Genius
Vikipediya, azad ensiklopediya
Genius | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 20 oktyabr 2009 |
Baş qərargahın yeri | |
genius.com | |
![]() |
Genius — 27 avqust 2009-cu ildə Tom Lehman, İlan Zexori və Mahbod Mogadam tərəfindən qurulmuş amerikan rəqəmsal media şirkəti. Sayt istifadəçilərə mahnı sözləri, xəbərlər, mənbələr, şeirlər və sənədlərə annotasiyalar və şərhlər təqdim etməyə imkan verir.
Başlanğıcda Rap Genius adı altında hip hop musiqisi ilə bağlı materiallar yerləşdirən sayt, gördüyü maraq və kapitalla böyümüşdür. Sayt 2014-cü ildə Genius adı altında digər media növlərini əhatə edən bir formada yenilənmişdir. 2016-cı ildən etibarən Genius orijinal musiqi yönümlü materiallar istehsal edir, konsertlər və tədbirlər təşkil edir.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.