For faster navigation, this Iframe is preloading the Wikiwand page for Kosovo döyüşü (1448).

Kosovo döyüşü (1448)

Vikipediya, azad ensiklopediya

II Kosovo döyüşü
Türk akınçısının macar cəngavərini sürüməsi
Tarix 17 oktyabr - 20 oktyabr 1448
Yeri Kosovo ovalığı, Kosovo
Nəticəsi Osmanlıların Parlaq qələbəsi
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Macarıstan Krallığı

Əflak Krallığı

Komandan(lar)
II Murad
János Hunyadi
Tərəflərin qüvvəsi

~ 40,000

~ 24,000

İtkilər

Bilinmir

17,000

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Osmanlı türklərinə qarşı altıncı xaç yürüşü
[redaktə | mənbəni redaktə et]

17 oktyabr 1448-ci ildə müxtəlif Avropa dövlətlərindən yığılmış xaçlı ordusu ilə Osmanlı qoşunları arasında II Kosova döyüşü başlayıb. 70 minlik Xaçlı ordusuna macar hökmdarı Yanoş Hunyadi, 60 minlik Osmanlı türklərinə sultan II Murad (Mehmet Fatehin atası) başçılıq edirdi. Döyüşdən bir gün qabaq sultan Murad döyüş məsuliyyətini xaçlıların boynuna qoymaq və hərbi vəziyyəti öyrənmək məqsədilə Hunyadi Yanoşa 8 nəfərlik heyət göndərərək saziş anlaşması təklif etdi. Xaçlılar buna razı olmadı. 17 oktyabr sübh çağı başlayan döyüş ilk saatlarda yüngül hücumlarla davam etdi.

38 cinahdan hücum
[redaktə | mənbəni redaktə et]

Günortadan sonra ordusunu 38 qola ayıran Hunyadi güclü hücuma keçdi, ancaq nəticəsi olmadı. Türklər də bir nəticə qazanmadı. Düşmən əsgərlərinin hamısı zirehli olduğu üçün qılınc və ox işləmirdi. Axşam qaranlığı çöküncə hər iki tərəf əvvəlki xətlərinə çəkildi. Yanoş türklərin axşam qaranlığından istifadə edərək geri çəkiləcəklərini zənn edirdi. Ancaq xəbərçilər türklərin çəkilmək niyyətində olmadığını, əksinə ikinci bir hücuma hazırlaşdığını söylədilər. Buna görə də Yanoş gecə basqınına qərar verdi. Basqın oldu. Bunu türk ordugahı əvvəlcədən öyrənməmiş və çox pis vəziyyətə düşmüşdü. Lakin hücumu dağıtmaq onlara müyəssər olur.

Ənənəvi türk taktikası
[redaktə | mənbəni redaktə et]

Səhər olunca xaçlıların sağ və sol cinahları hücuma keçdi. Sultan Murad böyük sərkərdələrə xas dühasıyla özünü məğlub olur və geri çəkilirmiş kimi göstərərk cinahları astaca geriyə çəkdi. Bu çəkilməni görən xaçlılar qələbə çaldığını sanıb bütün gücüylə mərkəzə hücum etdi. Mərkəz möhkəm dayanmışdı. İki saat bütün qüvvələri mərkəzə toplayan xaçlılar hücuma davam edərkən sultan Murad ön qüvvələrini də yavaş-yavaş geri çəkməyə başladı. Amma eyni anda sağ və sol cinahları hücuma keçirərək düşməni dairəyə aldı. Xaçılar irəlilədikcə türk ordusunun cinahları qapanır, dairə daralırdı. Çox cəld gerçəkləşdirilən bu manevrdən sonra düşmən səhvini anlamışdı, amma gec idi. İndi hər tərəfdən hücuma məruz qalır və qaçacaq yer tapmırdı. Az sonra rəqib orduda çaşqınlıq başladı. Onlardan heç kim ata minmir, piyada, bir-birini ayaqlayaraq qaçmağa çalışır, dağılırdı. Yanoş axşama doğru döyüşü tamam uduzduğunu anlamış və ordusunu bu vəziyyətdə buraxıb qaçmışdı. Ertəsi gün səhər erkən xaçlı barrikadaları yarılmış, müqavimət göstərənlər məhv edilmiş, qalanları əsir alınmışdı.

İki gün yarım sürən II Kosova döyüşütürklərin qəti qələbəsiylə nəticələnincə Avropa türkləri Balkanlardan çıxarıb ata bilməyəcəyini yaxşı başa düşdü. Yanoş Hunyadi isə bu məğlubiyyətdən sonra bütün etibarını itirərək tarix səhnəsindən silindi. Osmanlılara qarşı olan bu altıncı xaçlı səfərində də qələbə əldə edə bilməyən Avropa artıq xaçlı səfərləri təşkil etməyəcək, müdafiə vəziyyətinə keçəcəkdi.

Rəfiq Özdək — "Türkün Qızıl Kitabı" Bakı, 1993

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Kosovo döyüşü (1448)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?