For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qəmbər Bəybalayev.

Qəmbər Bəybalayev

Vikipediya, azad ensiklopediya

Qəmbər Bəybalayev
bayraq
"Azərpoçt" MMC-nin baş direktoru
bayraq2
2001 – 2015
bayraq
"Aztelekom" İB-nin baş direktoru
bayraq2
27 aprel 1998 – 23 aprel 2001
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1957(1957-03-01) (67 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti alim

Bəybalayev Qəmbər Bəylər oğlu (1 mart 1957, Quba) — "Azərpoçt"un sabiq baş direktoru; texnika elmləri namizədi, dosent; Azərbaycan Respublikasının "Əməkdar Mühəndis"i[1]

Qəmbər Bəybalayev 1 mart 1957-ci ildə Azərbaycanın Quba rayonunun Əlik kəndində anadan olmuşdur.

1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomatik elektrik rabitəsi ixtisası üzrə elektrotexnika fakultəsinə daxil olmuşdur. 1978-ci ildə həmin institutu bitirərək təyinatla Respublika Elektrik Rabitəsi və Radiolaşdırma Qovşağında mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir.

1985–1988-ci illərdə Respublika Elektrik və Radiolaşdırma Qovşağının rəisi, 1988–1997-ci illərdə "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi, 1998-ci ildə "Aztelekom" İB-nin baş mühəndisi, 27 aprel 1998-ci ildən 23 aprel 2001-ci il tarixədək isə "Aztelekom" İB-nin baş direktoru vəzifəsində işləmişdir.

2001-ci ildən hal hazıradək "Azərpoçt" DM-nin Baş direktoru vəzifəsində çalışır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

13 noyabr 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri namızədi alimlik dərəcəsi almışdır. Bir dərs vəsaitinin, dörd kitabın, beş ixtira üzrə patentin və 15 texniki məqalənin müəllifidir. Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin 22 iyun 2005-ci il tarixli 115 saylı Qərarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiya üzvü təyin edilmişdir[2].

Azərbaycan Texniki Universitetinin dosentidir.

Qarabağ müharibəsində

[redaktə | mənbəni redaktə et]

"Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi işlədiyi dövrdə, 1991–1992-ci illərdə bütün döyüş bölgələrində, həmçinin Dağlıq Qarabağ və onun ətraf rayonlarında rabitə əlaqəsinin yaradılmasında bilavasitə iştirak etmişdir. Kapitan rütbəsindədir. Müharibə veteranıdır.

Mükafatları və fəxri adları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rabitə sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir.

  • Azərbaycan Rabitə nazirinin 28 yanvar 2002-ci il tarixli, KŞ-17 saylı Əmri ilə "Rabitə Ustası" adına layiq görülmüşdür.
  • Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2011-ci il tarixli, 1864 nömrəli Sərəncamı ilə ona Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı verilmişdir.

3 noyabr 2015-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Barəsində həbs qətimkan tədbiri seçilib.[3][4]

  1. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2011-ci il tarixli, 1864 nömrəli Sərəncamı [ölü keçid]  (az.)
  2. "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının tərkibi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2005-ci il tarixli, 115 nömrəli Qərarı". 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  3. ""Azərpoçt"un baş direktoru həbs olunub" (az.)). sputnik.az. 2015-11-03. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  4. ""Azərpoçt"un baş direktoru barəsində həbs qətimkan tədbiri seçilib" (az.)). trend.az. 2015-11-03. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qəmbər Bəybalayev
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?