For faster navigation, this Iframe is preloading the Wikiwand page for Lloyd Şepli.

Lloyd Şepli

Vikipediya, azad ensiklopediya

Lloyd Şepli
ing. Lloyd Shapley
Doğum tarixi
Doğum yeri Massaçusets ABŞ ABŞ
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri
Vətəndaşlığı ABŞ ABŞ
Elm sahələri Riyaziyyat
İqtisadiyyat
İş yerləri ABŞ Ordusu
(1943-1945)
Prinston Universiteti
(1953-1954)
Rand Kooperasiyası
(1948-1949; 1954-1981)
Los Anceles Kaliforniya Universiteti
Təhsili
Tanınır Şepli dəyəri
Şepli-Şubik güc indeksi
Stoxastik oyunlar
Bondareva-Şepli teoremi
Şepli-Folkmen lemma və teoremi
Qeli-Şepli alqoritmi
Potensial oyun
Bazar oyunları
Nüfuz paylanması
Üzvlüyü
Mükafatları Nobel mükafatı 2012 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lloyd Şepli (ing. Lloyd Shapley; d. 2 iyun 1923 ö. 12 mart 2016) — amerikalı riyaziyyatçıiqtisadçı. Tanınmış nəzəri fəaliyyətləri riyazi iqtisad sahəsində, xüsusilə də Oyunlar nəzəriyyəsi haqqındadır. 2012-ci ildə Elvin Rotla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[4]

Lloyd Şepli 2 iyun 1923-cü ildə ABŞ-nin Massaçutest ştatında anadan olub. Atası tanınmış astroloq Herlou Şepli idi. İlk və ikinci dərəcəli təhsilindən sonra Harvard Universitetində təhsilə başlamışdır. Lakin II Dünya müharibəsi zamanı, 1943-cü ildə əsgərliyə aparılmışdır. Eyni ildə ABŞ Ordusu Hərbi Hava Qüvvələrinin çavuşu olaraq Çinə göndərilmişdir. Burada olarkən SSRİ ordusunun istifadə etdiyi hava vəziyyəti şifrələrini aşkara çıxarması səbəbindən Amerikanlmn Bürünc Ulduz medalı ilə təltif edilmişdir.

Müharibənin sona çatmasından sonra ABŞ-yə dönüb 1948-ci ildə Harvard Universiteti Riyaziyyat fakültəsindən məzun olmuşdur. Bundan sonra ABŞ-də qabaqcıl nəzəri araşdırma mərkəzlərindən biri olan Rand Kooperasiyasında bir il çalışdı. Sonra 1950-ci ildə Prinston Universitetində çalışıb dissertasiya hazırlayaraq 1953-də doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsi aldıqdan sonra bir müddət Prinston Universitetində işlədi. Sonra 1964-1981-ci illərdə karyerasını Rand Kooperasiyasında davam etdirdi. Lloyd Şepli 1981-ci ildə təqaüdə çıxdı, amma Los Anceles Kaliforniya Universitetində Riyaziyyat və İqtisadiyyat fakültələrində Fəxri professor olaraq işləyib.

Mükafatları və fəxri üzvlükləri

[redaktə | mənbəni redaktə et]
  • 1944 - ABŞ Ordusu Hərbi Hava Qüvvələrinin Bürünc Ulduz medalı.
  • 1951-1952 - Prinston Universitetinin Fəxri üzvü.
  • 1967 - Ekonometrika Cəmiyyətinin Fəxri üzvü.
  • 1974 - Amerika İncəsənət və Elmlər Akademiyasının Fəxri üzvü.
  • 1979 - Amerika Milli Elmlər Akademiyasının Fəxri üzvü.
  • 1981 - Con fon Neyman nəzəriyyə mükafatı.
  • 1986 - Qüds Yəhudi Universitetinin Fəxri doktoru.
  • 2002 - Əməliyyat Tədqiqatları və İdarəetmə Elmləri İnstitutunun Fəxri üzvü.
  • 2007 - Amerika İqtisad Cəmiyyətinin Seçkin Fəxri üzvü.
  • 2012 - İqtisadiyyat üzrə Nobel mükafatı.
  • 1953: Lloyd Shapley, "A Value for n-person Games ", H.W. Kuhn and A.W. Tucker (eds.) (ed) (1953) Contributions to the Theory of Games. II cild.
  • 1953: Lloyd Shapley, "Stochastic Games" Proceedings of National Academy of Science C.39, s.1095–1100.
  • 1954: Lloyd Shapley and Martin Shubik "A Method for Evalüating the Distribution of Power in a Committee System" American Political Science Review C.48, d.787–792.
  • 1962: Lloyd Shapley and David Gale "College Admissions and the Stability of Marriage " The American Mathematical Monthly C.69, s.9–15.
  • 1962: Lloyd Shapley, "Simple Games : An Outline of the Descriptive Theory", Behavioral Science C.7, s.59–66.
  • 1967: Lloyd Shapley, "On Balanced Sets and Çores" Naval Research Logistics Quarterly C.14, s.453–460.
  • 1969: Lloyd Shapley and Martin Shubik "Ön Market Games" Journal of Economic Theory C.1, s.9–25.
  • 1969: Lloyd Shapley "Utility Comparison and the Theory of Games", La Decisión,s.251–263.
  • 1971: Lloyd Shapley "Çores of Convex Games" International Journal of Game Theory C.1, s.11–26.
  • 1969: Lloyd Shapley and Martin Shubik, "The Assignment Game İ: The Core", International Journal of Game Theory C.1, s.111–130.
  • 1974: Lloyd Shapley and Robert Aumann, Values of Non-Atomic Games, Princeton University Press.
  • 1979: Lloyd Shapley and Pradeep Dübey, "Mathematical Properties of the Banzhaf Power Index", Mathematıcs of Operations Research C.4, s.99–132.
  • 1979: Lloyd Shapley and Robert Aumann, "Long-Term Competition – A Game-Theoretic Analysis" Nimrod Meğiddo (ed.) Eşsays in Game Theory: In Honor of Michael Maschler. Springer-Verlag.
  • 1996: Lloyd Shapley and Döv Monderer. "Potential Games", Games and Economic Behavior C.14, s.124–143.
  • 2003: Lloyd Shapley and X.Hu, "Ön Authority Distributions in Organizations ", Games and Economic Behavior C.45, s.132–152, 153-170.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Lloyd Şepli
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?