For faster navigation, this Iframe is preloading the Wikiwand page for Leyla Bədirbəyli.

Leyla Bədirbəyli

Vikipediya, azad ensiklopediya

Leyla Bədirbəyli
Digər adları Leyla Bədirbəyova
Leyla Cavanşirova
Doğum tarixi
Doğum yeri Bakı, AXC
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1936–1998
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1949 Azərbaycan SSR Dövlət mükafatı — 1972 2-ci dərəcəli "Stalin" mükafatı — 1946
"İstiqlal" ordeni — 1999 "Əməkdə fərqlənməyə görə" medalı — 1946
IMDb ID0246139
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.

Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə)[1] dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib.[2] Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar.

1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı.

Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.

Leyla Bədirbəyli 1936-cı ildə 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə qurmuşdur. 1937-ci ildə Cavanşir adlı oğulları dünyaya gəlmişdir. Cavanşir Cavanşirov həyat yoldaşı Elmira Cavanşirova ilə Leylanın uşaqlıqda yaşadığı, Fəvvarələr Meydanında yerləşən evdə, 2017-ci ildə vəfat edənə qədər yaşayırdı,

amma Leyla ilə Fərəcin birgə ailə həyatları uzun sürmür və 4 ildən sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı — Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları — Bikə doğulur. Kamil Aslanov Ukraynada yol qəzasına uğrayır və vəfat edir. Bu hadisənin üzərindən bir il keçməmiş böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edir[3].

Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat etmişdir. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilmiş, dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılmışdır[4]

Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yaradıcılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Leyla Bədirbəyli 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna" filminə çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olub.

1945-ci ildə "Arşın mal alan" filmi çəkilməyə başlayıb. Leyla Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.

29 dekabr 2019-cu ildə Azərbaycan prezidenti Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[5]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Teatr sahəsində rolları

[redaktə | mənbəni redaktə et]
  • Dezdemona (Otello, Uilyam Şekspir)
  • Nərminə (Göz həkimi, İ. Səfərli)
  • Solmaz (Od gəlini, Cəfər Cabbarlı)
  • Liza (Canlı meyit, Lev Tolstoy)
  • Fəxrəndə (Mahnı dağlarda qaldı, İlyas Əfəndiyev)
  1. "Azərbaycan səhnəsinə gözəlliyi ilə işıq saçan Leyla Bədirbəylinin doğum günüdür". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.
  2. "Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar". 2023-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-09.
  3. "Məşhurların ailə faciələri". 2016-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-01.
  4. "Xalq artisti Leyla Bədirbəylinin dəfninin təşkili üzrə Dövlət komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 1999-cu il 273 nömrəli Sərəncamı Arxivləşdirilib 2018-11-26 at the Wayback Machine (az.)
  5. President.Az. "Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29.12.2019. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
  6. "70 - L. A. Bədirbəylinin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında". e-qanun.az. 10 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2016.
  • "Bolqar jurnalı yazır…" //Ədəbiyyat və incəsənət.- 1964.
  • [ölü keçid] Leyla Bədirbəyli
  • Leyla Bədirbəyli Arxivləşdirilib 2020-11-30 at the Wayback Machine
  • Лейла Бедирбейли – Биография
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 276.
  • "Səhnəmizin Leylası" //Respublika.- 2011.- 1 yanvar.
  • Azərbaycan gözəli: Leyla Bədirbəyli //Ekran-efir.- 2015.- 9 yanvar.- S.6.
  • Əsgərov, H. Gözəllik tərcümanı //Mədəniyyət.- 2015.- 23 yanvar.- S.11.
  • Gül çöhrəli Leyla… "Azərbaycan gözəli" adı almış aktrisanın anadan olmasından 95 il ötdü //Ekspress.- 2015.- 10 – 12 yanvar.- səh. 21.
  • Xalq artisti Leyla Bədirbəylinin 95 illiyi tamam olub //525-ci qəzet.- 2015.- 9 yanvar.- səh. 7; Kredo.- 2015.- 9 yanvar.- səh. 16.
  • "Onun çəkildiyi filmlər və oynadıgı rollar qocalmır, unudulmur" //Üç nöqtə.- 2015.- 22 yanvar.- səh. 13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Leyla Bədirbəyli
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?