For faster navigation, this Iframe is preloading the Wikiwand page for Mil Mi-38.

Mil Mi-38

Vikipediya, azad ensiklopediya

Mil Mi-38
Hazırlayan Mil Moskva Helikopter Zavodu
İstehsalçı Mil Moskva Helikopter Zavodu
İlk uçuş 22 dekabr 2003
Buraxılış sayı 4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mil Mi-38 (rus. Миль Ми-38) - Mil tərəfindən istehsal edilən Rusiyanın orta ölçülü nəqliyyat helikopteridir. Helikopter Mi-8Mi-17-ni əvəz etməsi üçün hazırlanıb və həm hərbi, həm də mülki variantlarda satılması planlaşdırılır[1]. 30 dekabr 2015-ci ildən Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsi olan Rusiya Hərbi Hava Qüvvələri tərəfindən istismar edilir.[2]

ILA Berlin 2012 aviasərgisində nümayiş etdirilən Mil Mi 38 maketi

Rusiyanın ən yeni çoxməqsədli “Mi-38” helikopteri də ilk dəfədir ki, xaricdə təqdim olunur. Maşın unikal texniki xüsusiyyətlərə malikdir. Konstruktorlar helikopterin maksimal universallığını təmin etmək üçün onun istismar imkanlarını genişləndiriblər.

Yeni maşının isti iqlim şəraitində, səhralıq və dağlıq ərazilərdə rahat və etibarlı isitismarı Yaxın Şərqdən olan mütəxəssislərin xüsusi marağına səbəb olub. Amma onun istismar zonası bundan da genişdir - həm dəniz, həm tropik, hətta arktik mühitdə istifadəsi mümkündür.

Helikopter ən sərt müasir təhlükəsizlik və ekoloji təmizlik normalarına uyğun layihələndirilib. “Mi-38” göstəriciləri beş maye-kristal displeydə əks olunan pilotaj-naviqasiya kompleksinə inteqrasiya olunmuş yeni, qənaətcil “ТВ7-117В” mühərrikləri ilə təchiz olunub. Maşının konstruksiyasında sırf Rusiya istehsalı olan aqreqatlardan, komponentlərdən və kompozit materiallardan istifadə olunub.

“Mi-38”in füzelyaj konturu və güc qurğusunun korpusu təkmilləşdirilib, aparıcı pəri isə qoruyucu vtulkanın içinə yerləşdirilib. İlk dəfə olaraq Rusiyanın helikopter konstruksiyasında ənənəvi “arxa” mövqeyi əvəzinə, mühərrikin əsas reduktordan öndə yerləşdirilməsi sxemi gerçəkləşdirilib (bunun sayəsində aerodinamik müqavimət, kabinədə səs-küy azalıb və təhlükəsizlik artıb).

Çoxməqsədli “Mi-38” orta “Mi-8” ilə ağır “Mi-26” arasında mövqe tutacaq. Mühəndis-texniki həllər sayəsində bu maşın yükgötürmə, sərnişin yerinin sayı və əsas texniki-uçuş xüsusiyyətlərinə görə öz sinfindən olan digər vertolyotları üstələyir (kreyser sürəti - 290 km/saat, uçuş məsafəsi - 1000 km, praktiki tavanı - 5900 m, ekipaj - 2 nəfər). Maksimal uçuş kütləsi 15,6 ton olan helikopter göyərtəsinə, yaxud xarici asqısına 5 ton faydalı yük götürə, sərnişin modifikasiyasında isə 30 nəfəri sərnişin qismində daşıya bilər.

Mil Mi-38 helikopteri MAKS-2019 aviaşousunda

“Mi-38”in ekstremal şəraitdə sınaqları 2019-cu ilin iyulunda başa çatıb, 2019-cu ilin noyabr ayından isə Kazan aviazavodunda onun seriya istehsalına başlanılıb. Bir müddət əvvəl bəlli olub ki, 15 bu cür maşın 2020-ci il üçün RF Müdafiə Nazirliyinin sərəncamında olacaq. Çoxməqsədli “Mi-38” ordunun mobilliyini artırmağa və tətbiq sahəsini genişləndirməyə imkan verəcək. Üstəlik, planetin bütün qitələrində uçan dünya rekordsmeni “Mi-8”in (ixrac variantı - “Mi-17V”) ənənəsini layiqincə davam etdirəcək.[3]

Mil Mi 38 OR-1, Moskva -Jirovskie (Ramenskoe)

Texniki xüsusiyyətləri (Mil Mi-38)

[redaktə | mənbəni redaktə et]

Mənbə:[4]

Mil Mi 38 uçarkən
  • Ekipaj: 1-3
  • Tutumu: 30 insan və ya 7,000 kq yük
  • Uzunluq: 19.70 m
  • Pər uzunluğu: 21.10 m
  • Hündürlük: 5.13 m
  • Pər sahəsi: 349.5 m²
  • Boş çəkisi: 8,300 kq
  • Maksimum uçuş çəkisi: 16,200 kq
  • Mühərrik: 2 × Klimov TV7-117V turboşaft
Mil Mi-38 helikopterinin arxadan görünüşü
  1. Mi-38 helicopter production to begin in 2013 Arxivləşdirilib 2013-02-08 at the Wayback Machine, RIAN, 2010-12-02
  2. "Arxivlənmiş surət". 2017-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
  3. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
  4. "Arxivlənmiş surət". 2018-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Mil Mi-38
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?