For faster navigation, this Iframe is preloading the Wikiwand page for Mustafa Quliyev.

Mustafa Quliyev

Vikipediya, azad ensiklopediya

Mustafa Quliyev
1928 – 1929
ƏvvəlkiRuhulla Axundov
SonrakıAğa Sultanov
21 iyun 1922 – 1927
ƏvvəlkiDadaş Bünyadzadə
SonrakıRuhulla Axundov
1921 – 1922
bayraq
Lənkəran Qəza İnqilab Komitəsinin sədri
bayraq2
1920 – 1921
ƏvvəlkiƏli Məmmədov
SonrakıŞirəli Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 18 (30) yanvar 1893
Doğum yeri
Vəfat tarixi 3 iyul 1938(1938-07-03) (45 yaşında)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Partiya
Təhsili
Fəaliyyəti yazıçı, ədəbiyyat tənqidçisi, publisist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafa Zəkəriyyə oğlu Quliyev (18 (30) yanvar 1893, Nuxa3 iyul 1938, Bakı) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, tənqidçi və publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq maarif komissarı (1922–1927, 1928–1929). Azərbaycan pedaqoji mühitinin təlim tərbiyəsində böyük rol oynamış bir əsrlik qocaman tarixi "Azərbaycan məktəbi" jurnalnın ilk baş redaktoru olmuşdur.

Mustafa Zəkəriyyə oğlu Quliyev 18 (30) yanvar 1893-cü ildə Nuxa (Şəki) şəhərində xırda tacir ailəsində anadan olmuşdur. 1907–1913-cü illərdə Tiflisdə İmperator I Aleksandr gimnaziyasında oxuyaraq 8 siniflik tam orta təhsilini bitirmiş, 1913-cü ildən Kiyev Müqəddəs Vladimir Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsində təhsilini davam etdirmişdir. Tələbə olarkən, 1918-ci ilin yanvarında Kiyevdə bolşeviklər partiyasına daxil olmuşdur. Təhsilini başa vursa da, Kiyevdə qalaraq qısa müddət sonra Rusiya K(b)P Kiyev Komitəsində tatar (türk) bölməsinin sədri olmuş və bu vəzifədə 1919-cu ilədək çalışmışdır.[1]

1919-cu ildə Mustafa Quliyev Bakıya gələrək bolşevik fəaliyyətini davam etdirmiş, çox keçmədən Lənkərana göndərilərək orada Əli Məmmədov, Şirəli Axundov və başqaları ilə partiya özəkləri yaratmış, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lənkəran Qəza İnqilab Komitəsinin sədri təyin edilmişdir.[2] 1921–1922-ci illərdə Bakıda Azərbaycan K(b)P Qaraşəhər Rayon Komitəsinin katibi işləmiş, 1922-ci ilin iyun ayında Azərbaycan SSR xalq maarif komissarı təyin edilmişdir. Paralel olaraq 1923–1926-cı illərdə "Maarif və mədəniyyət" jurnalının redaktoru olmuş, 1924-cü ildən isə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda siyasi iqtisadiyyat üzrə müəllim işləmişdir.[1]

Mustafa Quliyev 1927–1928-ci illərədə AK(b)P Bakı Şəhər Komitəsində Təşviqat və təbliğat şöbəsinin müdiri işləmiş, 1928–1929-cu illərdə yenidən Azərbaycan xalq maarif komissarı vəzifəsinə qaytarılmışdır.[1] Daha sonra Qırmızı Professorlar İnstitutunda təhsil almış, buranı 1933-cü ildə bitirmişdir. 1934-cü ildə Qazaxıstanda Turbat Maşın-Traktor Stansiyasının siyasi idarəsinin rəisi, 1935–1937-ci illərdə isə ÜİK(b)P Çimkənd Şəhər Komitəsinin katibi olmuşdur. 1937-ci ildə Odessaya qayıdaraq Ukrayna K(b)P Odessa Vilayət Komitəsinin Məktəb və elm şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[3]

Həbsi və ölümü

[redaktə | mənbəni redaktə et]

Mustafa Quliyev 5 iyul 1937-ci ildə Ukrayna Xalq Daxili İşlər Komissarlığının Odessa Vilayət İdarəsi tərəfindən həbs edilmiş, növbəti ay, avqustun 4-də isə Bakıya gətirilmişdir. Dekabrın 1-də o, xalq düşməni adı ilə partiyadan çıxarılmış, 3 iyul 1938-ci ildə isə güllələnmişdir.[1]

19 avqust 1955-ci ildə Mustafa Quluyevin Bakıda yaşayan və Mariya Vladimirovnadan olan qızı Səltənət Quliyev xüsusi işlər üzrə hərbi prokurorun müavini Çesnokova ərizə yazaraq atasının günahsız olduğunu bildirmiş və ona bəraət verilməsini xahiş etmişdir. Növbəti il, 1956-cı ildə ona bəraət verilmişdir. 19 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa olunmuşdur.[3]

  • Azərbaycanda Oktyabr düşmənləri (1927)
  • Mədəni inqilab və islam (1928)
  • Türk qadınının yolu (1930)
  • Oktyabr və türk ədəbiyyatı (1930)
  • Cinayət nədir və hardan baş verir (1935)
  1. 1 2 3 4 Ədalət Tahirzadə; Misir Mərdanov. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. IV cild. Bakı: Təhsil. 2020. səh. 486–493. ISBN 978-9952-518-03-0.
  2. М. З. Гулиев // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 245–246.
  3. 1 2 Кулиев Мустафа Закарья оглы // Открытый список (rus). 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2024.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Mustafa Quliyev
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?