For faster navigation, this Iframe is preloading the Wikiwand page for Kartvelologiya.

Kartvelologiya

Vikipediya, azad ensiklopediya

Kartvelologiya və ya gürcüşünaslıqGürcüstanla və ya gürcülərlə bağlı olan bütün bəşəri elmləri - dilçilik, ədəbiyyat, incəsənət, arxeologiya, folklor, etnoqrafiya, numizmatika, sferoqrafiya, tarix, iqtisadiyyat və s. öyrənən yeni sahə. XIX əsrə qədər bu sahə daha nizamsız və mürəkkəb üsullarla tədris edilirdi. Gürcüstanda Tbilisi Dövlət Universitetinin və xüsusilə, Gürcüstan Milli Elmlər Akademiyasının yaradılmasından sonra Kartvelologiyanın müəyyən sahələrində sistemli və geniş tədqiqatlar aparılmağa başlanıldı.[1]

Tədqiqat materiallarının çoxluğu, müasir tədqiqat metodlarının müxtəlifliyi və sahənin xüsusiyyətləri səbəbindən Kartvelologiya üzrə ixtisaslaşma getdikcə dərinləşdi. Bu günə qədər elmi baxımdan "Kartvelologia" xaricdə bu sahəylə bağlı aparılan tədqiqatlar demək idi. Kartvelologiya gürcü tarixi, gürcü dili, gürcü ədəbiyyatı, incəsənəti və mədəniyyətini öyrənən fənlər kompleksi olaraq nisbətən gənc bir elmdir.[2]

Strabon
Məşhur fransız kartveloloq Maria Brosse
Cozef Piton

Xarici Kartvelologiyanın başlanğıcı antik dövrdən başlayır. Gürcüstana aid ən erkən istinadlar Qədim Yunan və Roma müəlliflərindəndir (Herodot, Ksenofon, Hippokrat, Aristotel, Strabon, Plini, Plutarx, Takitus və s.). Onlar gürcü tayfalarının həyat və adətlərini, eləcə də Gürcüstanın təbiətini təsvir edirlər. Bu istinadların bir çoxu bu gün də tədqiq edilməmişdir. Gürcüstanla bağlı fikirlərə Bizans müəlliflərinin (IV-XV əsrlər) əsərlərində də rast gəlirik.[1]

Gürcüstan tarixi üçün dəyərli materiallar Qərbi Avropa səyahətçilərinin qeydlərində toplanılmışdır. Daha əvvəl səyahət edənlərin - Flamand Villem Rubrukuist (1215-1293), Marko Polo (1254-1324) və Şiltberger (1380-1440) istinadları çox qısa və yarımçıqdır. Gürcülər haqqında maraqlı məlumatları səlibçilər (Oliverius, XIII əsr; Titmar, XIII əsr; Adam XIV əsr və s.), sonralar Fələstində Bernard von Braydenbax (vəfatı 1497) qeyd etmişdir. XV əsrdə Venesiyalılar Osmanlılara qarşı mübarizədə müttəfiq tapmaq üçün bir neçə dəfə Səfəvilərə və qonşu ölkələrə, o cümlədən, Gürcüstana diplomatik nümayəndəlik göndərmişdilər. Bu ölkələr Katerina Zeno (XV əsr), İosafat Barbaro (XV əsrin əvvəlləri - 1493), Ambrozio Kontarini (XV əsr) və başqaları tərəfindən təsvir edilmişdir.[1]

XVII əsrdə Qərbi Avropa ölkələri ilə Şərq arasında ticarət əlaqələri gücləndi və bu da öz növbəsində Şərq ölkələrinə (Gürcüstan da daxil olmaqla) marağı artırdı. Avropalı müəlliflər müxtəlif Avropa dillərində Gürcüstanla bağlı yazmağa başladı: Pietro Della Vale (1586-1652), "Gürcüstan haqqında məlumat" (Roma, 1627); Arxangel Lambert "Kolxidaya istinadlar, indi Samegrelo deyilir" (Neapol, 1654) və "Kolxidanın Müqəddəs Tarixi" (Neapol, 1657). Ketevanın işgəncəsinə aid məktub 1633-cü ildə Oksfordda nəşr olundu.[1]

