For faster navigation, this Iframe is preloading the Wikiwand page for Kəmaləddin Heydərov.

Kəmaləddin Heydərov

Vikipediya, azad ensiklopediya

Kəmaləddin Heydərov
Vəzifədədir
6 fevral 2006-cı ildən
(i. e. 14–16 fevral 2024)
Əvvəlkivəzifə təsis edilib
Vəzifədədir
1999-cu ildən
ƏvvəlkiAzər Həsənsoy
Azərbaycan Boks Federasiyasının prezidenti
23 yanvar 2009 – 9 fevral 2022
ƏvvəlkiAğacan Abıyev
SonrakıSahil Babayev
17 yanvar 1995 – 6 fevral 2006
ƏvvəlkiTahir Əliyev
SonrakıAydın Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1961(1961-07-15) (63 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, bəstəkar
Atası Fəttah Heydərov
Uşağı
Rütbəsi
General-polkovnik

Gömrük xidməti general-polkovniki

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2008 "Şöhrət" ordeni — 2011 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəmaləddin Fəttah oğlu Heydərov (15 iyul 1961, Çeşməbasar, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının fövqəladə hallar naziri (2006-cı ildən), general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti.[1]

Kəmaləddin Fəttah oğlu Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. 2 övladı var. Sabiq deputat, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun oğludur. "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun atasıdır. Dövlət Sərhəd Xidmətinin sədri Elçin Quliyev ilə qudadır.[2]

Bəstəkarlığı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını "Kamal" imzası ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Bunlardan ən məşhuru Aygün Kazımova üçün bəstələdiyi Səndən Nigaranam mahnısıdır. Özbək müğənnisi Nəsibə Abdullayeva da mahnını ifa etmişdir. 2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında "Səndən Nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, İlqar Muradov, RöyaZülfiyyə Xanbabayevanın, əməkdar artist Aygün Bəylərin və başqalarının ifasında yazılıb.[3]

  1. "Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti seçildi". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
  2. "Arxivlənmiş surət". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  3. "Bəstəkar Kamalın 4 diskdən ibarət musiqi albomu". 2009-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-20.
  • Azərbaycanda kim kimdir. Ensiklopedik sorğu kitabı. Bakı,"Çıraq " nəşriyyatı, səh.96, 2004-cü il.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Kəmaləddin Heydərov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?