For faster navigation, this Iframe is preloading the Wikiwand page for Kil Universiteti.

Kil Universiteti

Vikipediya, azad ensiklopediya

Kil Universiteti
Xəritə
54°20′20″ şm. e. 10°07′21″ ş. u.
Əsası qoyulub 1665
Tələbə sayı 27.468[1]
Ölkə
Sayt uni-kiel.de/de/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kil Universiteti və ya rəsmi adı ilə Kristian Albrext adına Kil Universiteti (alm. Christian-Albrechts-Universität zu Kiel‎) — Almaniyanın Kil şəhərində universitet. 1665-ci ildə Kristian Albrext tərəfindən Academia Holsatorum Chiloniensis adı altında əsası qoyulub. Hazırda təhsil müəssisəsində təxminən 27,000 tələbə təhsil alır. Kil Universiteti Şlezviq-Holşteyn vilayətinin ən böyük, ən qədim və ən nüfuzlu ali məktəbidir. 1864–66-cı ilə qədər o, təkcə Almaniyanın ən şimal universiteti deyil, eyni zamanda Danimarkanın ikinci ən böyük universiteti idi. Kil Universitetinin fakültələri, məzunları və tədqiqatçıları ümumilikdə 12 Nobel mükafatı qazanıblar. Universitet 2006-cı ildən Alman Universitetləri Mükəmməllik Təşəbbüsünün üzvüdür. Kil Universiteti beynəlxalq ümumi hüquq üzrə aparılan tədqiqatları ilə məşhurdur. Almaniya və Avropanın ən qədim beynəlxalq ümumi hüquq institutu olan Valter Şukinq Beynəlxalq Ümumi Hüquq İnstitutu Kildə yerləşir.[3]

Kristian Albrext

Kil Universiteti Kristian Albrext fon Şlezviq-Holşteyn-Qotorp tərəfindən 5 oktyabr 1665-ci ildə yaradılmışdır. Kil şəhərinin sakinləri başlanğıcda tələbə axınına olduqca şübhə ilə yanaşır və onların "acgözlükləri, içkiyə aludə olmaları və müəmmalı xarakterləri ilə olduqca zərərli" ola biləcəklərini düşünürdülər, lakin bir universitetin böyük iqtisadi üstünlüklər gətirdiyini düşünən şəhərlilər qalib gəldilər və beləliklə, Kil Alman Müqəddəs Roma İmperiyasının ən şimal universiteti oldu.

1773-cü ildə Kil Danimarka hakimiyyəti altına keçdikdən sonra universitet çiçəklənməyə başladı və 1867-ci ildə Kil Prussiyanın bir hissəsinə çevrildikdə universitet sürətlə böyüdü. Belə ki, universitet Almaniyada ilk botanika bağlarından birini açmışdı. Həmçinin, Martin Qropius artan tələbə sayı ilə əlaqədar yaranmış zərurətdən irəli gələrək bir çox yeni korpusların layihəsini hazırlamışdı.

Kil Universiteti 1933-cü ildə Qlayxşaltunq siyasətinə riayət edən ilk alman universitetlərindən idi. Nəticədə bu ali məktəb Ferdinand Tönnis və Feliks Yakobi kimi bir çox professor və tələbənin universitetdən kənarlaşdırılmasına razı oldu. İkinci Dünya müharibəsi zamanı Kil Universitetinə böyük ziyan dəydi. Buna görə də universitet sonralar başqa yerdə yenidən quruldu; müharibə nəticəsində köhnə binalardan yalnız bir neçəsi qalmışdı ki, onlarda da hazırda universitetin tibb fakültəsi fəaliyyət göstərir.

