For faster navigation, this Iframe is preloading the Wikiwand page for Patrisiya Espinosa.

Patrisiya Espinosa

Vikipediya, azad ensiklopediya

Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023)
Patrisiya Espinosa
Meksika Xarici İşlər naziri[d]
1 dekabr 2006 – 30 noyabr 2012
Şəxsi məlumatlar
Doğum tarixi 21 oktyabr 1958(1958-10-21)[1] (65 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi

Təltifləri Grand Cross of Honor for Services to the Republic of Austria Grand Cross 1st class of the Order of Merit of the Federal Republic of Germany Peru günəşi ordeni böyük xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Patrisiya Espinosa (isp. Patricia Espinosa Cantellano; 21 oktyabr 1958[1], Mexiko) — Meksikalı siyasi və dövlət xadimi, diplomat. 18 may 2016-cı il tarixindən BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının icraçı katibi. Meksikanın Xarici İşlər Naziri (2006-2012).

O, Mexiko Kollecini (El Colegio de México) və Cenevrə Universitetində Beynəlxalq Tədqiqatlar İnstitutunun beynəlxalq hüquq üzrə aspiranturasını bitirib.

Karyera diplomatı. 16 sentyabr 1981-ci ildən Meksika Xarici İşlər Nazirliyi sistemində o, BMT-nin Cenevrə ofisində Meksika missiyasında işləyib, xarici işlər nazirinin müavininin müşavirlərinin koordinatoru, beynəlxalq təşkilatların direktoru, Meksikanın Nyu-Yorkdakı BMT yanında Daimi Nümayəndəliyinin üzvü olub.

Bu sonuncu vəzifədə o, BMT Baş Assambleyasının Üçüncü Komissiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan hüquqları, sosial inkişaf, qadınların irəliləyişi, uşaq hüquqlarının təşviqi və müdafiəsi kimi məsələlərə cavabdeh olub. Baş Assambleyanın 51-ci sessiyasında o, bu komissiyanın sədri olub. Daha sonra müxtəlif beynəlxalq təşkilatların rəhbəri olub.

13 yanvar - 21 mart 2001-ci ildə Meksika Milli Qadınlar İnstitutunun prezidenti olur.

22 mart 2001 - 5 iyun 2002 və 6 sentyabr 2013 - 7 iyul 2016-cı illərdə Meksikanın Almaniyadakı səfiri işləyir. 6 iyun 2002 - 30 noyabr 2006-cı ildə Meksikanın Avstriyadakı səfiri, eyni zamanda Slovakiya, Sloveniyada və Meksikanın Vyanadakı beynəlxalq təşkilatlarda nümayəndəsi olur. 1 dekabr 2006-cı il - 30 noyabr 2012-ci il tarixlərində Felipe Kalderonun sağ mərkəzçi hökumətində Xarici İşlər Naziri vəzifəsində çalışıb.

18 may 2016-cı ildən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibidir[2]. O, həmçinin rəhbər vəzifələrdə və siyasi gündəmlərdə gender bərabərliyi məsələləri üzrə beynəlxalq səviyyədə işləyir[3].

Ailəlidir iki övladı vardır[4].

  1. 1 2 Patricia Espinosa Cantellano // Munzinger Personen (alm.).
  2. "Ban announces intention to appoint seasoned Mexican diplomat to head UN climate framework". 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.
  3. Members Arxivləşdirilib 2021-03-04 at the Wayback Machine International Gender Champions (IGC).
  4. "Profile of Patricia Espinosa" (Spanish). Felipe Calderon's Official Website. 2006-11-29. 2007-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-11-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Patrisiya Espinosa
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?