For faster navigation, this Iframe is preloading the Wikiwand page for Eyiti Negisi.

Eyiti Negisi

Vikipediya, azad ensiklopediya

Eyiti Negisi
yap. 根岸 英一
Doğum tarixi 14 iyul 1935(1935-07-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 iyun 2021(2021-06-06)[3] (85 yaşında)
Vəfat yeri
Uşağı 2
Elm sahəsi üzvi kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Mədəniyyət" ordeni
Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eyiti Negisi - (yap. 根岸 英Rom: Negishi Eiichi 14 iyul 1935[1][2][…], Sintzin[d][5]6 iyun 2021[3], İndianapolis[3]) Yaponiya[6] kimyaçısıdır. Negisi reaksiyasının kəşfçisi kimi tanınır. Perdyu Universitetinin (ABŞ) fəxri professorudur. 2010-cu il kimya üzrə Nobel mükafatı laureatıdır.

E.Negisi 14 iyul 1935-ci ildə Çançun şəhərində anadan olub (o vaxt - Yaponiyanın kukla dövlətinin paytaxtı Mançukuo, hazırda Çinə məxsusdur).[7] 1958-ci ildə Tokio Universitetində üzvi kimya üzrə bakalavr dərəcəsini bitirmişdir. 1958-ci ildən 1960-cı ilə qədər Teidzin şirkətində işləmişdir.

O, 1963-cü ildə Pensilvaniya Universitetində üzvi kimya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Diplomunu aldıqdan sonra 1966-cı ilə qədər işlədiyi Teidzin şirkətinə işini davam etməyə qayıdıb. Daha sonra ABŞ-a köçmüş və burada Perdyu Universitetində Herbert Brovn ilə iki il dissertant kimi çalışmışdır. 1968-ci ildə orada dosent vəzifəsini almışdır. 1972-1979-cu illərdə Sirakuz Universitetində əvvəlcə dosent köməkçisi, 1976-cı ildən isə dosent vəzifələrində işləmişdir. 1979-cu ildə Perdyu Universiteti>nə tam professor kimi qayıtmışdır.

1999-cu ildən Perdyu Universitetində kimya üzrə fəxri professordur.

2018-ci ilin mart ayında o, həyat yoldaşı ilə İllinoys ştatında maşın sürərkən ehtimal ki, yolu azdıqları üçün itkin düşmüşdürlər. Sonra E.Negisi sağ tapılsa da, lakin həyat yoldaşı ölü tapılmışdır.[8]

E.Negisi 6 iyun 2021-ci ildə 85 yaşında vəfat etmişdir.[9]

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

E.Negisi elmi tədqiqatlarına 1966-cı ildə Herbert Braunun rəhbərliyi ilə başlamışdır. Onun ilk işləri karbon-karbon bağlarının əmələ gəlməsinin müxtəlif bororqanik reaksiyalarının tədqiqinə həsr edilmişdir. Bir müddət sonra alim başa düşmüşdür ki, sintezi sürətləndirən katalitik reaksiyaların tapılmasına diqqət yetirmək lazımdır.

1972-ci ildə E.Negisi keçid metallarının kataliz etdiyi orqanometalik reaksiyalar üzrə tədqiqatlara başlamışdır. 1976-1978-ci illər ərzində E.Negisi palladium və ya nikel ilə katalizləşdirilmiş maqnezium, sink, bor, alüminium, stronsiumsirkonium olan müxtəlif orqanometal maddələrin iştirakı ilə çarpaz birləşmə reaksiyalarını təsvir edən 10-a yaxın məqalə dərc etmişdir.

Bu gün tərkibində sink, alüminium və ya sirkonium olan reaksiyalara Negisi reaksiyaları deyilir. Bu kəşflərə görə E.Negisi 2010-cu ildə gündəlik həyatımızı yaxşılaşdıran mürəkkəb molekulların qurulması məqsədi ilə karbon atomlarını bir-biri ilə birləşdirmənin yeni, daha səmərəli yollarını təkmilləşdirdiklərinə görə Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür.[10] Bu mükafatı Riçard Hek və Akir Suzuki ilə bölüşmüşdür.

Elmi cəmiyyətlərə üzvlüyü

[redaktə | mənbəni redaktə et]
  • Amerika Kimya Cəmiyyəti (1979-cu ildən)
  • Amerika Elmin İnkişafı Assosiasiyası (I dəfə —1975-1980; II dəfə — 1992-1994 illər arasında)
  • Phi Lambda Epsilon (1984-cü ildən)
  • Yapon Kimya Cəmiyyəti (1985-ci ildən)
  • Sigma Xi (1989-cu ildən)[11]
  • ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2014-cü ildən)[12]
  1. 1 2 http://www.britannica.com/EBchecked/topic/1715742/Negishi-Ei-ichi.
  2. 1 2 http://www.britannica.com/EBchecked/topic/1719562/Nobel-Prizes-Year-In-Review-2010/296811/Prize-for-Chemistry.
  3. 1 2 3 4 https://www.purdue.edu/newsroom/releases/2021/Q2/ei-ichi-negishi,-one-of-2-nobel-prize-winners-from-purdue-university,-dies.html.
  4. 1 2 NNDB (ing.). 2002.
  5. 1 2 Deutsche Nationalbibliothek Record #172282632 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. С начала 1960-х годов живёт и работает в США, однако американского гражданства не имеет
  7. "Arxivlənmiş surət". 2015-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-18.
  8. International News | Latest World News, Videos & Photos -ABC News - ABC News. Дата обращения: 15 марта 2018. Архивировано из оригинала 14 марта 2018 года.
  9. https://www.purdue.edu/newsroom/releases/2021/Q2/ei-ichi-negishi,-one-of-2-nobel-prize-winners-from-purdue-university,-dies.html
  10. The Nobel Prize in Chemistry 2010 Архивная копия от 8 марта 2010 на Wayback Machine (англ.)
  11. "Arxivlənmiş surət". 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-18.
  12. Ei-ichi Negishi Архивная копия от 19 декабря 2018 на Wayback Machine  (англ.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Eyiti Negisi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?