For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ervin Rommel.

Ervin Rommel

Vikipediya, azad ensiklopediya

Ervin Rommel
alm. Erwin Rommel
Şəxsi məlumatlar
Doğum adı Johannes Erwin Eugen Rommel
Doğum tarixi 15 noyabr 1891(1891-11-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 oktyabr 1944(1944-10-14)[3][1][…] (52 yaşında)
Vəfat səbəbi sianiddən zəhərlənmə[d][5]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Almaniya İmperiyası ordusu, Reichswehr, Heer (Vermaxt)
Xidmət illəri 1910–14 oktyabr 1944
Rütbəsi general-feldmarşal
Komandanlıq edib
Döyüşlər
Təltifləri "Hərbi xidmətlərə görə" xaçı Grand Officer of the Military Order of Savoy Cəsur Mixay ordeni Knight of the Württemberg Military Order of Merit Pour le Mérite "Hərbi xidmətə görə" ordeni Silver Medal of Military Valour "Hərbi xidmətə görə" ordeni Friedrich Order Knight of the Colonial Order of the Star of Italy Clasp to the Iron Cross 3-cü dərəcəli "Hərbi xidmətlərə görə" xaçı 1-ci dərəcəli Dəmir xaç 2-ci dərəcəli Dəmir xaç Honour Cross of the World War 1914/1918 Sudetenland Medal Memel medalı "Uzun müddət vermaxtda xidmətlərə görə" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ervin Oygen Yohannes Rommel (alm. Erwin Eugen Johannes Rommel‎; 15 noyabr 1891[1][2][…], Haydenhaym an der Brents[d], Vürtemberq krallığı[d], Almaniya imperiyası[4]14 oktyabr 1944[3][1][…]) — "Səhra tülküsü" (alm. Wüstenfuchs‎) ləqəbli alman general-feldmarşalı.

İkinci dünya müharibəsi gətirdiyi dağıntılar və fəlakətlərlə yanaşı bir neçə dahi şəxsiyyəti də tarixin səhifələrinə həkk etmişdir. Bu şəxsiyyətlərdən biri müttəfiq qüvvələr arasında "Səhra Tülküsü"(alman dilində "Wüstenfuchs")adı ilə tanınmış Ervin Rommel olmuşdur. Rommel Şimali Afrika uğrunda gedən döyüşlərdə Alman ordusunun qruplaşmalarına komandanlıq etmiş və ingilis generalı Montqomerinin ilkin planlarını alt-üst edərək saysız-hesabsız uğurlar qazanmışdır.

Ervin Rommel 15 noyabr 1891-ci ildə Haydenxaymda anadan olmuşdur. Əvvəlcə mühəndis peşəsinə yiyələnmək istəsə də, 1910-cu ildə Rommel orduya qoşulmuş və 1914-cü ilin avqust ayında onun xidmət apardığı bölmə müharibəyə atılmışdır. 1915-ci ildə o, döyüşlərdə fərqləndiyinə görə 1-ci dərəcəli dəmir xaç ordeni ilə mükafatlandırılmışdır.

Müharibədən sonra Rommel Drezden şəhərində piyada qoşunları məktəbində dərs demişdir və həmin ərəfədə "Piyada Hücumda" (İnfanterie greift an) adlı ilk kitabını yazmışdır.

1933-cü ilin oktyabr ayında Rommel mayor rütbəsinədək yüksələrək Qoslar'da (Goslar) dağlı batalyonların komandanlağına təyin olunmuşdur. 1935-ci ildə isə polkovnik rütbəsi almış Rommel Potsdam Müharibə Akademiyasında müəllimlik etmişdir.

Fransa kampaniyasından sonra 1941-ci ildə Ervin Rommel general-leytenant rütbəsinədək yüksəlmiş və Berlinə çağırılaraq alman ordusunun Afrika birləşmələrinə (Deutsches Afrika Korps) komandanlıq etmək tapşırığı almışdır. İlkin tapşırığı komandanlığı altında olan iki alman diviziyası ilə Şimali Afrikada yerləşən artıq bir sıra məğlubiyyətlərdən əlacsız vəziyyətdə qalmış italyan birləşmələrinə dəstək göstərmək olmuşdur. Artıq Fransada istifadə etdiyi Blitskriq (Blitzkrieg) taktikası ilə yanaşı, Rommel həm də kiçik dəstələrlə hiyləgər hücumlar aparmışdır. Həmin ərəfədə o dostları və düşmənləri tərəfdən səhra tülküsü adlandırılmış və general-feldmarşal rütbəsinədək yüksələrək alman ordusunun tarixində ən gənc feld-marşal olmuşdur. Britaniya silahlı qüvvələri isə hücumlarını davam etdirmiş, lakin almanların 88 mm-lik topları və mərd piyada qüvvələri bu hücumları nəticəsiz qoymuşdur.

Feldmarşal E.Rommel hər zaman nasist siyasətə və əsasən də Himmlerə və onun SS-nə olan nifrəti ilə tanınmışdır. Onun böyük nailiyyətlərindən biri də SS qüvvələrinin toplu şəkildə Şimali Afrika kampaniyasında iştirakına imkan verməməsi olmuşdur. 1944-cü ildə Ervin Rommel Adolf Hitlerə qarşı törədilmiş sui-qəsddə təqsirli bilinərək xüsusi mühafizə oqanları tərəfindən həbs edilmişdir. Həbsdə olarkən ona özünə qəsd etməsi təklif olunmuşdur, əks halda isə onun güllələnəcəyi bildirilmişdir.

Feldmarşal Ervin Rommel 14 oktyabr 1944-cü ildə hospitalda qəbul etdiyi zəhərin təsirindən dünyasını dəyişmişdir. Hitlerin əmri ilə Rommel Üçüncü Reyxin milli qəhrəmanı kimi təmtəraqla dəfn olunmuş, onun vəfat etdiyi gün (14 oktyabr) milli matəm günü elan edilmişdir.

Bununla belə feldmarşal Ervin Rommel ReyxinFürerin daimi düşmənlərindən biri olmuşdur və onun Fürerə qarşı hazırlanmış sui-qəsddə əli olması ehtimalına hələ də inanılmaqdadır.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Görlitz W. O. J. Erwin Rommel // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Роммель Эрвин // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 http://www.historyorb.com/people/erwin-rommel.
  5. Stark F. Bis ins Detail vertuschten die Nazis Rommels Tod (alm.). / Hrsg.: S. Aust WeltN24, Axel Springer SE, 2013. ISSN 0173-8437
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ervin Rommel
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?