For faster navigation, this Iframe is preloading the Wikiwand page for Nurəddin Sadıqov.

Nurəddin Sadıqov

Vikipediya, azad ensiklopediya

Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Nurəddin Sadıqov
Nurəddin Sadıq oğlu Sadıqov
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1935(1935-12-05)
Doğum yeri
Vəfat tarixi 22 dekabr 2009(2009-12-22) (74 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nurəddin Sadıqov (5 dekabr 1935, Behrud, Naxçıvan MSSR22 dekabr 2009, Bakı) – Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, sabiq Hərbi işlər üzrə dövlət müşaviri, General-mayor.

Sadıqov Nurəddin Sadiq oğlu 1935-ci il dekabr ayının 5-də Naxçıvan MR Ordubad rayonu Behrud kəndində anadan olub.

1942-ci ildə Behrud kənd 4-illik məktəbin birinci sinfinə qəbul olunmuş sonradan təhsilini Biləv kənd yeddiillik məktəbində davam etdirmişdir.

1949-cu ildə Ordubad rayon pedoqoji texnikumuna daxil olmuş, lakin ailə vəziyyəti ilə əlaqədar 1950-ci ildə öz ərizəsi ilə texnikumu tərk edərək, Parağaçay dağ-filiz mədənində fəhlə kimi işləməyə başlamışdır. Lakin təhsilini davam etdirmək istəyi ilə doqquzuncu və onuncu sinfi Culfa rayonunun Yaycı kəndində oxumuşdur.

1954-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib, kamal attestatı alır, həmin ilin oktyabr ayında hərbi xidmətə çağrılır və beləliklə ordu həyatı başlayır.

Hərbi təhsilini H. A. Şors adına Lvov hərbi məktəbində alıb, sonda təyinatla Zakorpat vilayətinin Mukaçevo şəhəırində 128 saylı Türküstan Motoatıcı diviziyasında xidmətə başlayır. Daha sonra Mukaçevo şəhərində 149-cu Motoatıcı alayının komandiri vəzifəsinə təyin olunur.

1965-ci ildə M. V. Frunze adına Hərbi Akademiyasına qəbul olub, 1970-ci ildə akademiyanı qızıl medalla bitirir.

1974-cü ildə podpolkovnik hərbi rütbəsi alır. 1975-ci ildə N. Sadıqov Zaqafqaziya hərbi dairəsinin 4-cü ümumqoşun ordusunun kəşfiyyat şöbəsinin rəisi təyin olunur və Bakıda hərbi xidmətə başlayır.

1977-ci ildə ordu qərargahının razılığı ilə M. V. Frunze adına Hərbi Akademiyada kəşfiyyat kafedrasının baş müəllim kimi hərbi-pedoqoji fəaliyyətə başladı. İşlədiyi müddətdə onun rəhbvərliyi və ortaqlıq müəllifliyi ilə 5 məxfi dərsliklər və 122 dərs vəsaiti nəşr edilmişdir.

1982-ci ildə polkovnik Akayevin elmi rəhbərliyi ilə polkovnik N. Sadıqov "Silahlı mübarizənin qanuna uyğunluqları və bu mübarizədə müasir kəşfiyyatın tutduğu yer" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Çox kecmədən ona "dosent" elmi adı verildi. N. Sadıqov kafedrada elmi-tədqiqat işlərinə rəhbərlik edirdi. Bu SSRİ Silahlı Qüvvələrində Kəşfiyyat və xarici ordular üzrə yeganə elmi bölmə idi.

1988-ci ildə Dağlıq Qarabağ böhranı başladıqda N. Sadıqova Bakıya gəlib, qərargaha rəhbərlik etmək təklif olundu. Lakin onu buraxmadılar. O, tərxis olunmaq haqqında raportla müraciət etdikdən sonra, 1991-ci ilin noyabrın 12-də polkovnik N. Sadıqov SSRİ SQ-sıralarında ehtiyata buraxılır. Bakıya gələn kimi hərbi nazirliyə cağrılır və idarə rəisinin müavini, bir ay sonra isə Müdafiə Nazirliyinin baş müşaviri vəzifəsinə təyin olunur.

1992-ci il 18 iyun tarixdə MN-nin əmri ilə Nurəddin Sadıqov Baş Qərargah rəisinin müavini təyin olunur.

1992-ci ilin sentyabrın 5-ində AR Prezidentinin fərmanı ilə Baş Qərargah rəisi təyinn olunur və ona general-mayor hərbi rutbəsi verilir.[1]

General–mayor N. Sadıqovu rəhbərliyi ilə azərbaycan ordusu cəbhə xəttində bir sıra uğurlu əməliyyatlar keçirib. O cümlədən, 1992-ci ilin sentyabr-oktyabr aylarında Kəlbəcər, Qubadlı və Laçın istiqamətində müvəffəqiyyətli hücum əməliyyatları aparıb.

1993-cü ilin iyun ayının 5-də AR Prezidentinin fərmanı ilə Nurəddin Sadıqov tutduğu vəzifədən azad edilir və 3 noyabr tarixində hərbi işlər üzrə Dövlət müşaviri vəzifəsi təsis olunaraq, bu vəzifəyə təyin olunur.

2000-ci ildə səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, AR prezidentinin fərmanı ilə tutduğu vəzifədən azad edilib, 22 dekabr 2009-cu ildə isə 74 yaşında vəfat edib.[2]

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. "N. S. Sadıqov haqqında". 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  2. "GENERAL NURƏDDİN SADIQOV VƏFAT EDİB". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Nurəddin Sadıqov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?