For faster navigation, this Iframe is preloading the Wikiwand page for III İsmayıl.

III İsmayıl

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Şah III İsmayıl
İsmayıl mirzə Seyid Murtuza oğlu Səfəvi
III Şah İsmayılın adına kəsdirilən pul
III Şah İsmayılın adına kəsdirilən pul
1750 – 1773
ƏvvəlkiII Süleyman Səfəvi
SonrakıRaziya Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1733
Doğum yeri
Vəfat tarixi 1773
Vəfat yeri
Dəfn yeri İran, Xuzistan, Abadan
Fəaliyyəti suveren[d]
Atası Seyid Murtuza Mirzə
Anası Məryəm Sultan Səfəvi
Ailəsi Səfəvilər
Dini İslam

III Şah İsmayıl (fars. شاه‌اسماعیل سوم‎; tam adı: Əbu Turab İsmayıl ibn Seyid Murtuza; 1733, İsfahan1773, Abadan, Xuzistan ostanı) — Səfəvilər xanədanlığından olan XIII İran şahənşahı. Hüquqi olaraq İran şahı olmuşdur. Dövləti onun adından Kərim xan ZəndRaziya Sultan idarə etmişdir.

Şah İsmayıl 1733-cü ildə anadan olmuşdur. Sultan Hüseynin nəslindəndir, atası Seyid Murtuza Mirzə, anası Səfəvi hökmdarı Sultan Hüseynin qızı Məryəm sultandir.

1747-ci ildə Nadir şah öldürüldükdən sonra İrandaAzərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. İranın cənubunda isə özlərinə Şiraz şəhərini mərkəz seçən fars Zəndlər sülaləsi hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlara çox gözəl aydın idi ki, Nadir şahın öldürülməsinin və Əfşarlar İmperiyasının parçalanmasının ən böyük səbəblərindən biri də məhz Səfəvilər sülaləsi amili idi ki, Kərim xan Zənd və Əli Mərdan xan Bəxtiyari də bundan məharətlə istifadə etdilər. Belə ki, 1747–1749-cu illərdə Əfşar Xanədanlığı özü də dərin siyasi böhran keçirirdi. Hakimiyyət uğrunda mübarizələr və daxili çəkişmələr nəticəsində dövlət zəifləmişdi. Bu sülalənin hakimyyəti yalnız Xorasanda mövcud idi. 1749-cu il dekabr ayında saray çevrilişi nəticəsində Şahrux İran şahlığından məhrum edildi və 19 yanvar 1750-ci ildə hakimiyyətə, II Süleyman şah Səfəvi adı ilə Mir Seyid Məhəmməd gəldi, lakin az sonra 1750-ci ilin mart ayında saray çevrilişi nəticəsində II Süleyman şah Səfəvi devrildi və hakmiyyətə yenidən Şahrux şah Əfşar gəldi. Bu hadisələrlə eyni vaxtda 1750-ci il yanvarın 19-da İsfahana daxil olan Əli Mərdan xan Bəxtiyari və Kərim xan Zənd tərəfindən hakimiyyətə III Şah İsmayıl adı ilə 17 yaşlı İsmayıl gətirildi. Və əslində (hüquqi olaraq) İranda Səfəvilər sülaləsinin hakimiyyəti bərpa olundu, lakin İsmayılın heç bir real gücü və hakimiyyəti yox idi. Belə ki, dövləti onun adından vəkil adı ilə Kərim xan ZəndRaziya Sultan idarə edirdi. Əslində ZəndlərBəxtiyarilər III Şah İsmayıldan xalqı yatışdırmaq və öz hakimiyyətlərini rəsmi etmək üçün istifadə edirdilər. Onu isə İranın cənubunda Abadan şəhərində qalada həbsdə tuturdular və o, heç bir vəzifəsini icra edə bilmirdi. Əli Mərdan xan Bəxtiyari öldürüldükdən sonra isə Kərim xan Zənd, tək başına İranın cənubunu idarə edir və bu dövrdə yenə də III Şah İsmayıl qalada həbsdə saxlanılırdı. 1773-cü ildə isə III Şah İsmayıl İranın cənubunda Xuzistan vilayətindəki Abadan şəhərində saray dustaqlığındaikən vəfat etdi.

  • E. van Donzel, B. Lewis, Ch. Pellat Encyclopédie de l'Islam G. P Maisonneuve & Larose SA Paris 1978.
  • İran Ensiklopediyası saytı
  • Abu’l-Ḥasan Ḡaffārī Kāšānī. "Golšan-e morād". ed. Ḡ-R. Ṭabāṭabāʾī Majd. Tehran. 1990. səh. 42, 58, 110
  • Abu’l-Ḥasan Golestāna. "Mojmal al-tawārīḵ". ed. M.-T. Modarres Rażawī. Tehran. 1977. səh. 172–73, 181–82, 192, 214–15.
  • Ṣādeq Nāmī. "Tārīḵ-e gītīgošāy". ed. S. Nafīsī. Tehran. 1938. səh. 16.
  • J. R. Perry, "The Last Safavids, 1722–1773". Iran IX. 1971. səh. 66–69.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
III İsmayıl
Doğum: 1733 Vəfat: 1773
Haqq iddası titulları
Sələfləri 
II Şah Süleyman

Səfəvilər (صفویان) Şahlıq iddiaçısı

1750-1773
Xələfləri 
Raziya Sultan
{{bottomLinkPreText}} {{bottomLinkText}}
III İsmayıl
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?