For faster navigation, this Iframe is preloading the Wikiwand page for Kaliqula.

Kaliqula

Vikipediya, azad ensiklopediya

Kaliqula
Qay Yuli Sezar Kaliqula
bayraq
III Roma İmperatoru
18 mart 37 – 24 yanvar 41
ƏvvəlkiTiberi
SonrakıKlavdi
Şəxsi məlumatlar
Doğum adı Gaius Julius Caesar
Doğum tarixi
Doğum yeri Ansium
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Roma
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Fəaliyyəti siyasətçi
Atası Germanik
Anası Vipsania Aqrippina
Ailəsi Yulilər-Klavdilər
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qay Yuli Sezar Kaliqula (latınca Caligula — uzunboğaz çəkmə) (31 avqust 12[1]24 yanvar 41[1]) — üçüncü Roma imperatoru (37–41), Yulilər-Klavdilər sülaləsindən. Qeyri-məhdud hakimiyyətə can atırdı; onun dövründə külli miqdarda dövlət vəsaitinin xərclənməsi vergilərin sürətlə artmasına, bir sıra şəxslərin, xüsusən senatorların var-dövlətinin müsadirə edilməsinə səbəb olmuşdu. Kaliqulanın xofluluğu, amansızlığı və dəlisovluğu senat və pretorianların narazılığına səbəb oldu və o, öldürüldü.

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

Kaliqula 12-ci ildə anadan olmuşdu. Uşaqlığı hərbi düşərgələrdə keçib. Atası Germanik çox hörmətli adam olub. Ona görə o öləndən sonra Tiberi xalqın xoşuna gəlmək üçün Qayı oğulluğa götürmüşdü. Kaliqulanın valideynləri hərbçilər arasında populyarlıq qazanmaq üçün uşağa hərbi forma geydirərdilər. Onun üçün xüsusi olaraq balaca çəkmə də tikdirmişdilər. Bu, hərbçiləri riqqətə gətirərdi və uşağı nəvazişlə "Kaliqula" (çəkməciyəz) adlandırardılar. 31-ci ildə 19 yaşı tamam olanda atası çoxdan ölmüşdü. Anası və iki böyük qardaşı isə hökmdarın qəzəbinə gəlmişdi: Tiberi əvvəlcə Kaliqulanın anası Böyük Aqrippinanı, sonra isə böyük qardaşı Neronu məhv eləmişdi. Beləliklə, Kaliqula Germanikin tək oğlu və Tiberinin ehtimal olunan varisi kimi qaldı.

Kaliqulanın boyu qısa, üzünün rəngi solğun olub. Bədəni yoğun, boynu və qıçları nazik, gözləri və gicgahı batıq, alnı enli və tutqun, başında saçı çox seyrək, təpəsinin ortası daz, bədəni isə sıx tüklü. Ona görə ona yuxarıdan baxmaq və ya hətta bilmədən "keçi" sözünü işlətmək ölümə səbəb olan cinayət sayılıb. Anadangəlmə idbar olan sifətini daha da qorxunc eləmək üçün güzgü qabağında təmrinlər edərmiş. O vaxtın dram əsərlərinin birindən əzbərlədiyi bu sözləri deməyi çox sevirdi: "Qoy nifrət etsinlər, təki qorxsunlar".

Bioqrafları yazırlar ki, əgər Tiberi özünün korlanmış ruhu, xofluluğu və ölçüsüz qəddarlığı ilə dəliliyin bir addımlığında idisə, Kaliqula ipli-saplı dəli idi. Qısa müddətə o, ölkəni monarxiyaya çevirib. Respublika üsul-idarəsindən heç bir əsər-əlamət qalmır. Bir zaman dərin rəğbətini qazandığı xalqın ondan üz döndərməsindən nəinki qorxmur, hətta buna çalışırmış. Bir ildən az vaxtda Tiberidən qalan iki milyard yeddi yüz milyon sestersi pulun altından girib üstündən çıxdı. Büdcəni dağıtmaqla kifayətlənmir, açıq-aşkar rüşvət yığırdı. Qızı olanda o Roma xalqından tələb etdi ki, uşağın tərbiyəsi və cehizlik üçün pul gətirsinlər. Yeni ilin ilk günündə sarayın ağzında dayanaraq dəstə-dəstə adamların ovucla və ya ətəyindən ona tərəf atdığı pulları tuturdu. Nəhayət, bu pullara əlləri ilə təmas etmək ehtirası ilə yanıb-yaxılan sərsəmləmiş hökmdar qızıl pulları yerə sərər, onların üstü ilə ayaqyalın gəzər və ya mayallaq aşar, bədənini pula sürtərmiş. Ən böyük zülmü zadəganlara qarşı edib. Onlardan tələb edirmiş ki, varlı adamlar və əyanlar öz vəsiyyətlərində onu varis kimi göstərsinlər. Sonra onları cinayətkar elan edir və əmlaklarına sahib olurdu.[2]

Yuli-Klavdi sülaləsinin zaman xətti

[redaktə | mənbəni redaktə et]
NeronKlavdiKaliqulaTiberiOktavian Avqust
  1. 1 2 Любкер Ф. Caligula (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 236.
  2. "Kaliqula ləqəbli Yuli Sezar". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-15.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Kaliqula
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?