For faster navigation, this Iframe is preloading the Wikiwand page for Kişin Şinoyama.

Kişin Şinoyama

Vikipediya, azad ensiklopediya

Kişin Şinoyama
yap. 篠山 紀信
Doğum tarixi 3 dekabr 1940(1940-12-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 yanvar 2024(2024-01-04)[3] (83 yaşında)
Vəfat yeri
Uşağı 3[4]
Təhsili
  • Nihon Universiteti[d]
Fəaliyyəti fotoqraf
Fəaliyyət illəri 1961-ci ildən
shinoyamakishin.jp
shinoyama.cplaza.ne.jp/s…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kişin Şinoyama (篠山 紀信, Şinoyama Kişin?, doğum adı Miçinobu Şinoyama; 3 dekabr 1940[1][2][…], Yodobaşi[d]4 yanvar 2024[3], Tokio[5])Yaponiya fotoqrafı. O, Con LennonYoko Ono üçün çəkdiyi fotolara görə tanınır. Yazıçı Yukio Mişima, müğənni Momoe Yamaquçi, aktrisa Rie Miyazava və kabuki aktyoru Bando Tamasaburo kimi müxtəlif tanınmış Yaponiya şəxslərinin fotolarını çəkmişdir.

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

1940-cı ildə Tokio şəhərində doğulmuşdur. Nihon Universitetinin İncəsənət Kollecinin fotoqrafiya kursunda təhsil aldıqdan sonra fotoqraf kimi fəaliyyət göstərməyə başlamışdır. Reklam agentliklərinin birində işlədikdən sonra 1968-ci ildə frilanser fotoqraf olmuşdur. 1970-ci ildə Yukio Mişimanın istəyi ilə onun ölümündən öncə son fotolarını çəkmişdir.[6]

Con LennonYoko Ononun öpüşmə anını əks etdirən fotosu cütlüyün 1980-ci ildə buraxılmış "Double Fantasy" albomunun üz qapağı olmuşdur. Jurnallar, albomlar və foto antologiyaların üzlükləri üçün dövrünün bir çox ulduzunun fotoları çəkmişdir. 1970-ci illərdə ortaya çıxmış "qekişa" (risk fotoqrafiyası) terminin müəllifi olmuşdur. Şinoyama "şinorama" adlı foto çəkmə metodunu yaratmışdır. Bu metod əlaqələnmiş bir neçə kameranın eyni anda foto çəkməsindən ibarətdir.[6]

Şinoyama 1960-cı illərdən etibarən nü fotoqrafiya ilə də məşğul olmuşdur: aktrisalar Rie Miyazava və Kanako Hiquçini əks etdirən fotokolleksiyası 1991-ci ildə buraxılmış və populyar olaraq 1,65 milyon nüsxəsi satmışdır. Lakin Şinoyamanın çılpaq qadınların fotolarını çəkməsi Yaponiyada bəzi mübahisələrə səbəb olmuşdur. Tokio qəbiristanlıqlarının birində bir qadının çılpaq fotosunu çəkdiyi üçün 2010-cu ildə Tokio məhkəməsinin qərarı ilə təzminat ödəməyə məcbur olmuşdur.[6]

Şinoyama məşhurların fotoları çəkməsinə görə tanınsa da, siravi şəxslərin də fotolarını çəkmiş, memarlıq və şəhər mənzərəsi fotoqrafiyası ilə məşğul olmuşdur. 2011-ci ildə baş vermiş Tohoku zəlzələsinin qurbanlarının, eləcə də, hadisə nəticəsində zərər görmüş Fukuşima-1 AES-in fotolarını çəkmişdir.[6]

2012–2019-cu illərdə Şinoyamanın Yaponiyadakı fotosərgilərini 1 milyona yaxın şəxs ziyarət etmşdir. 2021-ci ildə Tokio Fotoqrafik İncəsənət Muzeyində Şinoyamanın işlərini əks etdirən böyük sərgi keçirilmişdir.[6]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Şinoyama keçmiş müğənni Saori Minami ilə evli olmuşdur. Onların ikinci oğlu Akinobu Şinoyama aktyordur.[6]

  1. 1 2 RKDartists (nid.).
  2. 1 2 Kishin Shinoyama // Luminous-Lint (ing.). 2005.
  3. 1 2 Japanese photographer Kishin Shinoyama dies at 83 (ing.). 2024.
  4. 徹子の部屋-バックナンバー (yap.).
  5. 1 2 篠山紀信さん急死、83歳 宮沢りえ、樋口可南子でヘアヌードブーム テーマ多様さ群抜く巨匠 - おくやみ : 日刊スポーツ (yap.). 日刊スポーツ新聞社, 日刊スポーツ新聞西日本, 北海道日刊スポーツ新聞社, 1946.
  6. 1 2 3 4 5 6 "Celebrated Japanese photographer Kishin Shinoyama dies at 83". The Japan Times (ingiliscə). 5 yanvar 2024. 7 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Kişin Şinoyama
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?