For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qanlı.

Qanlı

Vikipediya, azad ensiklopediya

Qanlı
40°11′ şm. e. 45°38′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.003 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 490 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qanlı xəritədə
Qanlı
Qanlı

Qanlı, Qamışlı, Torfavan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.[2]

Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir. Həmin ad 1946-cı il avqustun 12-nə kimi olmuşdur. Kəndin ikinci adı olan "Qamışlı" sözünün mənası isə kəndin alt hissəsində yerləşən böyük Torf mədənindəki bitən Qamışlığın adı ilə bağlıdır. Həmin ad 1976-cı ilə qədər olmuşdur. Kəndin üçüncü adı olan Torfavan sözünün mənası kəndin alt hissəsində yerləşən böyük Torf mədəninin adı ilə bağlıdır. Bu adın kəndə verilməsinin əsas səbəbi ermıni daşnaqlarının apardıqları Antitürk siyasətinin təsiri nəticəsində olmuşdur. Keçmişdə Qanlıdan bir qədər aralıda dağlardan saxsı borular vasitəsilə bulaq çəkilmişdi. Həmin saxsı borular IV–IX əsrlərdə çəkilmişdir. Kəndin mərkəzindəki qədim qəbiristanlıq burada ta qədimdən insanların yaşamasına sübut edir. Alban əlifbası ilə yazılmış abidələr bu yerlərin alban türklərinə məxsusluğuna bir nişanədir. Alban daş abidələri, qəbirlər azərbaycanlılar 1988-ci il Ermənistandan deportasiya olunanadək qalırdı. XII əsrdə Albaniya ərəblərin hücumlarına məruz qalır və yerli əhali islam dinini qəbul etməyə məcbur edilir. Həmin dövrdə Göyçə mahalı və o cümlədən Qanlı kəndi də ərəblər tərəfindən işğal olunur. XIV əsrdə Göyçə mahalına Əmir Teymur hücum edir. XVI əsrdə mahal Ağqoyunluların təbbəliyini qəbul edir.

Allahverdilər, Möylələr, Avıllılar, Mehribanlılar, Rəhimlilər, Hacınağılar, Cəlillər, Hacıqəriblər, Nayımlılar, Əhmədlilər, Zeynallılar, Babışlılar, Məmmədlilər, Məşədi Nəsirlilər, Məşədi Abbaslar adlı tayfalar var idi.

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Saşa Əliyev — ATU əsaslı kitabxanası direktorunun elmi işlər üzrə müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
  • Rizvan Nəbiyev
  • Vüqar Əliyev (aktyor) — Azərbaycanlı aktyor, "Kurtlar Vadisi-Pusu" serialında "iranlı nazir Əli Əsgəri" rolunu oynayan.
  • Əhmədov Qədim Qurban oğlu — müəllim, ziyalı.
  • Bəhram Avılov — Əməkdar müəllim, AzMİU-nun Ağsaqqallar Şurasının sədri, ictimai fənlər kafedrasının müəllimi dosenti, fəlsəfə elmlər namizədi[3]
  • Salman Avılov — Qanlı kəndində Kolxoz sədri, 1939–1945
  • Şöhrət El-Dəniz — Telejurnalist. AzTV, Space MTRŞ-da redaktor, baş redaktor işləyib. Hazırda visiontv.az saytının baş redaktorudur. 50-dən çox səndəli film, o cümlədən " Heydər Əliyev generalları" 3 hissəli sənədli filmin müəllifidir.
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. "Arxivlənmiş surət". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qanlı
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?