Nuranə Əliyeva (karateçi)
Vikipediya, azad ensiklopediya
Nuranə Əliyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Nuranə Ağa Əli qızı Əliyeva |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
İdman növü | Karate (Kumite) |
Vikianbarda əlaqəli mediafayllar |
Nuranə Əliyeva[1] (d. 21 avqust 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Nuranə Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nuranə Əliyeva 21 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.
Karyerası
[redaktə | mənbəni redaktə et]Nuranə Əliyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -50 kiloqram çəki dərəcəsində çıxış edən Nuranə Əliyeva, bürünc medal uğrunda görüşdə, İndoneziya nümayəndəsi Srunita Sukatendeli 1:1 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "IV İslam Həmrəyliyi Oyunları - Karate yarışlarının idmançıları" (PDF). www.baku2017results.azureedge.net. 2017-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 sentyabr 2017.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.