For faster navigation, this Iframe is preloading the Wikiwand page for Malakkanın mühasirəsi.

Malakkanın mühasirəsi

Vikipediya, azad ensiklopediya

Malakkanın mühasirəsi
Osmanlı donanmasının Açe səfəri
1630-cu ildə Malakkanın xəritəsi
1630-cu ildə Malakkanın xəritəsi
Tarix 1568-ci il
Yeri Malakka, Malayziya
Nəticəsi Portuqaliyanın qələbəsi
Münaqişə tərəfləri

Osmanlı imperiyası
Açe sultanlığı

Portuqaliya imperiyası
Coxor imperiyası

Komandan(lar)

I Ələddin əl Kuxar

Leonis Pereyra

Tərəflərin qüvvəsi

15 min nəfər
400 türk tüfəngçisi və topçuları
300 gəmi
200 silah

məlum deyil

Malakkanın mühasirəsi — 1568-ci ildə Açe sultanlığına Osmanlı donanmasının səfəri zamanı Portuqaliyanın Malakka qalasının türk qüvvələri tərəfindən mühasirəsi.

Portuqaliyalılar 1511-ci ildə Malakkanı tutduqdan sonra burda güclü qarnizon yerləşdirərək qala qurdular.[1][2] Malakka şəhər-qalası Malakka boğazının girişində yerləşirdi O böyük strateji əhəmiyyətə malik olub Malay yarımadasını Sumatra adasından ayırır. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirir. Strateji əhəmiyyət baxımından əhəmiyyəti odur ki, burdakı yol Hind okeanıSakit okean arasında olan əsas dəniz yoludur. Şərqi Asiya istiqamətində və burdan Avropaya gedən ticarət yolları bu boğaz vastəsi ilə həyada keçirilirdi. Bu mühüm ticarət yolunun portəgizlər tərəfindən nəzarətə alınması, Açe Sultanlığını və Cənubi Şərqi Asiya ölkələri ilə Yaxın Şərq ölkələri ticarətçilərini çətin vəziyyətə saldı. Portuqaliyaylılar bütün Hind Okeanını nəzarətdə saxlamaq üçün ilk növbədə strateji yerləri əllərində saxlamağa cəhd edirdilər.

Bu səbəbdən Malakka şəhəri davamlı olaraq qonşu dövlətlərin hücumuna məruz qalırdı. Xüsusən də 1537-ci ildə Açe sultanlığı qoşunları ilk olaraq Malakkanı mühasirəyə aldılar. Lakin həm etibarlı donanmanın yoxluğu, həm də portuqaliyalıların odlu silaha malik olması, açelilərə şəhər-qalanı tutmağa imkan vermədi.[1]

Şəhərin mühasirəsi

[redaktə | mənbəni redaktə et]

Portuqaliyalıları Malakka və Sumatra adasından qovmağa çalışan Açe Sultanlığı həmin dövrün ən güclü müsəlman dövləti Osmanlı imperiyası ilə əlaqələr qurmağa çalışırdı. Bu qeyri-rəsmi əlaqələr hələ 1530-cu illərdən mövcud olmuşdur.[3] 1560-cı illərin əvvəllərində Açedə hakimiyyətə gələn Sultan Ələddin Riyat-şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi.[3] O, Sultan I Süleyman Qanunini İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi.[3] 1564-ci ildə Osmanlılardan aldığı hərbi kömək vasitəsilə Açe Aru və Johor sultanlıqlarını fəth etdi.[3]

Osmanlıların hərbi köməyini alan Açe sultanlığı Mallakanı da ələ keçirməyə qərar verdi. Bunu üçün Açe Osmanlılardan bir daha kömək istədilər. Osmanlılar Açeyə artilleriya ilə silahlanmış 15 gəmidən ibarət donanma göndərməyə qərar verdilər. Silah və sursatdan əlavə ekspedisiyanın tərkibinə əsgərlər, silah ustaları və mühəndislər də daxil idi. Lakin sonradan bu donanma Yəməndəki qiyamı yatırmaq üçün göndərildi.[3][4] 1566-1567-ci illərdə Açeyə cəmisi iki türk gəmisi gəldi. Dəniz yürüşünə admiral Kurtoğlu Hızır Rəis rəhbərlik edirdi.

Şəhər-qalanın mühasirəsindən bir qədər əvvəl, türklər Hindistan və Cənub-Şərqi Asiyadakı Portuqaliya müstəmləkələrini məhv etmək üçün Açe sultanlığı ilə ittifaqa girdilər.[5] Yalnız bundan sonra 1568-ci ildə açelilər portuqalların əsas güc mənbəyi olan Malakkanı mühasirəyə aldılar. Lakin osmanlılar qalaya hücum və mühasirədə Açe sultanlığına birbaşa kömək edə bilmədilər. Çünki həmin vaxt Osmanlı donanması bütün qüvvəsini Kiprin işğalı və Ədəndəki qiyamı yatırmağa cəlb edilmişdi.[5]

Malakkanın mühasirəsində Açe qüvvəsi ilə Osmanlı donanmasının sayı 300 gəmi təşkil edirdi. Əsgər sayı isə ümumilikdə 15.000 nəfər idi.[1][2]

Portuqaliyalılar ciddi müqavimət göstərdilər. Osmanlıların Malakkanı almaq cəhdi uğursuzluqla nəticələndi. Leonis Pereyra Evinin ümumi komandanlığı altında portuqaliyalıların və Johorluların müqaviməti nəticəsində şəhər-qala alına bilmədi.[1] Açelilər və Osmanlılar geri çəkilmək məcburiyyətində qaldılar.

Növbəti illərdə Açelilər Osmanlılardan aldıqları odlu silahları istifadə etməklə bir neçə dəfə şəhəri mühasirəyə aldılar. Tez-tez gedən müharibələr portuqalları zəiflətdi. 1570-ci illərdə Malakka adalarına soxulan portuqaliyalılar sultanın qoşunları tərəfindən tez bir zamanda darmadağın edildilər.[5]

  1. 1 2 3 4 Jaques, Tony. Dictionary of Battles and Sieges: F-O. USA. 620. ISBN 0-313-33538-9.
  2. 1 2 Cambridge University Press. Of fortresses and galleys // Modern Asian Studies . 22 (journal) (ingilis). 1988. 607.
  3. 1 2 3 4 5 Islam in the Indonesian world: an account of institutional formation Azyumardi Azra p.169 ff [1] Arxivləşdirilib 2022-05-08 at the Wayback Machine
  4. "Medieval Islamic Civilization: An Encyclopedia Josef W. Meri p.465". 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  5. 1 2 3 "By the sword and the cross Charles A. Truxillo p.59". 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Malakkanın mühasirəsi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?