Pomidor dolması
Vikipediya, azad ensiklopediya
Pomidor dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.
Lazım olan ərzaqlar
[redaktə | mənbəni redaktə et]- Qoyun əti — 163 q.
- Pomidor — 300 q.
- Baş soğan — 20 q.
- Ərinmiş yağ — 20 q.
- Göyərti (reyhan, keşniş) — 15 q.
- Darçın — 0,2 q.
- Qatıq — 50 q.
- İstiot — 0,1 q.
- Duz
Hazırlanma qaydası
[redaktə | mənbəni redaktə et]Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır. Orta ölçüdə bərk pomidor seçilib təpəsi kəsilir və özəyi çıxarılır. Hazırlanmış pomidora qiymə doldurulur, dayaz qazana yığılır. Üzərinə pomidordan çıxarılmış özəyin yağda qızardılması ilə hazırlanmış sous əlavə edilib öz buğunda bişirilir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.