For faster navigation, this Iframe is preloading the Wikiwand page for Naxçıvan Duz Muzeyi.

Naxçıvan Duz Muzeyi

Vikipediya, azad ensiklopediya

Naxçıvan Duz Muzeyi
Xəritə
Əsası qoyulub 12 sentyabr 2017
Açılış tarixi 25 aprel 2018
Mövzu duz
Ölkə
Yerləşir Naxçıvan
39°16′33″ şm. e. 45°20′04″ ş. u.

Naxçıvan Duz MuzeyiAzərbaycanın Naxçıvan şəhərində yerləşən muzey. Muzey Naxçıvan duzunun tarixinə həsr olunmuşdur.

Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən yaradılmışdır. Muzeyin açılışı 25 aprel 2018-ci ildə "Duzdağ" hotelində baş tutmuşdur. Açılışda Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmişdir.[1]

Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixi əhəmiyyətini tanıtmaq və aparılmıç elmi tədqiqat işlərini sistemləşdirməkdir. Belə ki, Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil etmişdir.[2]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzey fəaliyyətinə 81 eksponatla başlasa da, bu rəqəm 104-ə çatmışdır.[3] Burada duzdan hazırlanmış müxtəlif fiqurlar, Duzdağ haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, "Duzdağ" sənədlər toplusu nümayiş olunur. Muzeydə duzçıxarma və duz mədənçiliyində istifadə olunmuş daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, duz kristalları, duz süxurları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar sərgilənir.[1] Eksponatlara arxeoloji qazıntılar nəticəsində tapılmış Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları da daxildir.[2]

Muzeyin mərkəzində Nuh peyğəmbərin heykəli qoyulmuşdur. Belə ki, yerli əfsanələrdə Nuh peyğəmbərin Naxçıvanda duz mədənində ilk çalışanlar biri olduğu və şəhər əhalisinə duz çıxartmağı öyrətdiyi qeyd olunur.[2] Muzeydə duzla bağlı şifahi xalq ədəbiyyatı nümunələri nümayiş olunur. Duzdan hazırlanmış və üzərində "Məhəmməd və Əli" sözləri yazılmış Quran kitabı, daşduzdan hazırlanmış əl işləri, Azərbaycan bayrağının duzdan hazırlanmış maketi, Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı duzdan hazırlanmış loqo muzey eksponatları arasındadır.[1]

  1. 1 2 3 "Naxçıvanda Duz Muzeyi istifadəyə verilmişdir". Muzeyin rəsmi saytı. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2024.
  2. 1 2 3 "Naxçıvan Duz Muzeyi haqqında". Muzeyin rəsmi saytı. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2024.
  3. Hafizə, Əliyeva. "Naxçıvanın Duz muzeyi". Nuhçıxan. 31 iyul 2018. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Naxçıvan Duz Muzeyi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?