For faster navigation, this Iframe is preloading the Wikiwand page for Oxrid-Prespa qoruğu.

Oxrid-Prespa qoruğu

Vikipediya, azad ensiklopediya

Oxrid-Prespa qoruğu
Sahəsi
  • 446.244,52 ha
Yaradılma tarixi 2014
Yerləşməsi
41°00′36″ şm. e. 20°42′00″ ş. u.HGYO
Ölkə
Oxrid-Prespa qoruğu xəritədə
Oxrid-Prespa qoruğu
Oxrid-Prespa qoruğu

Oxrid-Prespa qoruğu (mak. Прекуграничен биосферен резерват „Охрид-Преспа“ ; alb. Oher – Prespe, Rezerve Ndërkufitare Biosfere) ― Şimali MakedoniyaAlbaniya sərhəddindəki Oxrid və Prespa göllərini əhatə edən qoruq.[2] Qoruq su hövzələri və ətrafındakı dağlıq relyefi əhatə edən 446 244,52 hektar əraziyə malikdir.[3]

Oxrid-Prespa bölgəsi 11 iyun 2014-cü il tarixində İsveçdə keçirilən UNESCO beynəlxalq komissiyasının sessiyasında biosfer qoruğu elan edilmişdir.[3][4]

Oxrid gölünün endemik növlərindən olan Oxrid alabalığı

Oxrid-Prespa qoruğu göllərin ətrafındakı dağlıq ərazilərdən başlayaraq su hövzələri ətrafındakı subtropik meşələrə qədər müxtəlif ekosistemləri əhatə edir.[2] Oxrid-Prespa göl sistemi Avropadakı ən böyük sistemlərdən biridir. Hər iki göl geolojibioloji bənzərsizliyinə görə milli və beynəlxalq səviyyədə müstəsna dəyərə malikdir. Oxrid gölü endemik növləri ilə məşhurdur (200-dən çox) və bunlardan beşi gölün içindəki mikroekosistemlərlə məhdudlaşır. Göldəki on yeddi balıq növündən Oxrid alabalığı (Salmo letnica) da daxil olmaqla onu endemikdir.

Ərazidə həmçinin Balkan şamından (Pinus peuce) ibarət endemik və unikal meşə zolaqları var.

Məməlilər Oxrid-Prespa qorğunda qorunması qoruq üçün vacib olan ikinci ən vacib növ qrupunu təmsil edir. Məməli növlərinə Balkan talpası ( Talpa stankovici ), Balkan vaşaqı (Lynx lynx martinoi), boz canavar (Canis lupus), qonur ayı (Ursus arctos) və başqaları daxildir. Balkan vaşaqı son dərəcə nadir bir növdür və özünəməxsus yüksək simvolik dəyəri var. Qoruqda xüsusi qeydiyyat altına alınmış quş növü qıvrımlələk qutandır (Pelecanus crispus). Prespa bölgəsi Avropadakı quş növlərinin yarıdan çoxunu təmsil edən təxminən 260 quş növünə ev sahibliyi edir.[2] Bu ərazidə təxminən 140 quş növü yuva qurur.

Sosial-iqtisadi xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Demoqrafik cəhətdən nisbətən sabit olan yaşayış məntəqələri yalnız keçid zonalarında yerləşir.[2] Bununla birlikdə ərazidəki digər məskunlaşma bölgələri (xüsusən Oxrid gölü sahilindəki Oxrid və Struqa şəhərləri və Albaniyanın Poqradets şəhəri) turizm mövsümü ərzində minlərlə ziyarətçi qəbul edir.

Albaniyada yerli əhalisinin əsas iqtisadi fəaliyyəti keçid bölgəsində və sərhəd zonasının bəzi hissələrində mövcud olan əkinçilikdir.[2] Bu yaxınlarda ənənəvi əkinçiliklə paralel olaraq yeni yaşayış məntəqələrinin yaranmasına səbəb olan qida emalı sənayesi də əhəmiyyətli dərəcədə inkişaf etmişdir. (xüsusilə Korça şəhərində)

Qoruq ərazisindəki inkişafın ən vacib sektoru ilkin sektordur. Bir çox ərazidə fərdi mülkiyyətə aid təsərrüfatlar daha intensiv yayılmış istehsal növləri ilə əvəz olunur (məsələn, Resendəki böyük bağlar). Bəzi dağlıq ərazilərdə isə meşə təsərrüfatı əhəmiyyətli iqtisadi fəaliyyətdir. Sərhəd ətrafı ərazilərdə maldarlıq da geniş yayılmışdır.[2]

Turizm qoruq ətrafındakı bütün ərazilərin inkişafının əsas sahəsidir. Təkcə Oxrid şəhəri axının ən yüksək olduğu mövsümdə yerli əhalidən (42 000) altı dəfə çox ziyarətçi qəbul edir.

Göllərə ekoloji və iqtisadi təsirləri olan digər bir əsas fəaliyyət isə balıqçılıqdır.

  1. 1 2 3 4 http://www.unesco.org/new/en/natural-sciences/environment/ecological-sciences/biosphere-reserves/europe-north-america/albaniathe-former-yugoslav-republic-of-macedonia/ohrid-prespa/.
  2. 1 2 3 4 5 6 "Oxrid-Prespa - Biosphere Reserves". UNESCO. Avqust 2014. İstifadə tarixi: 21 may 2016.
  3. 1 2 "Регионот Охрид-Преспа прогласен за биосферен резерват на УНЕСКО" (makedon). Нова Македонија. 11 iyun 2014. İstifadə tarixi: 20 may 2016.[ölü keçid]
  4. "Oxrid-Prespa". UNESCO. İstifadə tarixi: 10 aprel 2021.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Oxrid-Prespa qoruğu
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?