For faster navigation, this Iframe is preloading the Wikiwand page for Etruskların mənşəyi.

Etruskların mənşəyi

Vikipediya, azad ensiklopediya

Etruskların İtaliyada məskunlaşdıqları regionlar və yaratdıqları şəhərlər.

Etruskların mənşəyiİtaliya yarımadasında meydana çıxmış etrusk tayfasının haradan bu əraziyə miqrasiya etməsi və onların etnik mənşəyinin hansı qədim cəmiyyətlərə söykənməsi ilə bağlı aparılan tədqiqatlara verilən ümumi addır. Alimlər bu mövzuda vahid konsensusa gələ bilməmişdirlər. Etruskların müasiri olan tarixçilərin irəli sürdüyü mənbələrə əsasən etruskların İtaliya yarımadasındakı yerli arxeoloji mədəniyyətlərdən yaranması (Halikarnaslı Dionisin qeydlərinə əsasən),[1] bu əraziyə Lidiyadan (Herodot)[2] və ya Fessaliyadan (Lesboslu Hellanikə görə Tirenlər)[3] gəlmələri və yaxud Alp dağlarının şimalında yaşayan Retsiyalılara əsaslandıqları (Qaius Plinius Secundusun rəyi) fikirləri irəli sürülmüşdür.[4]

Yunan tarixçisi Herodotun yazdıqlarına əsasən, etrusklar Anadolu ərazisində o zamanlar hakimiyyətdə olmuş Lidiya torpaqlarından İtaliyaya miqrasiya etmişdirlər. Bir çox tarixçilər də etrusklarla Anadolu sivilizasiyalarının, xüsusən də Troyanın ənənələri arasında əlaqələrin olduğunu zənn edirlər. Buna görə də etruskların mənşəyinin Kiçik Asiya, yəni Anadolu sivilizasiyalarına əsaslandığı fikrini müdafiə edirlər.[5]

Etruskların mənşəyi ilə bağlı Herodotun vermiş olduğu bu məlumatlar müasir tarixçilər və arxeoloqlar tərəfindən "dəniz yolu ilə belə bir miqrasiyanın qeyri-mümkün olması" əsası ilə qəbul edilməmişdir. Ancaq 2004-cü ildə Turin Universitetində Alberto Piazza bu mövzuda genetik tədqiqatlar aparmışdır. O, eramızdan əvvəl VII–III əsrlər arasında yaşamış etrusklara məxsus olan 80 skeletdən DNT nümunələri götürmüşdür.[6] Bu nümunələr etruskların müasir Türkiyənin yerləşdiyi coğrafiyadan İtaliyaya köç etdiyini təsdiqləmişdir. Qədim yunan əfsanələrində də müntəzəm olaraq deyildiyi kimi, bu vəziyyət qədim zamanlarda Anadoludan İtaliya yarımadasına edilən köçlərlə izah olunmuşdur.[7] İtaliya tarixçisi və linqvisti olan professor Mario Alineinin fikrinə görə də, etrusklar türk mənşəli bir xalqı olmuşdurlar.[8]

Etrusk dili və əlifbası

[redaktə | mənbəni redaktə et]

Etrusk dili müasir dövrdə tam olaraq təqdim edilməmiş bir dil hesab olunur. Bundan əlavə, etrusk yazısının əlifbası məlum olsa da, tam olaraq öyrənilməmişdir. Bunun üç əsas səbəbi vardır. Əvvəla, muzeylərdən yüzlərlə etrusk lövhəsi oğurlanmışdır. Etrusklardan bu günə qədər bir neçə abidə və latın yazıçılarının yazdıqları sitatlar istisna olmaqla, çox da yazılı əsər qalmamışdır. Yazılar isə çox qısa olub özündə az sayda söz ehtiva edir. Etrusk dilində yazılmış əsərlərin bəziləri qraffit formasındadır; bəziləri isə ancaq ata-ana, ər-arvad adlarını və uşaqların sayını göstərən qəbir daşlarından ibarətdir. Maraqlı bir fakt bundan ibarətdir ki, ən uzun etrusk əlyazması İtaliyada deyil, XIX əsrdə Misirin İsgəndəriyyə şəhərindən tapılmış olan Misir mumiyasının sarğısından tapılmışdır.

