "Kosmosda itənlər" elmi-fantastik filminə çəkilən aktyor son dövrlərdə uşaqların sevimli qəhrəmanı Harri Potterin seriyalarına çəkilib. Hollivudda Oldmeni "aktyorların aktyoru" adlandırırlar. Tanınmayacaq qədər cilddən-cildə girməyi bacaran, hər obrazı xüsusi danışıq tərzi ilə canlandıran, Hollivudun ən valehedici canilərini oynayan və tarixdən tanınan şəxslərin rollarını ifa etməyə ən yaxşı namizəd hesab edilən Qari bu təxəllüsü nahaq yerə almadığını sübut edib. İkinci planın qəhrəmanını oynayan aktyor çox vaxt ekranda bir nömrəli nəhəngə çevrilir. Oldmenin oynadığı filmləri elit adlandırmaq olmaz, amma aktyor rolunu o qədər bacarıqla ifa edir ki, hətta ən pis kinoda da onu seyr etmək xoş olur.

Seçilmiş filmoqrafiya

[redaktə | mənbəni redaktə et]
  1. Brem Stokerin Drakulası (film, 1992)
  2. Leon (film, 1994)
  3. İlayın kitabı (film, 2010)
  4. RoboKop (film, 2014)
  5. Darkest Hour (film, 2017)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. (unspecified title). Rivista del Cinematografo.
  2. https://starsunfolded.com/gary-oldman/.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qari Oldmen
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?