For faster navigation, this Iframe is preloading the Wikiwand page for Koko Şanel.

Koko Şanel

Vikipediya, azad ensiklopediya

Koko Şanel
fr. Gabrielle Bonheur Chanel
Doğum tarixi 19 avqust 1883(1883-08-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 yanvar 1971(1971-01-10)[1][2][…] (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti fransız
Fəaliyyəti modelyerlik
chanel.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[1][2][…], Saumur[3]10 yanvar 1971[1][2][…], Ritz oteli, I arondisman (Paris)[4][5]) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib.

Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı.

O, 1910-cu ildə özünün geyim dükanını açır. Burada qadın şlyapaları satılırdı. 1912-ci ildə Koko Şanel özünün "Şanel Moda evi"ni açır, amma Birinci dünya müharibəsi onun bu işini yarıda qoyur. Yalnız müharibədən sonra — 1919-cu ildə "Şanel Moda evi" fəaliyyətini bərpa edir.

"Chanel № 5" ətiri

Onun başladığı bütün işlər uğurla nəticələnirdi. 1921-ci ildə "Chanel № 5" ətirləri meydana çıxdı. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları, Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi. Bu Koko Şanel üçün çox böyük uğur idi.

İllər ötdükcə Şanelin sədası dünyanın hər tərəfinə yayılırdı. Şaneli hamı izləyir, onunla maraqlanırdılar. Onun şöhrəti ilə bərabər var-dövləti də artırdı. 1939-cu ildə İkinci dünya müharibəsi başlandı və Şanelin moda evi, butikləri bağlandı. Şanelin adı siyasi qalmaqallarda da hallanmağa başlandı. Onu hətta həbs də etmişdilər.

1940-cı illərdə Fransada Kristian Diorun moda aləminə gəlişi xanım Şanel üçün daha bir zərbə oldu. Şanelin qadınlar üçün yaratdığı rahat və sadə geyimlər yavaş-yavaş aradan çəkilirdi. Bir vaxtlar dəbdə olan darıxdırıcı, rahat olmayan geyimlər yenidən dəbə qayıdırdı, amma Şanel bu geyimlərin tezliklə bəyənilməyəcəyini bilirdi. Ehtimalları onu aldatmadı. Koko Şanel yenidən öz işinə qayıdır. Çoxsaylı insanlar yenidən Şanel markalı geyimlərə üstünlük verməyə başlayırlar. O, yenidən növbəti üslub üzərində çalışmağa başlayır. Bu dəfə işlədiyi geyimlərdə klassik dəb üstünlük təşkil edir. Başqa modelyerlər də onun işlərindən, ideyalarından yararlanaraq, öz kolleksiyalarında istifadə edirdilər. Bu isə Şanelə böyük sevinc və fərəh verirdi.

Koko Şanel 88 il ömür yaşadı. Onu hələ sağlığında "moda aləminin filosofu" adlandırırdılar. XX əsrin qadın silueti Qabriel Şanel 1971-ci il yanvarın 10-da Parisdə dünyasını dəyişdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Koko Şanel
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?