Kola yarımadası
Vikipediya, azad ensiklopediya
Kola yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 100 000 km² |
Yerləşməsi | |
67°41′18″ şm. e. 35°56′38″ ş. u. | |
Akvatoriya | Barens dənizi, Ağ dəniz |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kola yarımadası (Murman) — Rusiyanın Avropa hissəsinin şimal-qərbində Murmansk vilayətində yerləşir. Barens və Ağ dənizin sahilindədir. Sahəsi 100000 km²-a yaxındır.
Yarımadanın qərb hissəsində Xibin (hündürlüyü 1200 m-ə çatır) və Lovozer tundrası (hündürlüyü 1120 m-ə çatır) dağ massivləri var.
Şimal hissəsində tundra bitki örtüyünə sahib olsa da, cənub hissəsi meşə-tundra və tayqa zonasına düşür.
Əsas gölləri İmandra gölü, Umbozero gölü və Lovozero gölüdür.
Mənbə
[redaktə | mənbəni redaktə et]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.