For faster navigation, this Iframe is preloading the Wikiwand page for Mirzə Fətəli Axundovun ev-muzeyi.

Mirzə Fətəli Axundovun ev-muzeyi

Vikipediya, azad ensiklopediya

Mirzə Fətəli Axundovun ev muzeyi
Xəritə
Əsası qoyulub 1940
Açılış tarixi 1940-cı il
Mövzu Xatirə muzeyi
Ölkə
Yerləşir Şəki
Ünvan M.F.Axundov küç., 43 [1]
Kolleksiyası 248 eksponat
Direktor Ulduz Xəlilova[2]
41°12′11″ şm. e. 47°11′49″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Fətəli Axundovun ev muzeyi — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundovun Şəkidə yerləşən ev muzeyi. Axundov bu evdə doğulub və onun uşaqlıq və yeniyetməlik dövrləri də burada keçib. Bu muzey həm də Azərbaycanda açılmış ilk xatirə muzeyidir.[3]

Ev 1800-cü ildə tikilib. 1811-ci ildə isə Mirzə Fətəli Axundovun atası Mirzə Məhəmməd Tağı tərəfindən alınıb. 1812-ci ildə burada Mirzə Fətəli Axundov dünyaya gəlib. 2 il sonra Axundovun atası ailəsi ilə birlikdə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçür. Mirzə Fətəlinin 13 yaşı olanda valideynləri boşanırlar. Sonradan 1825-ci ildə Axundov ailəsi ilə birlikdə Şəkiyə geri dönür. Bu dövrdən etibarən onun tərbiyəsi ilə anasının əmisi Axund Hacı Ələsgər məşğul olmağa başlayır. 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil aldıqdan sonra 1834-cü ildə Tiflisə gedir.

1940-cı ildə bu evdə muzey yaradılır. 2012-ci ildə Axundovun 200 illik yubileyinin şərəfinə muzey əsaslı şəkildə təmir olunub.

Şəkidə yerləşən Mirzə Fətəli Axundovun ev muzeyi Azərbaycanda açılmış ilk xatirə muzeyidir. Muzey iç-içə olan iki kiçik otaqdan ibarət idi. Evin yaxınlığında başqa bir tikili də var. Bu, sonradan inşa edilib və burada böyük yazıçının həyat yolu və yaradıcılığına aid ekspozisiya yaradılıb. M.F.Axundov ev muzeyi 2 binadan, həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və Axundovun anadan olduğu evdən ibarətdir.

Ev təxminən 1800-cü ildə Şəki memarlıq ənənəsi ilə, çiy kərpicdən inşa olunub, iki otaq, bir eyvan və zirzəmidən ibarətdir. Mərtəbələr arasında ağac konstruksiya var. Buxarısı da binanın şərq üslubunda tikildiyini göstərir. Otaqlarda qədim əşyalar sərgilənir. Vaxtilə həyətdə daş və kərpic divarlar, şərq üslubunda kərpic tağlı darvaza, Mirzə Fətəli Axundzadənin əmizadələrinə məxsus çiy kərpicdən tikilmiş ikimərtəbəli, zirzəmili başqa bir ev də olub.[4]

1975-ci ildə "Ekspozisiya" zalı tikilib. Mirzə Fətəli Axundzadənin ev-muzeyində 2011-2012-ci illərdə təmir işləri aparılıb. Muzeydə 248 eksponat nümayiş etdirilir.[5]

  1. "M.F.Axundovun ev-muzeyi". sheki.mctgov.az. 5 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2020.
  2. İctimai TV. "Şəkidə Azərbaycanın ilk xatirə muzeyi" (az.). Youtube.com. 15.03.2024. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  3. "Böyük dramaturqun ziyarətçisiz ev muzeyi - FOTO". news.milli.az. 20 may 2013. 8 noyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2020.
  4. "M.F.Axundovun ev muzeyi". sheki.heritage.org.az. 15 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2020.
  5. "Şəkidə M.F.Axundzadənin ev-muzeyi". anl.az. 5 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2020.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Mirzə Fətəli Axundovun ev-muzeyi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?