Gəzinti mayakı
Vikipediya, azad ensiklopediya
Gəzinti mayakı (参観灯台, sankan today?) və ya bəzən dırmaşma mayakı (のぼれる灯台, noboreru today?) – Yaponiyada ictimaiyyətə açıq olan və içərisində gəzinti icazəsi verilən mayaklar. Hazırda Yaponiyada 16 belə mayak var.
Haqqında
[redaktə | mənbəni redaktə et]Gəzinti mayakları sistemi Yaponiya Sahil Mühafizə Təşkilatının təşəbbüsü ilə yaradılmışdır və "Tokokay" təşkilatı tərəfindən idarə olunur. Mayakları ziyarət etmək üçün ziyarətçidən 300 yen tələb olunur.[1]
Gəzinti mayakları ictimaiyyətə açıqdır: mayakın yuxarısına dırmaşmaq və içərisində gəzişmək sərbəstdir. Lakin pis hava şəraitində mayaklara giriş məhdudlaşdırıla bilər. Bəzi gəzinti mayaklarında mayakın tarixindən və xüsusiyyətlərindən bəhs edən sərgi otağı olur. Gəzinti mayakı statusunda olan mayaklardan əlavə bəzi mayaklar Mayak Memorial Günü (1 noyabr) və Dəniz Günü münasibətilə ictimaiyyətə açıq olur.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Yaponiyada müasir dəniz mayaklarının tikintisinə Meyci dövründə başlanmışdır. Həmin dövrdə mayaklara daxil olmaq üçün xüsusi icazə almaq lazım idi. 1931-ci ildə Yaponiyada mayakları ziyarət etmək barədə təlimat yaradılmışdır. İkinci Dünya müharibəsindən sonra turizm populyar olmuş və turistlərin sayı çoxalmışdır. Nəticədə, bəzi mayakların ziyarətə açılması barədə qərar qəbul edilmişdir.[2]
Gəzinti mayakı sistemi 1948-ci ilin martında başlamışdır. Sistem 13 gəzinti mayakı ilə yaradılmışdır: Kannonzaki mayakı, İnubosaki mayakı, Coqaşima mayakı, İzumo Hinomisaki mayakı, Nocimazaki mayakı, Şionomisaki mayakı, Şimizu mayakı, Dayozaki mayakı, Şioyazaki mayakı, Tsuruqisaki mayakı, Kuşirosaki mayakı, Çikiumisaki mayakı, Kattoşimisaki mayakı və Murotozaki mayakı.[2]
29 mart 2007-ci ildə Hatsuşima mayakı sayca 15-ci gəzinti mayakı olmuşdur.[3] 1 iyun 2018-ci ildə Şiriyazaki mayakı 16-cı gəzinti mayakı kimi ictimaiyyətə açıq elan olunmuşdur.[4]
Siyahı
[redaktə | mənbəni redaktə et]Aşağıda Tokokay tərəfindən müəyyən edilmiş 16 gəzinti mayakının siyahısı verilmişdir:[1]
Şəkil | Mayakın adı | Yerləşməsi | İstifadəyə verilmə tarixi |
---|---|---|---|
Şiriyazaki mayakı | Hiqaşidori, Şimokita rayonu, Aomori prefekturası | 20 oktyabr 1876 | |
Nyudozaki mayakı | Oqa, Akita prefekturası | 8 noyabr 1898 | |
Şioyazaki mayakı | İvaki, Fukuşima prefekturası | 15 dekabr 1899 | |
İnubosaki mayakı | İnubo burnu, Çoşi, Çiba prefekturası | 15 noyabr 1876 | |
Nocimazaki mayakı | Minamisobo, Çiba prefekturası | 19 yanvar 1870 | |
Kannonzaki mayakı | Yokosuka, Kanaqava prefekturası | 11 fevral 1869 | |
Hatsuşima mayakı | Hatsuşima, Atami, Şizuoka prefekturası | 25 mart 1959 | |
Omaezaki mayakı | Omae burnu, Omaezaki, Şizuoka prefekturası | 1 may 1874 | |
Anorizaki mayakı | Şima, Mie prefekturası | 1 aprel 1873 | |
Dayosaki mayakı | Şima, Mie prefekturası | 5 oktyabr 1927 | |
Şionomisaki mayakı | Kuşimoto, Hiqaşimuro rayonu, Vakayama prefekturası | 15 sentyabr 1873 | |
Hinomisaki mayakı | İzumo, Şimane prefekturası | 1 aprel 1903 | |
Tsunoşima mayakı | Tsunoşima, Hokoku, Şimonoseki, Yamaquçi prefekturası | 1 mart 1876 | |
Toimisaki mayakı | Toi burnu, Kuşima, Miyazaki prefekturası | 22 dekabr 1929 | |
Zanpazaki mayakı | Yomitan, Nakaqami rayonu, Okinava prefekturası | 30 mart 1974 | |
Hennanzaki mayakı | Miyakocima, Okinava prefekturası | 27 mart 1967 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "のぼれる灯台16". Tokokai (yaponca). 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2024.
- ↑ 1 2 3 "参観灯台の歴史". Nishimitsu (yaponca). 22 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2024.
- ↑ "初島灯台 (静岡県熱海市)の一般公開開始について" (PDF). Yaponiya Sahil Mühafizə Təşkilatı (yaponca). 15 mart 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 fevral 2024.
- ↑ "青森の「尻屋崎灯台」が全国16カ所目の参観灯台に". Kanpan Info (yaponca). 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2024.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.