For faster navigation, this Iframe is preloading the Wikiwand page for Moldova pasportu.

Moldova pasportu

Vikipediya, azad ensiklopediya

Moldova pasportu
rum. pașaport moldovenesc
Moldova biometrik pasportunun üz qabığı (2023)Moldova biometrik pasportunun üz qabığı (2023)
Tərəfindən verilib  Moldova
İlk çıxış tarixi 1 fevral 2008
(ilk biometrik pasport)
5 aprel 2023
(cari versiya)
Sənəd növü Pasport
Məqsəd Şəxsiyyət doğrulama və səyahət
Bitmə müddəti 10 il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moldova pasportuMoldova vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Pasport Dövlət Təşkilat və İnformasiya Resursları mərkəzi "Registru" tərəfindən, xaricdə isə Moldovanın xarici nümayəndəlikləri tərəfindən verilir. Pasportun etibarlılıq müddəti 7 ildir. 7 yaşa qədər uşaqlar üçün pasportun etibarlılıq müddəti 4 ildir. 2006-cı il yanvarın 1-dən Moldova vətəndaşları eyni vaxtda iki pasport almaq imkanı üçün yerli pasport idarəsinə yazılı müraciət etməlidirlər.

Moldovanın ilk biometrik pasportu 2008-ci il yanvarın 1-də verilib. Yeni məcburi Moldova biometrik pasportu 1 yanvar 2011-ci ildə buraxılıb və qiyməti 700 MDL (45 avro) təşkil edir. Pasportun çipində sahibinin qan qrupu, rəqəmsal barmaq izi və rəqəmsal şəkli var. Rəqəmsal barmaq izi 12 yaşdan kiçik uşaqlar üçün məcburi deyil. Köhnə qeyri-biometrik pasportlar istifadə müddəti bitənə qədər etibarlı olacaq, səyahət üçün isə yalnız yeni biometrik pasportlar etibarlı olacaq.

Pasport 32 səhifədən ibarətdir. Məlumat vərəqi rumın, ingilisfransız dillərində çap olunur.

Bundan əlavə, Rumıniya Hökuməti Rumıniya əsilli Moldova vətəndaşlarına Rumıniya pasportları verir ki, bu da onlara Avropa İttifaqında və region ölkələrində vizasız səyahət etməyə imkan verir. Bu gün 120 minə yaxın Moldova vətəndaşı Rumıniya vətəndaşlığı üçün müraciət edib və Rumıniya pasportu alıb.

Avropa İttifaqı 2008-ci ildən bəri viza rejimini asanlaşdırdığı Moldova ilə vizadan azad olmaq üçün danışıqlar aparıb. 2010-cu ilin iyununda Avropa İttifaqı (Aİ) Moldova ilə vizasız səyahət danışıqlarına başlayıb. Aİ və Moldova arasında viza rejiminin sadələşdirilməsinə dair saziş 2012-ci ilin iyununda baş nazir Vlad Filat və Avropa komissarı Sesiliya Malmström tərəfindən imzalanıb. 2013-cü ilin noyabrında Avropa İttifaqı Moldova vətəndaşları üçün vizanın 2014-cü ildən ləğv edilməsini təklif edib.[1]

Biometrik pasportu olan Moldova vətəndaşları 28 aprel 2014-cü il tarixindən etibarən Şengen zonasına daxil olarkən vizadan azad ola bilərlər.[2]

Henley Viza məhdudiyyətləri indeksinin 2016-cı il hesabatına əsasən, Moldova vətəndaşları sərhəd qapısında vizalı və ya vizasız 101 ölkəyə səyahət edə bilərlər.[3] Bu yolla Moldova vətəndaşları dünyada səyahət azadlığına görə 52-ci yerdədirlər.

Moldova vətəndaşlarının vizasız və ya sərhəd qapısında viza alaraq səyahət edə biləcəyi ölkələr.
  1. "Visa Liberalization Recommended For Moldova". rferl.org. 2 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2014.
  2. "Moldova vizeden muaf". yeniasya.com.tr (türk). 29 aprel 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2014.
  3. "The Henley & Partners Visa Restrictions Index 2016" (PDF). henleyglobal.com. 2 mart 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 mart 2016.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Moldova pasportu
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?