For faster navigation, this Iframe is preloading the Wikiwand page for Hamar-Daban.

Hamar-Daban

Vikipediya, azad ensiklopediya

Hamar-Daban
Munku-Sardık zirvəsi
Munku-Sardık zirvəsi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2396 m
Uzunluğu ~360 km
Eni ~55 km
Hündür nöqtəsi Xan-Ula dağı
Süxurları Qneys, bazalt, Əhəng daşı, qranit
Yerləşməsi
51°17′10″ şm. e. 104°19′31″ ş. u.
Ölkə  Rusiya
Hamar-Daban xəritədə
Hamar-Daban
Hamar-Daban
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hamar-Daban (bur. Хамар дабаан) — Şərqi Sibirin cənubunda, Pribaykalın da cənubunda yerləşən dağlıq ölkə. Ərazisinin böyük qismi Rusiya Federasiyası Buryatiya Respublikası ərazisində yerləşir.

Coğrafi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hamar-Daban — erkıən protrezoy dövrünə aid silsilələr kompleksidir. Onun uzunluğu q.rbdən şərqə 350 km, eni isə 50–60 km təşkil edir. Baykal gölünün cənubunda yerləşir. Silsilə qərbdə Zun-Suren çayının aşağı qolları ətrafından başlayaraq cənub-şərqdə Xanqarul və Snejnaya çaylarının yuxarı axarlarına qədər uzanır. Ondan şərqdə Xanqaril silsiləsi yerləşir. Buradan Snejnoy çayı sahili boyunca şimal-şərq istiqamətində uzanır.

Hamar-Daban İrkutsk vilayətinin Slyudan rayonu və Buryatiyanın altı rayonunu özündə birləşdirir. Su ayrıcı silsilə bu rayonlar arasında təbii sərhəd rolunu oynayır. Silsilənin şimalı ilə Transsibir magistralı və Baykal avtomagistralı keçir.

Baykal gölünün cənub-qərb sahilləri Pribaykalın ən rütübətli sahəsidir. Bura il ərzində 1200 mm yağıntı düşür. Bu baxımdanda zəngin bitki örtüyü ilə seçilir. Burada əsasən dağ tundra bitkiləri yayılmışdır. Meşələri əsasən enliyarpaqlıdır — adi şam, Avropa qara şamı, Sibir sidrağacı, ağ şam. Üstəlik burada Qovaq və tozağacı meşələri belə vardır. Alp zolağında isə Alçaqboylu sidr şamı, cırtdan tozağacı kimi bitkilərtə sahibdir.

Qorunan ərazilər

[redaktə | mənbəni redaktə et]

Hamar-Daban silsiləsinin mərkəzində Bykal qoruğu yerləşir. Ondan qərbdə, Buryatiyanın Zakamen rayonu ərazisində isə Snejinski botanik yasaqlığı yerləşir (sahəsi — 238,48 min ha). Hamar-Dabanın qərbində, Tunkinski rayonu ərazisində Tunkinski Milli parkı qərarlaşır.

Əsas sakinləri:

qurudaqonur ayı, maral, sığın, izübr, müşk maralı, canavar, tülkü, dələ, dovşan, burunduk, turac, Nucifraga caryocatactes, əlvan ağacdələn, adi bonazi tetrası

çaylarda — Xarius, Brachymystax, adi taynen, Rutilus.

Hamar-Daban silsiləsinin ən hündür zirvəsi Xan-Ula (2371 m) dağıdır. Ancaq Ululik çayının yuxarı axarlarında hündürlüyü 2396 m olan Subutuy dağə yerləşir. Ən məşhur zirvə isə Çerski pikidir (2090 m). Hər il onu minlərlə turist ziyarət edir. Mərkəzi hissədə, Baykal qoruğu ərazisində şahid dağ olan Soxor yerləşir (2316 m).

Göl və çayları

[redaktə | mənbəni redaktə et]

Hamar-Daban silsiləsi ərazisində müxtəlif göllərə rastlamaq mümkündür. Onlar arasında ən böyüyü və məşhuru Sobolin gölüdür. Digə gölləri — Patovoe gölü, Serdçe gölü, Çyornaya gölü.

Su turizmi üçün əlverişli çayları:Utulık, Snejnaya, Temnik, Xara-Murin.

İncəsənətdə

[redaktə | mənbəni redaktə et]

Hamar-Daban silsiləsinə 1962-ci ildə Yuri İosiofoviç Vızbor eyni adlı mahnı yazmışdır.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Hamar-Daban
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?