For faster navigation, this Iframe is preloading the Wikiwand page for Fərman Salmanov.

Fərman Salmanov

Vikipediya, azad ensiklopediya

Fərman Salmanov
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyul 1931(1931-07-28)
Doğum yeri
Vəfat tarixi 31 mart 2007(2007-03-31) (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti tədqiqatçı-səyyah[d], geoloq
Elmi fəaliyyəti
Elm sahəsi geologiya
Elmi dərəcəsi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı "Şöhrət" ordeni
"Lenin" mükafatı XTNS qızıl medalı Honored Geologist of the Russian Federation Yer təkinin fəxri kəşfiyyatçısı Discoverer of mineral deposit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərman Salmanov (28 iyul 1931, Morul, Şamxor rayonu31 mart 2007, Moskva) — 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neftqaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı sovet geoloqu, Sosialist Əməyi Qəhrəmanı.[1] Rusiya Federasiyasının əməkdar geoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiya" rəhbəri (1978–1987), SSRİ Geologiya nazirinin birinci müavini (1987–1991), Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı. Lenin ordeni (1970), Qırmızı Əmək Bayrağı ordeni (1971, 1976), "Oktyabr inqilabı" ordeni (1983), Lenin mükafatı (1970), İvan Qubkin mükafatı (1980) ilə təltif olunmuşdur. 2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

Fərman Salmanov Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrinin missiyaya raziliq verməsi ilə nəticələnir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1955–1957-ci illərdə Salmanov Plotnikov zavodunun rəisi, daha sonra isə Kemerovo vilayətində Qroznı neft kəşfiyyat ekspedisiyalarının baş geoloqu vəzifəsində çalışmışdır. O, Kuzbassda neft axtarışını perspektivsiz hesab edirdi, ona görə də öz qrupunu Surqut şəhərinə aparmışdı. Salmanov rəhbərliyin bu işi dayandırmasına dair sərəncamlarına baxmayaraq, qazma işlərini davam etdirir. Bəhrə verməyən işlər onun təşəbbüsünə qarşı skeptisizmi artırırdı. Bununla belə, kəşfiyyat ekspedisiyasının rəisi istədiyinə nail ola bilib.

Salmanov 1961-ci ilin 21 mart tarixində, onun sevdiyi Novruz bayramı günündə Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusu 2180 metr dərinlikdən neft fontanı verir. Salmanov əleyhdarlarına belə bir məktub yazır: "Möhtərəm yoldaşlar, Megyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı". Salmanovun SSSR Geologiya nazirliyindəki əleyhdarları hadisənin təbii anomaliya olduğunu deyir və neft fantanın tezliklə tükənəcəyini bildirirdilər. Salmanov Üst-Balıqda ikinci neft-qaz yığımını kəşf etdikdən sonra Kommunist Partiyasının 22-ci konqresinə Sovet lideri Nikita Xuruşova məktub ünlanlayır. "Mən neft tapmışam. Bax belə". Yatağın sənaye hasilatı üç ildən sonra başlamışdır. Megion yatağı indiyədək Rusiyanın ən böyük yataqlarından biri hesab olunur. Onun ərazisində 500-dən artıq istismar quyusu qazılıb ki, bunun da yarıdan çoxu fəaliyyət göstərir. Qazma dərinliyi 1690-dan 2237 m-ə qədərdir. Megion yatağında neft ehtiyatlarının dəyəri onun içərisində az miqdarda parafinlərin olması səbəbindən artır. Bu da öz növbəsində hasilat prosesinə mənfi təsir göstərə bilən avadanlıqların daimi təmizləmə prosesinə xərcləri azaldır. Salmanov özü Sibir neftinin kəşf olunmasını Qaqarinin kosmosa uçuşu ilə müqayisə edirdi.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiyaya" rəhbərlik etmişdir. 1987–1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. Onun sözlərinə görə, o, məcburi olaraq vəzifədən ayrıldı, çünki özəlləşdirmədə iştirak etməkdən imtina edirdi. SSRİ-nin dağılmasından sonra geoloq Kalmıkiyada neft və qaz axtarışı ilə məşğul olmuşdur. Ölümünə qədərki dövrdə isə Rusiyanın "İtera Qaz Şirkəti" prezidentinin məsləhətçisi kimi çalışmışdır. Ümumilikdə isə karyerası ərzində 130-dan çox yataq kəşf etmiş və ya kəşf olunmasında iştirak etmişdir.[2]

Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilmişdir.

2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

  1. Tayqa qəhrəmanı (film, 1968)[3]
  1. "Салманов Фарман Курбан оглы". 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.
  2. ""Bu, Qaqarinin uçuşu kimidir": Azərbaycanlı necə Qərbi Sibirdə neft tapmışdı". 2021-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–172.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Fərman Salmanov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?