Etrusklardan müasir dövrə çox sayda yazılı əsərlərin çatmamasına dair iki əsas fərziyyə mövcuddur:

  • Etrusk cəmiyyəti ezoterik dəyərlərə əhəmiyyət verən təşəbbüskar bir təşkilatda yaşayırdı, məlumatların ötürülməsi şifahi şəkildə həyata keçirilirdi və nəyisə yazmaq lazım olanda yazılar və ya mühüm yazılar yalnız ezoterik ənənəni davam etdirən katib keşişlər tərəfindən yazılır və saxlanılırdı. Hər bir ezoterik məktəbdə göründüyü kimi, onlar da məxfiliyə və informasiyalarını məxfi formada saxlamağa əhəmiyyət vermişdilər. Rene Quenonun qeyd etdiyi kimi, mövcudluğu məlum olduğu halda, etruskların ilhama əsaslanan dini kitabları (fal kitabları yox) da, məhz buna görə hələ də kəşf edilməmişdir.
  • Bütpərəst hesab edilən etrusk mətnləri qəsdən və sistemli bir formada məhv edilmişdir.

İkinci bir səbəb odur ki, kifayət qədər ikidilli yazılar tapılmamışdır. Etrusk yazısının tam öyrənilməməsinin digər səbəbi də etrusk dilinin yaxşı öyrənilmiş Hind-Avropa dil ailəsinin deyil, heca-aqqlutinativ əsaslı bir dil olmasıdır. Etrusk yazısı hələ də linqvistlər tərəfindən tam olaraq deşifrlənməmişdir. Etrusk dili 22 səsdən ibarətdir və etrusk əlifbası əslində heç bir səsi ifadə etməyə yaramayan əcnəbi (xarici) hərflər istisna olmaqla, cəmisi 22 hərfdən ibarət əlifbadır. Deməli, etruskların birinci əlifbası 22 hərfdən ibarət olmuşdur. Bəzi etrusk yazıları soldan sağa, bəzi etrusk yazıları isə sağdan sola yazılmışdır.

Miqrasiyanın mənbəyi

[redaktə | mənbəni redaktə et]

Nəticədə, etruskların İtaliyaya miqrasiyası ilə bağlı fərziyyələr aşağıdakı rəylərdə cəmləşmişdir:

  1. Bəzi Qərb alimlərinə görə miqrasiyanın mənbəyi Egey-Anadoludur.
  2. Miqrasiya Anadolu vasitəsilə baş vermiş olsa da, mənbə Mərkəzi Anadolu deyildi; etruskların əcdadları Egey, Anadolu və ya Qafqaz ətrafında yaşamışdılar.
  3. Bəzi macar tədqiqatçılarına görə miqrasiyanın mənbəyi Mərkəzi Asiyadır.
  4. Dünya tarixçilərinə görə isə etrusk miqrasiyası Qərbi Anadolu regionundan baş vermişdir. Miqrasiyanın səbəbi isə yunanların troyalılara və lidiyalılara etdikləri hücumlar idi.
  1. Dionysius of Halicarnassus, Roman Antiquities, Book I Chapter 30 1.
  2. MacIntosh Turfa, Jean. The Etruscan World (ingilis). London and New York: Routledge Taylor & Francis Group. 2013. ISBN 978-0-415-67308-2.
  3. Dionysius of Halicarnassus, Roman Antiquities, 1.17–19
  4. Titus Livius (Livy), The History of Rome (Ab Urbe Condita), Book 5
  5. "Etrüskler Türk mü İdi?" Adile Ayda, Türk Tarih Kurumu Yayınları. Ankara, 2014. ISBN 978-975-16-2922-7.
  6. Genetic tests: Italians were from Turkey Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine, Thomas H. Maugh, Los Angeles Times, 18 iyun 2007.
  7. DNA testleri Etrüskler'in Türk kökenli olduklarını söylüyor Arxivləşdirilib 2008-10-05 at the Wayback Machine, Hürriyet Gazetesi, 23 oktyabr 2007.
  8. Alinei, Mario. Gli etruschi erano turchi: dalla scoperta delle affinità genetiche alle conferme linguistiche e culturali (italyan). Edizioni dell'Orso. 2013. ISBN 886-27-4431-5. İstifadə tarixi: 29 iyun 2024.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Etruskların mənşəyi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?