For faster navigation, this Iframe is preloading the Wikiwand page for Kürdəmir döyüşləri.

Kürdəmir döyüşləri

Vikipediya, azad ensiklopediya

Kürdəmir döyüşləri — erməni-daşnaklar tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan silahlı birləşmələrinin Stepan Şaumyan başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin qoşunlarına qarşı Kürdəmir qəsəbəsinin azad edilməsi məqsədilə 1918-ci il iyulun 5-dən 10-na qədər keçirdiyi döyüş əməliyyatı.[1]

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]

Döyüşdə podpolkovnik Həbib bəy Səlimovun rəhbərliyi altında Müsüslü dəstəsi, Həsən bəyin 46-cı piyada taboru ilə toplu süvari alayından ibarət dəstəsi və cəbhənin gücləndirilməsi üçün sonradan cəlb olunmuĢ əlavə qüvvələr, düşmən tərəfdən isə Qırmızı ordunun 1-ci briqadası, İrandan yenicə gələrək, cəbhə komandanı təyin edilmiş Biçeraxovun dəstəsi və təlimatçılar məktəbinin bölmələri iştirak edirdilər. Düşmənin hərbi qüvvələri, əsasən, Birinci dünya müharibəsindən (1914–18) Bakıya gətirilmiş və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş daşnak-erməni zabit və əsgərlərindən ibarət idi. Türk-Azərbaycan qoşun hissələrinin azlığı və bolşevik-daşnak qoşunlarının mövqelərinin daha əlverişli olması qırmızıların ilk günlər Müsüslü dəstəsi ilə Həsən bəyin dəstəsinin qarşısını saxlamasına, hətta ,imal istiqamətində Ağsuya doğru bir qədər irəliləməsinə imkan vermişdi.[2]

  • Bolşevik-daşnak qüvvələrinin hücumlarının genişlənməsinə yol verməmək üçün 5-ci Qafqaz diviziyasının 13-cü piyada alayı Kürdəmir ətrafına yönəldildi. Alay Həsən bəyin dəstəsi ilə birləşərək, şimal tərəfdən Kürdəmirə hücum etməli idi. Müsüslüdəki qüvvələri gücləndirmək üçün Ağdaş və Xaldan məntəqələrində toplanmış Azərbaycan könüllüləri, həmçinin Qazaxa gətirilmiş 350 nəfər silahsız könüllü də Bərgüşad stansiyasına göndərildi.

İyulun 8-də ağır döyüşlər oldu. Düşmənə əsas zərbənin 13-cü alay tərəfindən vurulacağı nəzərdə tutulsa da, Qırmızı ordunun bura xeyli qüvvə çıxarması vəziyyəti mürəkkəbləşdirmişdi. Biçeraxov 13-cü alaya qarşı 8 top və 8 pulemyotla müşayiət olunan qüvvə çıxarmışdı. Döyüş gecəyə kimi davam etdi, ciddi müqavimətlə üzləşən 13-cü alay iyunun 8-i gecəsini İbrahimbəyli və Qarasaqqal kəndləri arasında keçirdi. Müsüslü dəstəsinin fəallığı da gün ərzində cəbhədəki mövqelərdə ciddi dəyişiklik yaratmadı. Zirehli qatardan və ətraf landşaftdan bacarıqla istifadə olunması düĢmənin müqavimətini xeyli artırmışdı.

  • İyulun 9-da və 10-da Kürdəmir ətrafında döyüşlər yenidən davam etdirildi. Ayın 10-da gecədən başlayan döyüşün gedişində düşmənin arxasındakı dəmir yolu xəttini dağıtmaq və onun geri çəkilməsini çətinləşdirmək üçün Kərrar stansiyasına bir dəstə göndərildi. Həmin dəstə tapşırığı yerinə yetirdikdən sonra 13-cü alay uğurla hücuma başladı. Vəziyyətin gərginləşdiyini görən Qırmızı ordu komandanlığı Kürdəmirin şimalındakı bolşevik-daşnak qüvvələrini gücləndirdi. Nəticədə, 13-ci alaym sağ cinahında ciddi təhlükə yarandı. Lakin bir tərəfdən, alaybölmələrinin fədakarlığı, digər tərəfdən də diviziyadan kömək göndərilməsi bolşevik-daşnak qüvvələrinin qarşısını almağa imkan verdi. Qazaxdan Bərgüşada gətirilmiş 350 nəfərlik dəstə də silahlandırılaraq 13-cü alaya qatıldı. Bu zaman H. Səlimovun Müsüslü dəstəsi düşmən qüvvələrinin zəifləməsindən məharətlə istifadə edərək, onun müdafiə xəttini yarmağa müvəffəq oldu.[3]

Döyüşün nəticəsi

[redaktə | mənbəni redaktə et]

Bolşevik-daşnak qüvvələri, bütün cəhdlərinə baxmayaraq, 13-cü alayın hücumunun qarşısını ala bilmədilər. Axşama yaxın alayın sağ cinahı ilə Müsüslü dəstəsinin sol cinahı Kürdəmirin qərbində birləşdilər. Bir neçə saatdan sonra isə birləşmiş qüvvələr qəsəbəni düşməndən tamamilə azad etdilər. Kürdəmirin azad olunması hərbi təşəbbüsün Türk-Azərbaycan qoşunlarının əlində daha da möhkəmlənməsi ilə nəticələndi.[4]

  1. "Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999; Yüceer- N., Birinci dünyasavaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan hərəkatı, Ankara, 1996". (#cite_web_url); (#accessdate_missing_url)
  2. "Azərbaycan Xalq Cümhuriyyəti dövrü". https://bakucity.preslib.az. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2021.
  3. "Kürdəmirin erməni işğalından azad edildiyi gün". https://sputnik.az. 2021-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2021.
  4. ""Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007"". (#cite_web_url); (#accessdate_missing_url)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Kürdəmir döyüşləri
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?