Fred Rompelberq
Vikipediya, azad ensiklopediya
Fred Rompelberq | |
---|---|
Fred Rompelberg | |
Doğum tarixi | |
Doğum yeri | Maastrixt, Niderland |
Vətəndaşlığı | Niderland |
Uşağı | 2 qız |
Milliyyəti | holland |
Fəaliyyəti | velosipedçi |
fredrompelberg.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Fred Rompelberq (nid. Fred Rompelberg; d. 30 oktyabr 1945, Maastrixt) — bir neçə dünya rekordu əldə edən keçmiş holland velosipedçi. Əldə etdiyi 11 dünya rekorduna və bir neçə rekordu qırmaq üçün apardığı cəhdlərə görə tanınır. 3 oktyabr 1995-ci ildə ABŞ-nin Yuta ştatının Bonnevil ərazisində velosipedi ilə 268.831 km/saat sürət yığaraq dünya rekordu əldə etmişdir. Həmçinin dünyanın ən yaşlı peşəkar velosipedçisi idi. Onun bu rekordu heç kim tərəfindən hələ ki təkrarlanmayıb və Ginnesin Rekordlar Kitabına düşüb. Əvvəlki rekord isə 1985-ci ildə 245 km/saat sürət ilə Con Hovarda aid idi. O da bu rekordu Yuta ştatında əldə etmişdi.
Rompelberq 1971-ci ildə peşəkar velosipedçi olmuşdur və bu onu dünyada ən yaşlı peşəkar velosipedçi etmişdir.
Hazırda İspaniyanın Malyorka şəhərində həvəskar şəkildə velosiped idmanı ilə məşğul olur. Evlidir, iki qızı var.[1]
Uğurları
[redaktə | mənbəni redaktə et]- 11 dünya rekordu
- 12 Avropa rekordu
- Velosiped yarışlarında 7 qələbə
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Official web site Arxivləşdirilib 2012-07-18 at the Wayback Machine. fredrompelberg.com
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.