Qanun naminə - Heydər Əliyev salnaməsi
Vikipediya, azad ensiklopediya
Qanun naminə - Heydər Əliyev salnaməsi (film) | |
---|---|
Janr | Sənədli film |
Əsas mövzu | Heydər Əliyevin Azərbaycan Respublikası Baş Prokurorluğuna yüksək diqqət və qayğısı. |
Rejissor | Bəhruz Əliyev |
Operator | Sərxan Mədətli |
İlk baxış tarixi | 09.05.2022 |
Yayımlanma yeri | Xəzər TV |
Ölkə | Azərbaycan |
Dil | azərbaycan |
İl | 2022 |
Qanun naminə — Heydər Əliyev salnaməsi — Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında hazırlanmış sənədli film.
Filmdə Heydər Əliyevin prokurorluğa yüksək diqqət və qayğısı, mütəmadi dəstəyi, onun rəhbərliyi ilə həyata keçirilmiş islahatlardan söhbət açılır, həmçinin görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısı barədə məlumatlar, o cümlədən prokurorluğun veteran əməkdaşlarının xatirələri yer alıb.
Film Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Baş Prokurorluqda "Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə təqdim edilib.[1]
Yaradıcı heyət
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev- İdeya müəllifi
- Baş prokurorun müavini Heydər Məmmədov- Məsul redaktor
- Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov- Redaktor
- Azərbaycan Respublikasının xalq artisti Nürəddin Mehdixanlı– Aparıcı
- Bəhruz Əliyev- Quruluşcu rejissor
- Şəbnəm Xeyrulla– Ssenari müəllifi
- Sərxan Mədətli- Operator
- Royal quluzadə- Quruluşcu operator
- Emin Mahmudov- Səs rejisoru
- Məhəmməd Hətəmov- Rəng korreksiyası və montaj
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Qanun naminə-Heydər Əliyev salnaməsi" sənədli filminin təqdimatı baş tutub" (az.). Azərbaycan Respublikasının Baş Prokurorluğu. 09.05.2022. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2 dekabr 2022.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan naminə!"
- "Azərbaycan naminə!"
- "Dahi azərbaycanlı"
- "Dahi qurucu"
- "Əliyevin əli"
- "Heydər Əliyev"
- "Heydər Əliyev. Dünyaya pəncərə"
- "Heydər Əliyev. Vətənin keşiyində"
- "Nailiyyətlər estafeti"
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.