For faster navigation, this Iframe is preloading the Wikiwand page for Kara-Kul.

Kara-Kul

Vikipediya, azad ensiklopediya

Şəhər
Kara-Kul
41°38′ şm. e. 72°40′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.050 km²
Mərkəzin hündürlüyü 930 ± 1 m
Əhalisi
Əhalisi
  • 18.843 nəf. (2009)[1]
Digər
karakulgov.kg
Xəritəni göstər/gizlə
Kara-Kul xəritədə
Kara-Kul
Kara-Kul

Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" — qara, "Kul" — göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur.

2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər[2].

Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir.

Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su-elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir[3]. 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi.

Şimaldancənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır. Kara-Kul şəhərinin yaxınlığında Toktoqul SES-nın istinad divarları yerləşir.

Şəhərin ərazisində iri sənaye müəssisələri, Bişkek Politexnik İnstitutunun filialı və inşaat texnikumu yerləşir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

SSRİ dağıldıqdan sonra su-elektrik stansiyalarının tikintisində işlər dayandırılmış, sənaye müəssisələrinin bir hissəsi bağlanmışdır. 1990-cı illərdə işsizlik problemi ilə əlaqədar əhalinin bir hissəsi Kara-Kul şəhərini tərk etmişdir.

Müasir dövrdə şəhərdə stabil fəaliyyət göstərən 3 iri sənaye müəssisəsi vardır. Əhalinin əsas məşğuliyyət sahəsi energetika ilə bağlıdır. Hazırda Qırğızıstanda istehsal edilən elektrik enerjisinin 80 faizi Kara-Kul şəhərində fəaliyyət göstərən su-elektrik stansiyalarının payına düşür.

  1. census of Kyrgyzstan 2009.
  2. "Перепись населения Киргизии 2009. Джалал-Абадская область" (PDF). 2011-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  3. http://bse.sci-lib.com/article058976.html Arxivləşdirilib 2021-12-01 at the Wayback Machine | tytuł = Кара-Куль (пос. гор. типа в Киргизской ССР) | opublikowany = Большая Советская Энциклопедия. 2011–11-19
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Kara-Kul
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?