For faster navigation, this Iframe is preloading the Wikiwand page for Leon Festinger.

Leon Festinger

Vikipediya, azad ensiklopediya

LEON FESTİNGER
ing. Leon Festinger
Doğum tarixi 8 may 1919(1919-05-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 fevral 1989(1989-02-11)[1][2][…] (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Təhsili
Fəaliyyəti psixoloq, universitet müəllimi[d]
Elmi dərəcəsi
Üzvlüyü

Leon Festinger (8 may 1919[1][2][…], Manhetten, Nyu-York ştatı11 fevral 1989[1][2][…], Nyu-York, Nyu-York ştatı[3]) — ABŞ sosial psixoloqu. O bir çox təcrübələri ilə, xüsusilə isə Koqnitiv dissonans və Sosial müqayisə nəzəriyyələri ilə tanınır.

L. Festingerin valideynləri Rusiyadan olan yəhudi əsilli mühacirlər idi.

Festinger 1939-cu ildə Nyu Yorkdakı City College adlı təhsil müəssisəsini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Bundan sonra o Iowa (Ayova) Universitetində tanınmış sosial psixoloq Kurt Levinin rəhbərlik etdiyi kurslarda təhsilini davam etdirərək psixologiya üzrə ustad və doktor elmi dərəcələrini qazanmışdır.

Festinger karyerası müddətində Iowa, Rochester, Michigan Universitetlərində, Massachusetts Texnologiya Universitetində, Minnesota Universitetində, Stanford Universitetində işləmişdir.

L. Festinger Koqnitiv dissonans tədqiqatını 1954-cü ildə Minnesota Universitetində işləyərkən başlamışdır. Tədqiqatın nəticələrini o, Theory of Cognitive Dissonance (1957) (Koqnitiv dissonans nəzəriyyəsi) kitabında qeyd etmişdir. Bu nəzəriyyəyə görə şəxs bir birinə əks olan iki ideya istiqamətində eyni zamanda hərəkət etməli olanda, o diskomfort (narahatlıq) hiss edir. Məsələn, siqaretin zərərli olduğunu dərk etdiyi halda siqaret çəkmək. Bu halda şəxs narahatlığı azaltmaq üçün ya konflikt yaradan hərəkətə haqq qazandırmalıdır (məs. siqaret çəkmək onun əsəb gərginliyini azaldır), ya da həmin hərəkətdən əl çəkməlidir (yəni, siqaret çəkməyi tərgitməlidir).

Festingerin digər mühüm ideyası onun Sosial müqayisə nəzəriyyəsi (1954) (Social comparison theory) ilə ifadə olunur. Bu nəzəriyyəyə görə insanlar özlərini daha yüksək səviyyəli hesab etdikləri adamlarla müqayisə edərək, özlərində onlarla oxşar və ya eyni cəhətlər tapmağa çalışırlar. Bu proses yuxarı istiqamətlənmiş sosial müqayisə adlanır (upward social comparison). Bundan başqa insanlar özlərini, daha pis şəraitdə olanlarla müqayisə edirlər və bununla özlərinin daha yaxşı vəziyyətdə olduqlarını aydın dərk edirlər. Bu proses aşağı istiqamətlənmiş sosial müqayisə adlanır (downward social comparison).

Festinger ilk olaraq Mary Ballou ilə ailə qurmuşdur. Onların üç uşaqları olmuşdur. Bir neçə illik ailə həyatından sonra onlar ayrılmışlar. Festinger sonradan Trudy Bradley ilə ailə qurmuşdur.

Festinger əhəmiyyətli elmi fəaliyyətinə görə müxtəlif fəxri adlarla təltif edilmişdir.

Ən çox tanınmış əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Festinger, L. (1957). A theory of cognitive dissonance. Evanston, IL: Row, Peterson.
  • Festinger, L. (1950). lnformal social communication. Psychological Review, 57, 271-282.
  • Festinger, L. (1954). A theory of social comparison processes. Human Relations, 7: 117–140.
  • Festinger, L, Schachter, S. and Black, K. (1950) Social Pressures in Informal Groups; a Study of Human Factors in Housing. Palo Alto, California: Stanford University Press.
  • Franz Samelson, (2000), "Festinger, Leon", American National Biography Online, February.
  • Stanley Schachter, (1994). "Leon Festinger", Biographical Memoirs, 64, 99-111, National Academy of Sciences.
  • Colman, A. (2001). Oxford Dictionary of Psychology. Oxford. University Press
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Brozović D., Ladan T. Leon Festinger // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118683470 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Leon Festinger
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?