Gürcüstana aid maraqlı və geniş məlumatlara XVII-XVIII əsrlərdə yazılmış bu əsərlərdə rast gəlinir: Tavernier (1605-1689), "Altı səyahət" (1-ci nəşr, Paris, 1676); Adam Oleari (1599-1671) "Böyük Moskva Kralı Mixail Teodorun və Fars Kralının oğlunun Qotsefardan Holşteynə səfirliyinə göndərilməsinə aid Moskva və İrana edilən məşhur səyahətin ətraflı təsviri" (Şlesvig, 1656); Jan Şarden (1643-1713) "Persiyaya səyahət"(1-ci nəşr, London, 1686); Cozef Piton(1656-1708) "Şərqə bələdçi" (Lyon, 1717); Eberhard Verner Hapilin tarixi əsərləri (1647-1690)[1]

XVIII əsrin İran mənşəli əsərlərində Gürcüstan mövzulu yazıların, kitabların çoxluğu diqqət çəkir. Bunlara polşalı Krusinskinin "Fars İnqilabının Tarixi"(Paris, 1728), fransız Klod-Şarl de Paisonun (1727-1790) "İran və Gürcüstanda çağdaş həyəcan haqqında esse"(Paris, 1754),ingilis C. Hanoyun "İngilislərin Xəzər dənizindəki ticarətinin tarixi hesabatı" (London, 1753) və anonim yazılmış bir Alman povesti olan "Eyni zamanda Şahzadə Ereklinin saleh şəcərəsini və ən əhəmiyyətli əsərlərini özündə cəmləşdirən İran və Gürcüstan nağılı"(Maine Frankfurt, 1755) əsəri misal göstərilə bilər.[1]

Gürcüstan haqqında çox saylı səyyah qeydlərinə əsaslanan bölmələr müxtəlif əsərlərin tərkibinə daxil edilmişdir;De la Kruzun "Universal coğrafiya" (Paris, 1693), Salmonun "Bütün ölkələrin və dünya xalqlarının müasir vəziyyəti" (Venesiya, 1738); Ş. Puffendorf və A.O. Brusen de la Martinierenin "Universal Tarixə Giriş" (Amsterdam, 1745), "Lambertin "Universal Tarix" (Paris, 1750)[1] Gürcü dilininyazısının öyrənilməsində ilk addımlar 17-ci əsrin əvvəllərində Avropada baş verdi. Səkkiz il Gürcüstanda yaşayan missioner Fransisko Mariya Mayo (1612-1686) latın dilində gürcü dilinin qrammatikası ilə bağlı "Gürcüstana kömək edən Şərq dilləri üzərində iş" (Roma, 1643) kitabını yazdı.[1]

Son dövrlərdə

[redaktə | mənbəni redaktə et]

19-cu və 20-ci əsrlərdə sahəylə bağlı həm xarici, həm də gürcü araşdırmaçıların tədqiqatlarını görə bilirik.

Xarici tədqiqatçılar

[redaktə | mənbəni redaktə et]
  • Mariye Brosse
  • Artur Leist
  • Kiril Tumanov
  • Oliver Vardrop
  • Devid Marşal Lenq
  • Marcori Vardrop
  • Cerard Qaritte
  • Robert Piyerbont Bleyk
  • Georges Dumezil
  • Donald Reyfild
  • Yost Gippert

Gürcü tədqiqlatçılar

[redaktə | mənbəni redaktə et]
  • David Çubinaşvili
  • Aleksandr Xaxanov
  • İvane Cavaxişvili
  • Korneli Kekelidze
  • İlya Abuladze
  • Simon Kauxçişvili
  • Giorgi Melikişvili
  1. 1 2 3 4 5 6 7 8 Orlovskaya N., Revişvili S., Turnava S., Qaxaria A..,. Gürcüstan Sovet Ensiklopediyası. Tbilisi, Gürcüstan. səh. 1981.
  2. "Fund for Kartvelian Studies". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Kartvelologiya
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?