For faster navigation, this Iframe is preloading the Wikiwand page for Konstantin Bataşov.

Konstantin Bataşov

Vikipediya, azad ensiklopediya

Konstantin Bataşov
Konstantin Bataşov 1950-ci illərin əvvəllərində
Konstantin Bataşov 1950-ci illərin əvvəllərində
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis qəzası
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Moskva, Moskva vilayəti, RSFSR
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti balet artisti, pedaqoq
Fəaliyyət illəri 1935–1989
Təhsili Bakı Xoreoqrafiya Məktəbi (1939)
Teatr Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1958 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955 "Stalin" mükafatı — 1952
"Şərəf nişanı" ordeni — 1959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstantin Nikolayeviç Bataşov (18 (31) yanvar 1918, Tiflis, Zaqafqaziya Komissarlığı19 dekabr 1991, Moskva) — Azərbaycan-sovet balet artisti, pedaqoq, Azərbaycan SSR xalq artisti (1958), "Stalin" mükafatı laureatı (1952).

Konstantin Bataşov 18 yanvar (31 yanvar) 1918-ci ildə Tiflis şəhərində doğulub.[1] Rəqs sənətinə marağı Gürcüstanda göstərib. İbtidai siniflərdə oxuyarkən ailəsi ilə Bakıya köçüb və 1939-cu ildə buradakı Xoreoqrafiya məktəbini bitirib.[2] 1935-ci ildən 1989-cu ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrı işləyib.[3]

Konstantin Bataşov pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1939-cu ildən Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. O, Vladimir Pletnyovun, Çimnaz Babayevanın, Tamilla Şirəliyevanın müəllimi olub.[1]

Azərbaycanın ilk peşəkar balet artistlərindən biri hesab olunan Konstantin Bataşov 1990-cı ildə Moskvaya köçüb və 19 dekabr 1991-ci ildə orada vəfat edib.[4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Leo Delibin "Lakme", Cahangir Cahangirovun "Azad", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında rəqslərin quruluşçusu olub.[5] Nikolay Rimski-Korsakovun "İspan kapriççiosu" xoreoqrafik süitasının, "Şəhrizad" simfonik poemasının, Həsən Rzayevin "Elementlər" əsərinin əsasında birpərdəli balet tamaşalarını hazırlamışdır. O, "Odissey" (Qolubov), "Şəhrizad" və "Humay" (Nəriman Məmmədov) baletlərinin libretto müəllifi olmuşdur.[2][6]

Konstantin Bataşov ilk Azərbaycan baletlərində əsas partiyaların ifaçısı olmuşdur. Onun ifa etdiyi əsas partiyalar:[3][7]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 26 aprel 1958 (M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının 50 illiyi ilə əlaqədar olaraq və musiqili səhnə incəsənətinin inkişaf etdirilməsindəki xidmətlərinə görə)
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955 (Azərbaycan sovet incəsənətinin inkişaf etdirilməsindəki görkəmli xidmətlərinə görə)
  • "Stalin" mükafatı (2-ci dərəcə) — 1952 (M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında Soltan Hacıbəyovun "Gülşən" baletindəki Azadın partiyasına görə)
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959 (Azərbaycan incəsənətinin inkişaf etdirilməsindəki görkəmli xidmətlərinə görə və Moskva şəhərində Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü münasibətilə)
  1. 1 2 Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. ст. 59.
  2. 1 2 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 181–182. ISBN 978-9952-8021-9-1.
  3. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 281. ISBN 978-9952-441-07-9.
  4. Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 314.
  5. Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (5 cilddə). 2-ci cild. Bakı: Şərq-Qərb. 2017. səh. 203. ISBN 978-9952-517-86-6.
  6. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: БалзамГајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 40.
  7. Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия. 1961. стб. 458. 43 000 экз.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Konstantin Bataşov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?