For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qalib Qurbanov.

Qalib Qurbanov

Vikipediya, azad ensiklopediya

Qalib Qurbanov
bayraq
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
1991 – 19 may 1992
ƏvvəlkiVəzifə təsis olundu.
Sonrakıİbadulla Qurbanov
Zaqatala Rayon Sovetinin sədri
1991 – 1991
ƏvvəlkiVəzifə yaradıldı.
SonrakıVəzifə ləğv olundu.
bayraq
Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi
bayraq2
1990 – 1991
SonrakıVəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 1945

Təltifləri "Tərəqqi" medalı

Qalib İslam oğlu Qurbanov (1945) — Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Zaqatala Rayon Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi.

Qurbanov Qalib Islam oğlu 1945-ci ildə anadan olub. 1952-ci ildə Zaqatala şəhəri 2 nömrəli orta məktəbə daxil olub və 1963-cü ildə oranı bitirib. Həmin il Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakultəsinə qəbul olunub və 1969-cu ildə institutu bitirərək mühəndis-elektromexanik ixtisası alıb. Əmək fəaliyyətini 1965-ci ildə başlayıb. Müvafiq olarak "AzərDənizNeftTikinti" Trestinin 3 nömrəli TQİ-də fəhlə, "VOTQEO" Ümümittifaq Elmi Tədqiqat İnstitutunda, Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda, Azərbaycan Dəmir Yollarında, Ət və Süd Sənayesi Nazirliyi SMK-da müxtəlif texniki-mühəndis vəzifələrində işləyib. 1971–1972-ci illərdə hərbi xidmətdə olub.

1972–1979-cu illərdə "Azerenerji"nin enerjisatış idarəsində mühəndis-müfəttiş, qrup rəhbəri, "Dövlətenerjinazarət"in rəis müavini vəzifələrində işləyib.

Evlidir. İki övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qalib Qurbanov 1979-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənayə-nəqliyat və maşınqayirma şöbələrində təlimatçı, şöbə müdürünün muavini vəzifəsində işləyib. 1988-ci ildə Azərbaycan Kommunist Partiyası Yevlax Şəhər Komitəsinin 2-ci katibi seçilib.

Azərbaycan Kommunist Partiyasının XXXII Qurultayında Mərkəz Komitəsinin üzvü seçilib. 1990–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin 1-ci katibi, 1991-ci ildə Zaqatala Rayon Sovetinin Sədri, 1991-ci ildən isə Zaqataıa Rayon İcra Hakimiyyətinin başcısı vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 19 may 1992-ci il tarixli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[1]

Qalib Qurbanov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. 1992-ci ilin iyununda Azərbaycan Respublikası Milli Məclisinın üzvü seçilmişdir. Parlamentdə iqtisadiyyat komissiyasının sədr müavini olub.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1997-ci ildən Rabitə Nazirliyinin (51%) təsisçiliyi ilə yaranmış "Azerin" MMC-nin təsisçilərindən biri, eyni zamanda baş direktorudur.[2]

2000-ci ildən bu günədək Azərbaycan İnternet Cəmiyyətinin sədridir.[3][4]

2013-ci ildən İnformasiya Texnologiyalarının İnkşafı Dövlət Fondunun Muşahidə Şurasının üzvüdür. 2015-ci ildən Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "Yüksək Texnologiyalar Parkı"-nın Ekspertlər Şurasının üzvüdür.[5]

Qalib Qurbanov 2021-ci ilin iyul ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya üzv, daha sonra isə İctimai Şuranın sədr müavini seçilmişdir.[6]

21 aprel 1995-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur.

6 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[7]

  1. http://www.e-qanun.az/framework/7241[ölü keçid]
  2. "Arxivlənmiş surət". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
  3. "Arxivlənmiş surət". 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
  4. "Arxivlənmiş surət". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
  5. http://emag.iis.ru/arc/infosoc/emag.nsf/BPA/44535a3007d73089442581100044cc12[ölü keçid]
  6. "Arxivlənmiş surət". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
  7. "Arxivlənmiş surət". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qalib Qurbanov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?