2019-cu ildə Universitet üz ifadələrinin və jestlərin yer aldığı açıq ünsiyyətin zəruri olduğunu əsas gətirərək siniflərdə üzün tamamilə (niqabla və s. vasitələrlə) örtülməsini qadağan etmişdi.[4][5]

Universitetin mərkəzi kampusunun səmadan görünüşü
  • Teologiya fakültəsi
  • Hüquq fakültəsi
  • Biznes, İqtisadiyyat və Sosial elmlər fakültəsi
  • Tibb fakültəsi
  • İncəsənət və Humanitar elmlər fakültəsi
  • Riyaziyyat və Təbiət elmləri fakültəsi
  • Kənd Təsərrüfatı və Qidalanma fakültəsi
  • Mühəndislik fakültəsi

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Frans Boas (1858–1942) — antropoloq
  • Alis Bota (1979) — jurnalist
  • Georq von Dadelsen (1918–2007) — musiqişünas
  • Gerhard Domaqk (1895–1964) — bakterioloq, Nobel laureatı
  • Yohanna Hellman (1889 −1982) — cərrah
  • Prof. Dr. Döris Küniq — Almaniyanın ən ali məhkəməsi olan Federal Konstitusiya Məhkəməsinin hakimi
  • Volfqanq Kubitski (1952) — siyasətçi, Almaniyada Azad Demokratik Partiyanın (FDP) sədr müavini, Bundestaqın üzvü, 1992–1993-cü illərdə və 1996-cı ildən Şlezviq-Holşteyn parlamenti Landtaqda FDP-nin fraksiya lideri
  • Osvald Pol (1892–1951) — müharibə cinayətlərinə görə barəsində ölüm hökmü verilmiş nasist SS zabiti
  • Viktoria Şmidt-Linsenhoff (1944–2013) — alman incəsənət tarixçisi və professor
  • Gerhard Ştoltenberq (1928–2001) — siyasətçi, Şlezviq-Holşteynin keçmiş baş naziri, Almaniyanın keçmiş maliyyə naziri
  • Peer Ştaynbrük (1947) — siyasətçi, Şimali Reyn-Vestfaliyanın keçmiş baş naziri, Almaniyanın keçmiş maliyyə naziri
  • Erix Valter Şternberq (1891–1974) — bəstəkar
  • Dr. Sibil Kessal-Vulf — Almaniyanın ən ali məhkəməsi olan Federal Konstitusiya Məhkəməsinin hakimi
  • Alfred Hoys
  • Avqust Leskin
  • Bernhard Harmz
  • Daniel Georq Morhof
  • Daniel Poli
  • Erix Şnayder
  • Ervin Rode
  • Feliks Yakobi
  • Ferdinand Tönnis
  • Fridrix Blume
  • Fridrix fon Esmarx
  • Fridrix Vegener
  • Fritz Ştayn
  • Hans Gerhard Kreytsfeldt
  • Hans Geyger
  • Hartmut Bokman
  • Henrix fon Treyçke
  • Henrix Hers
  • Herbert Girş
  • Karl Ditrix Erdmann
  • Maks Plank
  • Mocib Lətif
  • Otto Verner
  • Otto Yan
  • Paul Doyssen
  • Paul Yohann Anselm Ritter fon Feyerbax
  • Rixard Zorge
  • Robert Aleksi
  • Teodor Mommzen
  • Valter Anderson
  • Valter Şükinq
  • Vilhelm Diltey
  • Vilhelm Qrizinger
  • Yakob Kristof Rudolf Ekermann
  • Yoxen Bleyken
  • Yohan Xristian Fabrisius
  • Yohann Qustav Droyzen
  1. Statistisches Bundesamt Deutschland - GENESIS-Online (alm.).
  2. 1 2 Global Research Identifier Database (ing.). 2015.
  3. Stolleis, Michael. Geschichte des öffentlichen Rechts in Deutschland. Munich: C.H. Beck. 2002. səh. 394. ISBN 978-3-406-48960-0.
  4. "Kiel University bans full-face veil in classrooms - DW - 13.02.2019". DW.COM. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  5. "German university bans burqa, niqab during lectures - IOL News". www.iol.co.za. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Kil Universiteti
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?