For faster navigation, this Iframe is preloading the Wikiwand page for Oslo Opera Evi.

Oslo Opera Evi

Vikipediya, azad ensiklopediya

Oslo Opera Evi
Binanın gecə görünüşü
Binanın gecə görünüşü
Xəritə
59°54′25″ şm. e. 10°45′13″ ş. u.
Ölkə Norveç Norveç
Şəhər Oslo
Tikilmə tarixi 2003-2007
Memarlıq quruluşu Postmodern memarlığı
Oslo Opera Evi (Norveç)
Oslo Opera Evi
Oslo Opera Evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oslo Opera Evi (nor. Operahuset) — Norveçin paytaxtı Oslo şəhərində yerləşən, Norveç Opera və Balet mərkəzi olan və milli opera teatrı olan bina. Bina Oslonun mərkəzi ilə qonşu olan Byorvikada, Oslofyordun başında yerləşir. Bina Norveçin hökumət əmlakları üzrə agentliyi olan Statsbiq tərəfindən idarə olunur. Opera Evində ümumi sahəsi 38.500 olan 1100 otaq yerləşir. Əsas mərtəbəsi 16 metr genişliyində, 40 metr hündürlüyündədir. Binanın bucaqlı fasadı İtalyan mərməri və ağ qranitlə örtülmüşdür və bu ona sanki yağışdan çıxmış görkəm verir. Bu bina tamamlanana qədər Norveçin ən böyük tikilisi təqribən 1300-cü ildə tikilmiş Nidar kafedralı sayılırdı.

Uzun mübahisələrdən sonra yerli qanunverici orqan 1999-cu ildə şəhərdə yeni opera binası tikmək qərarını verdi. Müsabiqə keçirildi və 350 layihə təqdim olundu. Qalib Norveç firması Şonettanın işi oldu. Tikinti 2003-cü ildə başladı və 2007-ci ildə başa çatdı. Layihənin həyata keçirilməsinə isə 760 milyon ABŞ dolları sərf olundu. Kral Harald, Danimarka Kraliçası II Marqarita, Finlandiya prezidenti Tarja Halonen və digər liderlərin iştirak etdiyi Opera binasının açılış mərasimi 12 aprel 2008-ci ildə baş tutdu. İlk ilindəcə Opera binasını 1.3 milyon nəfər ziyarət etdi.

2008-ci ildə Oslo Opera Evi İspaniyanın Barselona şəhərində keçirilən Dünya Memarlıq Festivalının mədəniyyət mükafatını qazanmışdır. 2009-cu ildə isə Müasir Memarlıq üçün Avropa Birliyi mükafatına layiq görülmüşdür.

Oslo Opera Evinin tavanı elə tikilib ki, ziyarətçilər buradan Oslonun mənzərəsini görə bilərlər. Hətta binanın tavanı skeydbordçuların ən sevimli yerlərindən biridir.

Tikili La Faççiata adlı ağ italyan mərməri ilə örtülmüşdür. Dəhliz isə 15 metr hündürlüyündəki pəncərələrlə əhatə olunub. Dam isə görünüşə xələl gətirməyən bucaqlı sütunlarla dəstəklənmişdir.

Binanın daxili döşəməsi isəsoyuqdan qorunmaq üçün palıd ağacı ilə örtülmüşdür.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Oslo Opera Evi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?