For faster navigation, this Iframe is preloading the Wikiwand page for Givi Cavaxişvili.

Givi Cavaxişvili

Vikipediya, azad ensiklopediya

Givi Cavaxişvili
gürc. გივი ჯავახიშვილი
Şəxsi məlumatlar
Doğum adı გივი ჯავახიშვილი
Doğum tarixi 18 dekabr 1912(1912-12-18)
Doğum yeri
Vəfat tarixi 10 noyabr 1985(1985-11-10) (72 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Givi Cavaxişvili (gürc. გივი ჯავახიშვილი; 18 dekabr 1912, Tiflis10 noyabr 1985, Tbilisi) — 1953–1975-ci illərdə Gürcüstanın Baş naziri vəzifəsini icra edən gürcü siyasətçi.

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Givi Cavaxişvili 18 dekabr 1912-ci ildə Tiflisdə görkəmli həkim Dimitri Cavaxişvili və Anna Maqalaşvilinin ailəsində anadan olub. 1934-cü ildə Mühəndis-Geoloq ixtisası üzrə Zaqafqaziya Sənaye İnstitutunu (indiki Gürcüstan Texniki Universiteti) bitirib.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

1934-cü ildən 1952-ci ilə qədər yerli idarəetmə və kommunist partiyası strukturlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1952-ci ildən Gürcüstanın paytaxtı Tbilisi merinin müavini vəzifəsini icra etdi və həmin il Tiflis meri vəzifəsinə yüksəldi, 1953-cü ildən Gürcüstan SSR Nazirlər Sovetinin sədr müavini,[1] 1953–1975 — Gürcüstan SSR Nazirlər Sovetinin sədri (Baş nazir), SSRİ və Gürcüstan SSR Parlamentinin bir neçə dəfə seçilmiş üzvü, Mərkəzi Komitə Bürosunun üzvü, 1953–1975-ci illərdə gürcü dilinin qorunması komissiyasının sədri idi.

Siyasətdəki töhfələri

[redaktə | mənbəni redaktə et]

1958-ci ildə Brüsseldə, Belçikada və 1967-ci ildə Monrealda (Kvebek, Kanada) Ümumdünya Sərgisi EXPO-nda Gürcüstan nümayəndə heyətinin rəhbəri olmuşdur. 1961-ci ildə Givi Cavaxişvili İKP MK qurultayında Gürcüstan SSR nümayəndə heyətinə rəhbərlik edir. O, burada İosif Stalinin Moskvanın Kreml məqbərəsindən çıxarılmasını tələb edən məşhur çıxış etdi.

Onun birbaşa təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Dövlət Filarmoniyası və İdman Sarayı kimi bir çox yüksək səviyyəli binalar inşa edildi. 1966-cı ildə Sovet İttifaqında dördüncü yeraltı dəmir yolu sisteminə çevrilmiş Tbilisi metrosunun açılışını etdi. 22 il ərzində (Gürcüstan tarixinin ən uzun dövrü) Gürcüstan Hökumətinə sədrlik edən Givi Cavaxişvili SSRİ və Gürcüstan SSR-nin Avropa ölkələrinə, ABŞ-yə, Kanada və Türkiyədəki bir sıra rəsmi nümayəndə heyətlərinin üzvü idi. Hindistanın Baş naziri Cavaharlal Nehru, Danimarka Kraliçası II Margrethe, Fransa Prezidenti Georges Pompidou, İran şahı Məhəmməd Rza Şah Pəhləvi və Kuba lideri Fidel Kastro kimi 20-dən çox digər tanınmış simanı Tiflisdə yüksək qəbul etdi.

10 noyabr 1985-ci ildə Tiflisdə vəfat etdi.

  1. THE 'DOCTORS' CASE’, AND, THE DEATH OF STALIN Arxivləşdirilib 2008-08-20 at the Wayback Machine Bill Bland, for the Communist League (UK), London, October 1991. On 29 October 1953, a forty-one-year-old engineer and geologist, Mr. Givi D. Djavakhishvili, was elected Prime Minister of the Georgian Republic". (D. M. Lang: op. cit.; p. 264). (in english)
  2. 1 2 3 4 Givi Javakhishvili [daimi ölü keçid] (in russian)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Givi Cavaxişvili
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?