For faster navigation, this Iframe is preloading the Wikiwand page for Fərhad bəy Məlik-Aslanov.

Fərhad bəy Məlik-Aslanov

Vikipediya, azad ensiklopediya

Bu məqalə silinməyə namizəddirBu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin. Bu məqalə sonuncu dəfə 3 saniyə əvvəl Editing For Better (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)
Fərhad bəy Məlik-Aslanov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi 1889
Vəfat yeri
Həyat yoldaşı Xatay xanım
Atası Məlik Aslan bəy
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları "Müqəddəs Anna" ordeni

Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov (az. Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1805, Tuğ, Qarabağ xanlığı1889, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti,[1] mülkədar, Hacı

Fərhad bəy 15 iyun 1805-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olmuşdu. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.
Mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini öyrənib.[2]
Qarabağ atlı alayında xidmət edib.[1] Poruçik rütbəsində olub.
Fərhad bəy Məkkəyə ziyarət edib, Hacı ünvanını daşıyıb.[2]
Dövrünün şairləri ilə Hacı Fərhad bəyin yazışmaları var. Aşıq Pəri ilə dostluq edirdi. Onların ilişkiləri haqqında Qasım bəy Zakir Məhəmməd bəy Aşiqə yazırdı.
Həmçinin Fərhad bəy tanınmış rus şairi A.S. Puşkinlə görüşmüşdü.[3] Puşkin ona şeir həsr etmişdi.[2][3][4]

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

Rusiya–Osmanlı müharibəsi (1828–1829) zamanı qraf Paskeviç Qarabağ əyalətinin azərbaycanlı sakinlərindən ibarət 4 müsəlman süvari alayı və Kəngərli süvariləri yaradır. Fərhad bəy 1-ci müsəlman süvari (azərbaycanlı) alayında xidmət etməyə başladı. 1-ci müsəlman süvari Rayevskinin birləşmiş süvari briqadasının tərkibinə daxil oldu. Briqadanın tərkibində azərbaycanlı əsgərlər mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirirdilər.

1829-cu ildə Puşkin fəal orduya qoşulmaq üçün Qafqaza dostu Raevskinin yanına gedir. Orada Puşkin Fərəculla bəylə görüşür və bir müddət sonra bu görüşü "Путешествии в Арзрум" (Ərzruma səyahət) əsərində təsvir edir.[5] Şair Raevskinin briqadasında olduğu vaxt ərzində mayor Abbasqulu ağa Bakıxanov, kapitan Fərəcula bəy və poruçik Fərhad bəy obrazlarından yazmışdır. Fərhad bəyə isə Puşkin "Шеер I. Фаргат Беку" (Şeir I. Farqat Bəyə) adlı əlyazmasında "Из Гафиза" (Hafizdən) şeirini həsr etmişdir.[5]

1829-ci ildə döyüş meydanlarında fərqləndiyinə və şücaətinə görə Fərhad bəy IV dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilib.[2][5][6]

Fərhad bəy igidliyinə görə 11 may 1830-cu ildə praporşik rütbəsini alıb.[2]

1834-ci ilin noyabr ayında Varşavaya göndərilən Zaqafqaziya Müsəlman Süvari Alayının tərkibində Fərhad bəydə olmuş və poruçik rütbəsinə yüksəlmişdi.

Həyat yoldaşı: Xatay xanım
Övladları: Mehdi bəy (1839, Tuğ – 1923, Tuğ), Cəfər Qulu bəy (1847, Tuğ –?), Aslan bəy (1853, Tuğ –?), Sadıx bəy (1855, Tuğ –?), Səlim bəy (1860, Tuğ –?), Maytaban xanım, Püstə xanım, Nobat xanım

IV dərəcəli "Müqəddəs Anna" ordeni (1829)[2][5][6]

  • Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.
  • Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.290. Op.23. D.15402.
  • N. A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh. 27 ISBN 5-86871-204-4
  • E. E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 164 ISBN 9952-25-001-0
  • Ənvər Çingizoğlu. Qarabağ atlı alayı, "Soy" dərgisi, 7 (38), 2010. səh. 33–42.
  • Ənvər Çingizoğlu. Məlik Yeqan və onun törəmələri. "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh. 23–34.
  • История военных действий в Азиатской Турции в 1828 и 1829 годах. Типография Эдуарда Праца и Ко. СПб. 1836. Часть вторая.
  • РОССИЯ И АЗЕРБАЙДЖАН В ПЕРВОЙ ТРЕТИ XIX ВЕКА (ИЗ ВОЕННО-ПОЛИТИЧЕСКОЙ ИСТОРИИ). Хаджи Мурат Ибрагимбейли. Издательство «НАУКА» Главная редакция восточной литературы. Москва 1969.
  1. 1 2 Qarabağ atlı alayı
  2. 1 2 3 4 5 6 "Qarabağlı Hərbçilər" (PDF). www.millikimlik.az – Qasım Hacıyev, Ənvər Çingizoğlu, Bakı-Təknur-2011, səh. 182 (az.)). 2011. 2021-08-01 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 Zəhra Muradova. Şuşa, hər daş-qayası tarix. Bakı-2022. "Orxan" NPM. səh. 95. ISBN 978-9952-37-808-5
  4. "Arxivlənmiş surət". 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-10.
  5. 1 2 3 4 https://cyclowiki.org/wiki/Фархад-бек_Мелик-Асланов
  6. 1 2 https://www.academia.edu/31527200/Известия_Азербайджанского_историко_родословного_общества_Выпуск_3_164
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Fərhad bəy Məlik-Aslanov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?