For faster navigation, this Iframe is preloading the Wikiwand page for Badamdar (otel).

Badamdar (otel)

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Kempinski Hotel-Badamdar
Ölkə  Azərbaycan
Şəhər Bakı
Tikilmə tarixi 2010- 2011
Mərtəbə sayı Yerüstü = 14
Yeraltı = 2
Aidiyyatı Kempinski Hotels
Memarlıq quruluşu Modern
Vəziyyəti Fəaliyyət göstərir
Kempinski Hotel-Badamdar (Azərbaycan)
Kempinski Hotel-Badamdar

Bakı "Kempinski Hotel-Badamdar" kompleksiBakı şəhərində yerləşən otel, mənzillərofis binaları, alış-veriş və əyləncə mərkəzi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır.

Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir.

Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hoteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir.

Hotelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır.

Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.

Mənzil, ofis və alış-veriş mərkəzi

[redaktə | mənbəni redaktə et]

Kompleksin 14 mərtəbəli binasında ailəsi ilə bərabər istirahət etmək istəyən müştərilər üçün 37 mənzil vardır. Mənzillər hər bir ailənin yüksək səviyyədə istirahəti üçün bütün məişət avadanlığı ilə təchiz edilmişdir. Bundan başqa ziyafət, iclas-konsert zalları, görüş və ofis otaqları ən son texnologiyalarla təmin olunmuşdur.

"Kempinski Hotel-Badamdar" kompleksinin alış-veriş və əyləncə mərkəzinin üçmərtəbəli mağazalar sahəsi ən yüksək tələblərə cavab verir.

Kompleksin rəmzi açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2 iyul 2011-ci ildə keçirilib.[1]

  1. "Arxivlənmiş surət". 2018-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-02.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Badamdar (otel)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?